Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə120/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   116   117   118   119   120   121   122   123   ...   163

314

Korrupsiyanın Azaldılması Yolunda Müdafi ə Sənayesi Müttəfi q rolunda


315

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

təmin olunmalıdır. Bu niyyətə görə,hərbi ombudsman araşdırma təşəbbüsü 

irəli sürmək iqtidarında olmalı,şikayətləri tədqiq etmək,öz yurisdiksiya-

sı çərçivəsində qeyri-qanuni hərəkət törədən şəxslərə qarşı araşdırma apar-

maq, özbaşına və əsassız qərarlara görə və ya başqa cürə səhvlər edən və ya 

vəzifəsini yerinə yetirərkən yarıtmazlığa yol verənlərə qarşı araşdırma apara 

bilər.

Zəif institutlaşmış ombudsmanın funksiyaları elə müəyyən edilməlidir ki, 

insanların problemləri həll olunan vaxta qədər onlarla işləmək imkanı olsun 

və beləliklə “ofi s və müştəri “ arasındakı  geniş uçurum bağlansın.

Ombudsmanlığın fərqli model səlahiyyətləri ilə bağlı ortaq məxrəc 

aşağıdakı  səlahiyyətləri özündə ehtiva edir və sadəcə bu səlahiyyətlərlə  də 

məhdudlaşmır:

176

 şikayət əsasında və ya ombudsmanın öz təşəbbüsü ilə araş-



dırma aparmaq, Müdafi ə Nazirliyinin istənilən administrativ aktını- həmən 

administrativ aktın yekunlaşmasından asılı olmayaraq araşdırmaq; Müdafi ə 

Nazirliyinin və silahlı qüvvələrin işinin təkmilləşməsinə kömək edən və 

ya mübahisəli administrativ aktların baş verməsi risklərinin azaldılmasına 

kömək edən yazılar yazmaq,görüşlər,sorğular, konfranslar keçirmək üçün 

şəxslər və təşkilatlarla birgə təşəbbüslərdə olmaq və əməkdaşlıq etmək; sor-

ğularla çıxış etmək və bu cür kömək və məlumatları istənilən şəxsdən və ya 

hərbi birləşmədən əldə etmək; istənilən hərbi birləşmə ərazisinə xəbərdarlıq 

etmədən daxil olub,yoxlamaq; istənilən şəxsi məhkəməyə çağırmaq,and içmə 

ilə ifadə verməyə  və ya təhqiqat altında olan məsələlər üçün əhəmiyyətli 

olan sənədlər və ya başqa dəlillər gətirmək; şikayət və təhqiqat ilə bağlı olan 

istənilən məsələnin gizliliyini saxlamaq; ombudsman ofi si üçün büdcə hazır-

lamaq və idarə etmək.

• 

Dəyərlər:



177

 Müstəqillik və tərəfsizlik ombudsman institutunun xarakte-

rik xüsusiyyətləridir,  ombudsman institutu bu əsasların üzərində qurul-

malıdır. Həqiqi və qəbul edilən tərəfsizliyi təmin etmək üçün və nazirlə 

ombudsman arasında yaxın münasibətlər qurmaq üçün müstəqillik 

zəruridir. Ombudsmanın dürüstlüyü onun ciddi mənəvi və etik davra-

nış qaydalarına dönməz surətdə riayət etməsidir-ombudsmanın dav-

ranışı müdafi ə sektorunda çalışan insanları inandırmalıdır ki,onların 

sədaqəti dövlətə  və onun demokratik və siyasi sisteminə olmalıdır, 

176

 ABŞ Ombudsman Assosiasiyası tərəfi ndən qəbul edilmişdir, Model Ombudsman Act for 



State Governments (Dayton, Ohio, February 1997)

177


  Dəyərlər “standartlar” kimi izah oluna bilər.” Bax: International Ombudsman Association, 

International Ombudsman Association Best Practices (A Supplement to IOA’s Standards of 

Practice), Version 2 (March 31, 2008).




316

Korrupsiyanın Azaldılması Yolunda Müdafi ə Sənayesi Müttəfi q rolunda

və bu sistem onların hüquqlarını  və qazandıqları imtiyazları qoruya-

caq. Beləliklə,onlara öz səylərini müsbət və məsuliyyətli tərzdə tətbiq 

etmələrinə imkan verəcək. Ombudsman həm hərbi, həm də mülki qul-

luqçulara, biznesmenlərə və vətəndaşlara açıq olmalıdır. Onun istənilən 

hərbi düşərgəyə,birləşməyə, bölmələrə və başqa iş yerlərinə sərbəst gi-

riş imkanları olmalıdır. Hər hansı araşdırılan işlə bağlı istənilən və bütün 

sənədləri tələb edə bilər və onlara sərbəst giriş əldə edə bilər(o zəmanətlə 

ki, heç bir sənəd gizlədilməyəcək). Konfi densiallıq ombudsmana insan-

ların ombudsman institutuna inamını artırmağa kömək edəcək. Ombuds-

man təşkilatında çalışan hər bir kəsin yüksək peşəkarlığa sahib olması 

tələb olunur; onların peşəkarlığı müdafi ə sektorunda və ümumiyyətlə 

hökümətdə peşəkarlığın artmasına kömək edir. Ombudsman siyasi 

cəhətdən neytral olmalıdır; daha sonra, ombudsman,ombudsmanlıq 

institutunun neytralliğini pozan və real və qavranan maraqlar toqquş-

masına gətirən hər hansı rəsmi və ya qeyri rəsmi birliyin tərkibində yer 

almamalıdır.

• 

Təyinat:  Hansı modelin seçilməsindən asılı olmayaraq, ombuds-

man,  ən azı Müdafi ə Naziri və uyğun parlament komitələri arasında 

müzakirələrdən sonra təyin olunmalıdır. Bu komitənin səlahiyyətlərindən 

biri təkcə naziri yox, həm də ali rəhbərliyi və hər bir hərbi qulluqçunu 

xüsusi məsələ üzrə ifadə verməyə tələb etməsidir.

• 

Kadrolaşma:  Müxtəlif ombudsman təşkilatları müxtəlif kadrolaşma 

modelləri seçmişlər, xüsusilə də, müstəqil mülki heyətə olan ehtiyacla 

hərbi təcrübəsi və biliyi olan işçilər arasında tarazlıq yaratmaq məsələsi 

ilə  məşğul olduqda. Silahlı qüvvələrlə  iş üzrə Almaniya Parlamentar 

Komissarının ştatlı işçiləri seçmək səlahiyyəti vardır. Onların 60 civa-

rında işciləri var və demək olar ki, yarısı yüksək-orta və yüksək dərəcəli 

xidmət heyətidir və onlar Komissara ünvanlanmış məsələlərə baxmaq-

la birbaşa məşğuldurlar.

178

 Avstraliya Müdafi ə Qüvvələri ombudsmanı, 



Avstraliya Dövlət xidməti işcilərindən təşkil olunmuşdur. Onların om-

budsman təşkilatında işlərin baxılmasına cəlb olunan hərbçilər yoxdur.  

Hollandiyada Baş Müffəttiş ofi sində 16 hərbi və 13 mülki qulluqçu çalı-

şır və baş müfəttiş və baş ştabın rəisinin vəzifələri üç xidmətin arasında 

növbə ilə dəyişilir.

179


178

  Karl Gleumes, 



The Parliamentary Commissioner for the Armed Forces: Her Role in 

Exercising Parliamentary Control over the Federal Armed Forces and Processing Petitions 

from Service Personnel, 

17.


179

 Bax: (www.ombudsman.forces.gc.ca) Kanada Silahlı Qüvvələrinin ombudsmanı.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə