Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə112/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   108   109   110   111   112   113   114   115   ...   163

295

Parlamentlərin və Audit İdarələrinin Rolları

zaman alınan silah onların əməliyyatda olan silahdaşları üçün həyat və ölüm 

məsələsinə çevrilər. Bundan əlavə razılaşma və mühasibat uçotu işləri ən kiçik 

detallara qədər diqqətlə nizamlanır və təhcizat prosesinin hər mərhələsində 

imzalama tələb olunur. Çoxlu sayda Müdafi ə Nazirliklərində mümkün po-

zuntuları yoxlamaq üçün xüsusi şöbələr vardır. Bu şöbələrin komandanlıq 

ierarxiyasından kənarda olub müstəqil mövqeyinin olması vacibdir və baş 

müfəttiş idarəsi ilə  əlaqəsi olmalıdır. Baş müfəttiş parlamentlə  sıx  əlaqədə 

olmalıdır və onun təyinatı parlamentdə müzakirə olunmalıdır.

Müdafi ə Sənayesinə və Silah İxracına Nəzarət

Tez-tez parlamentlər xaricə ölkələrə satışla bağlı yox, ölkənin aldığı si-

lahlarla bağlı daha sərt nəzarət nümayiş etdirirlər. Bir tərəfdən bu məntiqidir 

cünki silah alışı zaman bilavasitə parlament vergi verənlərin pulunu ayırır və 

beləliklə bu prosesdə iştirakçı tərəfə çevrilir. Digər tərəfdən, iqtisadi stimullar 

nəzarətə yox,daha çox sənayenin inkişafına diqqət yönəldir ancaq burada da 

daha çox ekspertlər maraq göstərirlər. Parlamentarlar legitim olaraq, qabaq-

cıl texnoloqiyaya və peşəkar işə diqqət yetirərək sənayenin bu cür yenilikci 

sahəsində iş yerlərinin saxlanmasında maraqlıdırlar. ABŞ-dan başqa, heç bir 

ölkə həyatı məna daşıyan hərbi sənayeni dəstəkləyə bilən daxili bazara malik 

deyil. Nəticədə, ixracat bazarı və ya beynəlxalq əməkdaşlıq layihələri hesabına 

bu şirkətlər də davamlı işləyə bilir. Son 10 illik ərzində hərbi büdcələrin azal-

dılması (çoxlu Qərb ölkələrində) üçüncü dunya ölkələrində rəqabətin artması-

na gətirmişdir. İndiki iqtisadi böhran bu məsələni daha da gərginləşdirmişdir. 

Böyük hərbi müqavilələr az və hərdənbir olsa da, bu layihələr baş tutduğu 

zaman sənaye illər  ərzində  iş yeri əldə edir və müəsisələrin işciləri də  işlə 

təmin olunur və bu zaman bir çox rəhbərlik tam şəffafl ıq və mövcud açıq 

təcrübələrdə keçmək imkanı olmayan cəlbedici layihələri imzalamağa razı 

olurlar. Son zamanlar bu tendensiya bir çox hallarda dəyişmişdir. (Bax Haşiyə 

18.3).


Müsbət hal odur ki, hərbi sənayenin özü korrupsiya məsələləri ilə məşğul 

olmaya başlayıb. 2006-cı ilin İyulunda Avropa Aerokosmik və Müdafi ə 

Sənayesi korrupsiyaya qarşı mübarizə üçün beynəlxalq sanaye işçi qrupu-

nun yarandığını elan etdi. İlkin olaraq bu təşəbbüs, bütün Avropa ölkələrinin 

müdafi ə xarakterli şirkətlərini və onların milli müdafi ə sənayesi birliklərini 

əhatə etməsini nəzərdə tuturdu və sonralar isə başqa ölkələrin müdafi ə 

şirkətlərinin də üzv olmasına açıq olduğunu bildirirdi. Eyni gündə Böyük 

Britaniya Müdafi ə Sənayelərinin Anti-Korrupsiya Forumunun (UK Defense 

İndustries Anti-Corruption Forum) yaradıldığı elan olundu. Bu təşəbbüslər 

işləyəcəkmi? Bunu gələcək göstərəcək. Ümumdünya İnkişaf Hesabatı (The 

World Development Report) 1997-ci ildə bildirmişdir ki, sənayeləşmiş 



296

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

ölkələrdəki şirkətlərin 15%-ı öz müqavilələrini davam etdirmək üçün rüşvət 

verirlər. Bu rəqəm Asiyada 40%, Rusiyada isə 60% olmuşdur. Korrupsiyanın 

azaldılması hökümətlərin və parlamentlərin  əzmkarlığından asılı olacaqdır, 

xüsusilə də, o faktı nəzərə almaq lazımdır ki, Avropa və ABŞ-ın xaricində, 

yüksək mövqedə duran adamlar kommersiya müqavilələrində iştirakına görə 

rüşvət umurlar. Nəticədə, korrupsiya o zaman azalacaq ki, həm alanın, həm 

də satanın üzləşəcəyi risklər böyük olsun. Əgər rəqabətdə olan fi rmalar öz 

sıralarını davranış kodekslərinə riayət etməklə möhkəmlədərsə, işlərdə çox 

irəliləyiş olar. Parlamentlər, əlbəttə, bu tendensiyanın inkişafında konstruktiv 

rol oynaya bilər.

Haşiyə 18.3.  Silah İxracatı Zamanı Seçilmiş Əsas Korrupsiya Halları

Son illərin  ən çox hallanan rüşvət qalmaqalı dünyanın dördüncü ən 

böyük müdafi ə  sənayesi olan Böyük Britaniya Aerokosmik Sistemləri 

Şirkətinin  (British Aerospace Systems-BAE) Saudiyyə  Ərəbistanı ilə 

sövdələşməsi olmuşdur. 2003-cu ildə Guardian qəzeti müəyyən etmişdir 

ki,BAE, İngiltərə dəyişən hökümətlərinin göz yumması ilə, yüksək vəzifəli 

Səudiyyə rəsmilərinə və onların ailələrinə, sərfəli hərbi müqavilələri əldə 

etmək üçün son iki onillik ərzində milyonlarla ölçülən rüşvət vermişdir. 

Böyük Britaniya Ağır Qanun Pozuntuları  İdarəsi (The British Serious 

Fraud Offi ce)  təhqiqata başlamış, və BAE-də 6o milyon funt sterlinq 

həcmində “xidməti dəstək üçün”  maliyyə olduğunu üzə  çıxarmışdır. 

Təhqiqat müəyyən etmişdir ki, 1 milyard funt sterlinq, Saudi ailəsi ilə bağlı 

olan iki vasitəçinin  İsveçrə bankındakı hesabına köçürülmüşdür. Lakin, 

Baş prokuror işi dayandırmışdır. O 2006-cı ilin Dekabrında parlamentə 

bildirmişdir ki, Səudiyyə Ərəbistanı cavab tədbirləri görəcəyini və İngiltərə 

ilə anti-terror məsələsində  əməkdaşlığı durduracağını  işarə etmişdir. Baş 

Nazir Tony Blair Baş prokurorun bu qərarını dəstəkləmişdir.

Bu cür hallar NATO ölkələrinə satışlarda da baş vermişdir. 1970-ci illərin 

ortasında, Lockheed şirkəti Hollandiyaya yeni hərbi təyyarələr satmaq 

prosesində pulla təsir etmək səylərinə baş vurmuşdur. Prins Bernhard-ın 

təklifi  ilə Lockheed ona 1,1 milyon dollar vermişdir (o Kraliça Yuliananın 

əridir). Müstəqil təhqiqat komissiyası onun davranışının “qəbahət”olduğu 

nəticəsinə gəlmişdir. Lakin,ölkədə konstitusiya böhranı (Kraliçanın müm-

kün getməsi ilə bağlı) yarana bilməsi təhlükəsindən, hökümət parlament 

liderləri ilə məsləhətləşmələrdən sonra, sadəcə onun silahlı qüvvələrin Baş 

Müfəttişi funksiyası dayandırdı. Eynilə  həmin dövrdə, Hollandiya ABŞ-

dan F-16 təyyarələri aldığı zaman, Dassault şirkəti ilə əlaqədə olan agent, 

parlament üzvünə rüşvət vermək cəhdində şübhəli bilindi, ancaq bu məsələ 

məhkəməyə gətirilmədi.



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə