Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə115/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   111   112   113   114   115   116   117   118   ...   163

302

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

ali milli hakimiyyətdir. Parlamentın hərbi məsələlər üzrə, o cümlədən, resurs 

ayırmalı üzrə  qərarları  və büdcə  nəzarəti, sorğulara baxılması,parlamentdə 

dinləmələr vasitəsilə problemləri qaldıraraq nəzarət mexanizmlərinin ins-

titutlaşdırılması kimi son qərarları özü qəbul edir və s. Bu mexanizmlərə 

xalq müdafi əçisi və  hərbi ombudsman da daxildirlər. Hərbi ombudsman 

bir tərəfdən milli hərbi siyasətin həlli məsələlərinə parlamentarların və 

cəmiyyətin təsirini mühavizə edir və  hərbi qüvvələr daxilində demokra-

tik konstitusiya prinsiplərinin ciddi yerinə yetirilməsini vurğulayır və digər 

tərəfdən hərbçilərin hüquqlarını insan kimi,vətəndaş kimi və  hərbi təşkilat 

üzvü kimi qoruyur. Haşiyə 19.2  Norvecdəki müdafi ə sektorunda klassik om-

budsmanla bağlı nümunə təqdim edir. 



Haşiyə 19.2. Norvec Nümunəsində Müdafi ə  Məsələləri Üzrə Klassik 

Ombudsman

Müdafi ə  məsələləri üzrə klassik ombudsman nümunəsi Norvec Silahlı 

Qüvvələri üçün Parlament Ombudsmanlıqıdir. Parlament tərəfi ndən 1952-

ci ildə müəyyən edilən dünyanın ilk hərbi ombudsmanlığıdır. Ombudsman 

özü və Ombudsman Komitəsi Norvec parlamentinin orqanıdır və 

parlamentin nəzarət və müşahidə fəaliyyətinin bir hissəsidir. Ombudsman 

silahlı qüvvələrin bütün üzvlərinin (və keçmiş üzvlərinin) hüquqlarını 

qorumalıdır. İstər qadın, istərsə kişi olsun, özünə qarşı yanlış,ədalətsiz və 

ya qeyri-münasib münasibəti görərsə, o öz şikayətini ombudsmana edə 

bilər. Ombudsman Komitəsi parlament qarşısında illik hesabatlar verməyə 

borcludur, lakin o istənilən zaman hər hansı məsələni parlamentdə qaldıra 

bilər. Ombudsman parlamentə  və Müdafi ə Nazirliyinə öz səlahiyyətləri 

daxilindəki məsələlərlə bağlı  məsləhət verir. Müstəqil hərbi müşahidə 

mexanizmi kimi, Ombudsman Komitəsi hərbi birləşmələri həm ölkə 

daxilində, həm də xaricdə yoxlaya bilər. Ombudsman etdiyi yoxlamaların 

hesabatını  uyğun tövsiyələrlə müdafi ə nazirinə və baş ştab rəisinə təqdim 

edir.

Ombudsman öz diqqətində olan istənilən məsələlər üzrə təşəbbüslə çıxış 



edə bilər və  fəaliyyət göstərə bilər. Bütün hakimiyyət strukturları ilə 

istənilən məsələni müzakirə etmək səlahiyyəti vardır, onun bütün sənədlərə 

və məlumatlara çıxışı vardır və şahidlər və ekspertlərlə dinləmələr keçirə 

bilər. Ombudsman Müdafi ə Nazirindən,Müdafi ə Nazirliyindən və  hərbi 

rəhbərlikdən asılı deyil, onlara qarşı tərəfsiz mövqe tutur.

Mənbə: Website of the Norwegian ombudsman for AF, www.ombudsmann.no/mil/english.

asp



303

 Ombudsman Qurumunun Rolu

Adlarındakı  fərqlərə baxmayaraq,müdafi ə  məsələləri üzrə klassik om-

budsman institutlarının bir çox mühüm xarakteristikaları eynidir

•  İnsanların hüquqlarını qorumaq üçün ombudsmanın funksiyaları qa-



nunla müəyyən edilir və ombudsman qanunverici orqan tərəfi ndən təyin olu-

nur və bu cür təyinat ombudsmanın müstəqilliyi üçün güclü hüquqi təminat 

verir və onun əldə etdiyi məlumatların konfi densiallığını təmin edir. 

•  Ombudsmanın, hökümətin ,o cümlədən, Müdafi ə Nazirliyinin funk-

siyalarının mövcud qanunvericiliyə və cəmiyyətin mənəvi normalarına qarşı 

hərəkətlərini araşdırma səlahiyyəti vardır.

•  Ombudsman hökümət təşkilatlarının ədalətsiz və uyğunsuz təşkilatı 

fəaliyyətlərini  dəyişmək üçün hökümətə təklifl ər hazırlayır və tövsiyələr ve-



rir və ya hüquqi addımlar da daxil olmaqla tədbirlər təşəbbüsü ilə çıxış edir.

•   Ombudsman öz fəaliyyətinin nəticələrini  ictimaiyyətin varı  edir 

və administrativ vəziyyəti düzəltmək üçün və ya qanunvericilik düzəlişləri 

etmək üçün qeyri-hökümət təşkilatları və media vasitəsilə təzyiq edir.

Bütün hallarda,ombudsman təşkilatı  tərəfsiz,partiyasız və siyasətdən 

kənar mövqe tutmalıdır. Lakin ombudsmanın siyasi səhnədə mövcudluğunu 

inkar etmək olmaz.

168


 O siyasi təşəbbüslər vermək iqtidarındadır: yeni qanun 

və ya düzəlişlər vasitəsilə, siyasi motivlərə görə təyin olunmuş şəxsin işdən 

azad edilməsini tövsiyə etməklə,qanunsuz siyasi və ya administrativ praktika-

ları işıqlandırmaqla və ayrı –ayrı sahələr və ya strukturlar üzrə institutlaşmış 

islahat təşəbbüsləri ilə. Hər hansı nazirliyi və  ya başqa dövlət  strukturunu 

tənqid etmək hökümətin (partiya və koalisiyanın) seçimini tənqid etməkdir və 

o da müxalifət tərəfi ndən istifadə və ya sui-istifadə olunur.

169


 

Klassik ombudsmanın milli hərbi kimlik və dürüstlüyü təmin etməsi yo-

lunda nüfuzu təkcə müxtəlif hüquqların pozulması ilə əlaqədar fərdi halları 

araşdırmaq deyil. Ombudsmanın dürüstlüyü təmin  etmək yolunda rolu, əgər 

o siyasətin formalaşdırıldığı mərhələdə siyasi proseslərə uğurla təsir edə bilsə, 

bu qərarların yerinə yetirilməsində legitimliyi təmin edə bilsə  və cəmiyyəti 

əldə olunmuş nəticələrlə təmin etsə, çox əhəmiyyətli dərəcədə ola bilər. Əgər 

o qarşılıqlı inam və dəstək mühiti yaradarsa cəmiyyət və ordu üçün həlledici 

rol oynaya bilər.

168

  Bu halda siyasi səhnə siyasi partiyalar,parlament, hökümət, president apparatı,qeyri-



hökümət təşkilatlarından təşkil olunur və siyasi səhnədə qarşılıqlı fəaliyyət üçün rəsmi və 

qeyri rəsmi, qanuni və qeyri- qanuni prosedurlardan istifadə olunur.

169 

 Ivan Bizjak, “The Ombudsman between Legislator, Administration and Citizen – Political 



An gle” (Copenhagen, April 2005).


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə