Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə111/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   107   108   109   110   111   112   113   114   ...   163

293

Parlamentlərin və Audit İdarələrinin Rolları

raq  arxalanma qalmaqallara və siyasiləşməyə qarşı reaktiv cavabların, la-

zımi dərəcədə, ölçülü olaraq qarşısını alir. Bəzi parlamentarlar qisa ömürlü 

media sevincindən uzaqlaşıb uzun müddətli siyasi məqsədlərə yönəlsələr, o 

zaman onlar öz resurslarından daha yaxşı istifadə edərlər. Eynilə UNDP kimi 

beynəlxalq qurumlar araşdırıcı jurnalistikanı maliyyələşdirdikləri zaman ba-

lansa ehtiyac olduğunu nəzərə almalıdırlar. Araşdırıcı jurnalistika yaxşı iş ol-

ması ilə bərabər,faydası olmayan ittihamedici mühitin yaranmasına da kömək 

edir. Medianın özü də özlərinin davranış kodeksnə riayət etməlidir. 

Parlamentlərin, həmçinin qeyri-hökümət təşkilatlarının birliyi içərisində 

müttəfi qləri vardır. Çoxlu ölkələrdə korrupsiya ilə ölkə  və yerli səviyyədə 

mübarizə aparan hədsiz dərəcədə çoxlu vətəndaş  təşkilatları mövcuddur. 

Əsas məsələ onları ittiham edici vəziyyətdən çıxarıb parlamentlə konstruktiv 

münasibətlərə gətirməkdır. Beynəlxalq səviyyədə, korrupsiya ilə mübarizədə 

əsas müttəfi q (BŞ) Beynəlxalq Şəffafl ıq(Transparency İnternational)-dır. BŞ 

on beş il bundan öncə yaranmış  və illik Rüşvət Verənlər  İndeksi –Qlobal 

Barometr və Korrupsiya Qavraişı İndeksi (Global Barometr and Corruption 

Perception  İndex) hazırlayır. Bu cür günahkarların –fərdlərin,şirkətlərin və 

ya bütöv ölkələrin  – xüsusilə də qərb dövlətlərinin parlamentlərində “adı-

nı çəkib və utandırmaq”-la müəyyən fayda olmuşdur. BŞ, özünün dünyanın 

başqa ölkələrindəki  şəbəkələri vasitəsilə, yerli qeyri-hökümət təşkilatlarını 

səfərbər edib korrupsiyaya qarşı mübarizədə konstruktiv iştirak etməklə par-

lamentın səylərnə kömək edə bilir. 

Ordu üzərində nəzarət imkanlarının yaradılması üçün parlamentə kömək 

edən əsas təşkilat Cenevrədə yerləşən Silahlı Qüvvələr Üzərində Demokratik 

Nəzarət üzrə Cenevrə  Mərkəzidir(DCAF).  Bu beynəlxalq təşkilat 2000-ci 

ildə  İsvecrə höküməti tərəfi ndən yaradılmışdır. DCAF təhlükəsizlik sekto-

runda idarəçiliklə bağlı milli və beynəlxalq qabaqcil təcrübələri müəyyən 

edir və təşviq edir. DCAF başqa beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq 

edərək konkret ölkə üzrə  məsləhətlər verir və dürüstlüyü, şəffafl ığı  və he-

sabtlılığı təmin edən praktiki kömək proqramları hazırlayır. Bu işlər tez-tez 

müxtəlif parlament assambleyaları ilə  məsələn,Avropa  Şurası Parlament 

Assambleyası(AŞPA), NATO Parlament Assambleyası ilə qarşılıqlı edilir, 

həmçinin təhlükəsizlik sektoru idarəçiliyində qabaqcıl təcrübəni təşviq edən 

başqa beynəlxalq qurumlarla  da əməkdaşlıq edir. 

AŞPA, müdafi ə və təhlükəsizlik sektorunda nəzarət məsələsində xüsusilə 

aktiv olmuşdur. 2005-ci ildə, terrorizmə qarşı mübarizəyə cavab olaraq, 

AŞPA kəşfi yyat,polis,sərhəd nəzarəti,müdafi ə  və “milli təhlükəsizlik və 

demokratiya”sahələrində    nəzarət üçün geniş tövsiyələr hazırlamışdır. Bu 

tövsiyələr aşağıdakılara ehtiyac olduğunu vurğulayır:




294

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

•  Müdafi ə  və  təhlükəsizlik sektorunun fəaliyyətini təmin etmək üçün 

aydın və uyğun qanunvericilik. Burada bir tərəfdən təhlükəsizlik və kəşfi yyat 

xidmətləri arasında və digər tərəfdən hüquq mühavizə orqanları arasında ay-

dın fərq müəyyən edilməli;

•  Silahlı qüvvələrin, xüsusi hallar istisna olmaqla, köməkçi məsələlərə 

qarışmaması və milli təhlükəsizlik məsələləri ilə məşğul olması;

•  Xüsusi parlament komitələrinin işləməsi, minimum şərt olaraq 

kəşfi yyat xidmətləri və onların büdcələrinə nəzarət edilməsi;

•  Fövqaladə tədbirlərin parlament nəzarəti altında aparılması və bu ad-

dımların köklü konstitusiya hüquqlarının təmin edilməsinə mane olmaması.

Qətnamə  həmçinin beynəlxalq  əməkdaşlıq və sülhməramlı missiyala-

rın artan vacibliyini təsdiq edir və bu addımların parlamentın qərar-qəbul 

etmə prosesindəki roluna əks təsir etməsinə imkan verilməməsini vurğula-

yır.  Qətnamədə deyilir ki,təxirə salınan şəffafl ıq (gizli materialların, qanunda 

göstərilən müəyyən vaxtdan sonra ictimaiyyətə açıq elan edilməsi), gizlilik 

ilə hesabatlılıq arasında tarazlıq yaratmağa kömək edə bilər.

161


Ölkələr arası təşkilatlar arasında əsas anti-korrupsiya müttəfi qi İqtisadi 

Əməkdaşlıq və İnkişaf Təşkilatıdır (Organization for Economic Cooperation 

and Development-OECD) (İƏİT).  Otuz sənayeləşmiş ölkədən ibarət olan  

bu təşkilat 1977-ci ildə korrupsiyaya qarşı müqavilə (Treaty against Corrup-

tion) hazırladı və bu günə qədər 38 ölkə tərəfi ndən qəbul edilmişdir. İƏİT-

nın həmçinin rüşvət üzrə işci qrupu(Working Group on Bribery) var və ona 

İsveçrəli professor Mark Piet ( Mark Pieth)tərəfi ndən sədrlik edilir.   

Bir  çox İƏİT ölkəsi bu müqavilə əsasında anti-korrupsiya qanunları ha-

zırlamış və mühüm nəticələr əldə etmişdır. Məsələn, Almaniya anti-korrupsi-

ya qanunu 1999-cu ildə qəbul etmiş və ona riayət edilməsini möhkəm təmin 

etmişdir.  Simense (Siemence) elektronika şirkəti əllidən çox ölkədə 1,3mil-

yard Euro rüşvət verdiyinə görə,o cümlədən Nigeriya prezidentı Sani Abaça-

ya  rüşvət verdiyinə görə, ona qarşı cinayət işi qaldırılmışdır. 2009-cu ilin 

Dekabırında  Simense-in  “Schwarze Kassen” (qara hesablarına) edilən sorğu 

395 milyon Euro cərimə ilə başa çatdı.  İƏİT  Müqaviləsi başqa ölkələrdə 

əlavə tədbirləri də irəli apardı. ABŞ-da Simense qarşı aparılan eyni sorğu 800 

milyon dollar cərimə ilə nəticələndi. 2004-cü ildə İtaliya, Simensin hökümət 

qurumları ilə iş görməsinə bir illik yasaq qoydu.

Son olaraq, hərbi peşəkarlar səmərəli parlament nəzarətini dəstəkləmək 

üçün güclü daxili müttəfi q kimi formalaşa bilərlər. Hərbi qulluqçular aldıqları 

avadanlıqların keyfi yyəti və etibarlılığına asanlıqla fırıldaq etməzlər, çünki o 

161


  Democratic Oversight of the Security Sector in Member States, Recommendation 1713 

(Parlia mentary Assembly of the Council of Europe, 2005), http://assembly.coe.int/.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə