Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə113/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   109   110   111   112   113   114   115   116   ...   163

297

Parlamentlərin və Audit İdarələrinin Rolları

Hindistan mühüm qanunvericilik aktları  qəbul etməsinə baxmayaraq

onu korrupsiyadan daha çox zərər çəkən ölkə kimi nümünə göstərmək 

olar. 1978-ci ildə İngiltərədən alınan Jaguar təyyarələri, Bofors artilleriya 

sistemlərini almaq üçün 1980-ci illərdə imzalanan müqavilələr, Mirage 

2000 təyyarələri və HDW sualtı gəmiləri ilə bağlı müqavilələrin hamısı, 

hərbi tələblərə uyğun olduğu  əsaslandırılmasına baxmayaraq, korrupsiya 

üfunəti ilə əhatə olunmuşdur.

Cavab olaraq 2001-ci ildə Müdafi ə Nazirliyinin iş sisteminə  şəffafl ıq və 

ictimai məsuliyyət tədbirlərini daxil etmək üçün iradsız dürüst olan bir şəxs 

təyin edildi. Hökümət xarici təminatçıların öz nümayəndələri vasitəsilə, 

açıq surətdə ,xidmətlərini bəyan etmələrini və bu xidmətlər əsasında onlara 

ödəniləcək məvaciblərin, maaş, komissiya və ya  başqa metodlarla, bəyan 

edilməsi haqda təlimatlar verdi. 2006-cı ildə elan olunmuş Müdafi ə Təhcizatı 

Proseduru (The Defence Procuremnet Procedure-DPP) qeydiyyat tələbləri 

və cərimə müəyyən etdi və nəticədə istər Hindistanlı, istərsə də xarici vasitəçi 

olsun, müdafi ə müqavilələrini irəli aparmaq üçün cəlbedici vasitəçilərin 

rolunu aradan qaldırdı. Lakin 2008-ci ilin Aprelinə kimi, bu təlimata görə 

heç bir səlahiyyətli Hindistanlı qeydə alınmayıb. DPP-nin, həmçinin 3 əsas 

elementı mövcuddur: ofset maddəsi; alternativsiz təminatçıdan alışa yasaq 

və bütün əsas müqavilələrdə texnologiyanın məcburi olaraq verilməsi 

maddəsi. 2008-ci ildə Müdafi ə Naziri Antoni korrupsiyanın qarşısını almaq 

və şəffafl ığı təmin etməkdən ötrü başqa tədbirlər planı qəbul etdikləri haqda 

parlamentı məlumatlandırdı, o cümlədən: 3 milyard ruppini keçən bütün 

müqavilələrlə hökümət arasında Dürüstlük Paktına riayət edilməsi, hərbi 

alqi- satqi prosesində əsas qərarların kollegial səviyyədə  qəbul edilməsi, 

səhra sınaqları aparılan zaman geniş  şəffafl ığın təmin edilməsi və satan 

tərəfl ərlə ilkin görüşlər üçün təlimatlar hazırlanması. 

Mənbələr: G. Parthasaraty, The Era of Corruption (28 March 2001), www.rediff.com; 

Defence minister A.K. Antony in a written reply in the Rajya Sabha. See www.thaindian.

com (22 April 2008).

Yekun Müddəalar

Son illərin korrupsiya hallarının araşdırılması şəffafl ığın nə qədər önəmli 

olduğunu, həmçinin parlament nəzarətinin mühüm rolunu və bu nəzarətin 

məhdudluğunu vurğulayır. Bir çox hallarda, hökümət dövlətin ali maraqla-

rının parlamentin sərt yönümlü addımlarından daha da üstün olduğu haqda 

(bəlkə də müvəqqəti) uğurlu arqumentlər gətirmişdir. Buna baxmayaraq, par-




298

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

lament addımlarının təsiri vardır. Sənaye müəsisələri, hətta rüşvət təklifl ərinə 

çox həvəssiz yanaşırlar. Ümumilikdə həm hökümət, həm də parlament kor-

rupsiya məsələsində birgə hərəkət edirlər. Lockheed qalmaqalı (Bax Haşiyə 

18.3) və General Elektrik ilə bağlı hallar ABŞ-da 1977-ci ildə xarici korrupsi-

ya  praktikası aktının (Foreign Corrupt Practices Act)qəbul edilməsinə gətirdi 

və  işləri eyni müstəvidə görmək üçün ABŞ  tərəfi ndən digər hökümətlərə 

də eyni Aktları qəbul etmələri sövq edildi. Parlamentarlar, həmçinin tez-tez 

İƏİT Konvensiyalarının müddəalarını ölkə qanunlarına çevirmək üçün öz 

ölkələrində  səylər edirlər. AŞPA kimi parlamentlər- arası assambleyalar və 

NATO Parlament Assambleyası beynəlxalq əməkdaşlıq və korrupsiyaya qarşı 

mübarizədə standartların müəyyən edilməsi istiqamətində aparıcı rol oyna-

maqda davam edir.

Parlamentlər və parlamentarlar korrupsiyaya qarşı mübarizə aparmaq üçün 

son zamanlar çox işlər görsələr də, hələ də çox problemlər qalır. Parlamentar-

lar səmərəli nəzarəti təmin etmək üçün parlamentın müdafi ə komitələrinin və 

audit ofi slərinin lazımi səlahiyyətini təmin etməklə bu problemləri həll etmək 

imkanı qazanır. Onlar bu işləri həyata keçirmək üçün lazımi bacarıqları təmin 

edib işləyə bilər,məsələn, hazırlıqlı işçilər,büdcə,məlumatlara çıxış və kənar 

təcrübələrin cəlb olunması yolları ilə. Parlamentın hərbi komitəsinin üzvləri 

özlərinin peşəkar səviyyələrini artırmaqla və xalqın maraqlarına çalışan,milli 

təhlükəsizlik məsələlərində partiya mövqeyindən çıxış etməyən, fundamental 

dərəcədə ölkənin yaşaması üçün lazım olan liderlik nümunəsi göstərə bilərlər. 

Bunları etməklə, legitim dövlət sirlərini qorumaqla, onlar mərdliklə orduda 

şəffafl ığı  təmin edə bilər. Bütün bu işləri görməklə onlar həm ölkə daxili, 

həm də beynəlxalq səhnədə müttəfi qlər şəbəkəsi yaradaraq özlərinin işlərinin 

səmərəliliyni təkmilləşdirər, korrupsiyaya qarşı ümumi dəyərləri paylaşaraq 

öz ölkələrinin çiçəklənən təhlükəsiz demokratik ölkə kimi inkişaf etməsinə 

kömək edər.   

         




299

 Ombudsman Qurumunun Rolu

19 -cu Fəsil 

 Ombudsman Qurumunun Rolu

        

Özünün 200 illik tarixi boyu

162

,Ombudsman institutu həm inkişaf etməkdə, 



həm də inkişaf etmiş demokratik ölkələrdə öz yerini nümayiş etdirmişdir. 

Ombudsman institutu kriminal fəaliyyət kimi korrupsiyaya qarşı mübarizə 

üçün əsas vasitə deyil. Lakin, əgər müvafi q surətdə tətbiq edilsə,möhkəm si-

yasi iradə ilə  dəstəklənsə  və  təcrübəli motivasiyalı  işçilərlə  təmin edilərsə, 

Ombudsman idarəsi müdafi ə sahəsində korrupsiyanın qarşısını almaq, neyt-

rallaşdırmaq və ləğv etmək strategiyası çərçivəsində səmərəli vasitə ola bilər. 



Orduda Ombudsmanın Funksiyası

Özünün müasir tərifi   ilə desək, ombudsmanın  əsas funksiyası,” insan-

ların hüquqlarının pozulmasının qarşısını almaq, hakimiyyətdən sui-istifad

əyə,səhv,yarıtmazlıq,ədalətsiz qərarlar və pis rəhbərliyə qarşı olub, dövlət 

idarəetməsini yaxşılaşdırmaq və hökümətin fəaliyyətinin  daha açıq və 

hökümətin və dövlət qulluqçularının ictimaiyyətin üzvlərinə cavabdeh olma-

sına çalışmaqdır.”

163


 Bu izahatın məğzi, yetişmiş demokratik ölkələrdə oldu-

ğu kimi, ondan ibarətdir ki,ombudsman əhalinin şikayət etdiyi təşkilatlardan 

asılı deyil. Beləliklə,Ombudsman institutu qanunla yaradılır; ombudsman qa-

nunvericilik orqanı tərəfi ndən təyin edilir və onun nümayəndəsi sayılır. Bu 

cür mexanizmin üstün arqumentlərindən biri odur ki, bu halda ombudsma-

nın müstəqilliyi zəmanət altına alınır. Başqa cür olarsa, o zaman ombuds-

man hökümətə tabe olan idarələri tənqid etməkdə  həvəssiz olar. Dövlətin 

qanunverici qanadının hissəsi olaraq, ombudsman əhaliyə birbaşa xidməti 

təmin etməklə bərabər, həm də ombudsmanın hüququ jurisdiksiyasında olan 

idarələrin üzərində qanunverici nəzarət funksiyasını da yerinə yetirir. Om-

budsman sadəcə tövsiyə verə bildiyindən, hökümət və məhkəmə orqanlarını 

əsaslı addımlar atmağa məcbur edə bilmədiyindən, onun rolu hakimiyyətin 

bölünməsi konsepsiyası ilə uyğunluq təşkil edir.

164


162

  Keçmiş Bosniya və Hersoqovina və İsveç ombudsmanı Frank Orton bildirir ki, 1713 cü 

ildə İsveç kralı tərəfi ndən imzalanan fərmana görə Kralın Ən Yüksək Ombudsman institutu 

yaradıldı. Məqsəd hakimlərin, hərbi zabitlərin və dövlət qulluqçularının qanunlara və onlar 

üçün müəyyən edilmiş qaydalara riayət etməsini təmin etmək idi.

163


  Beynəlxalq Ombudsman İnstitutu(International Ombudsman Institute),isnad edilib: www.

law.ualberta.ca/centres/ioi/.

164 

 ABŞ Ombudsman Assosiasiyası  tərəfi ndən hazırlanmış Model Ombudsman Act for the 

State Governments-dən şərh, www.abanet.org/adminlaw/ombuds/usoamodel1.html.



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə