340
Vətəndaş Cəmiyyəti və Media-nın Rolu
Aşağıda müzakirə olunduğu kimi,vətəndaş cəmiyyətlərinin bu işləri
görmələri üçün çoxlu çətinliklər və maneələr vardır. Minimum olaraq səmərəli
hökümətlər və parlamentlər bütün uyğun siyasi sənədlərə çıxışı təmin etməli
və müdafi ə sektoru üzərində müşahidə və nəzarət də daxil olmaqla müstəqil
üçüncü sektorun mövcudluğunu və işləməsini stimullaşdırmalıdır. Sonuncuya
nail olmağın bir yolu müstəqil düşüncə mərkəzlərini, tədqiqat institutlarını,
universitet və QHT-ləri işə qoşub müdafi ə və təhlükəsizlik sektorunun spesifi k
sahələrində tədqiqat və audit işləri aparmaqdır (məsələn, cinayət işləri,alqı-
satqı məsələləri və kadr siyasətləri üzrə). Lakin,əgər vətəndaş cəmiyyəti,
xüsusən də ictimaiyyət arasında alternativ debatlar keçirməklə dürüstlü-
yü təmin etmək məsələlərində fəal iştirak etməlidirsə, o zaman hökümətin
təhlükəsizlik siyasəti ilə bağlı, hərbi büdcəsi ilə bağlı, hərbi təhcizat və re-
sursların istifadəsini təmin etməklə bağlı aydın variantlar irəli sürmək üçün
müstəqil QHT-lərin zəruri təcrübə toplaması və bu təcrübələri əldə saxlaması
lazımdır. İndiki zamanda QHT-lərın daxilində bu cür təcrübə və vərdişlərin
olması hətta yetişmiş demokratik ölkələrdə belə zəifdir və bu imkanlara sahib
olmaq böyük bacarıqlar əldə etməyi tələb edir və donorların bu bacarıqları
əldə etməyi maliyyələşdirməsi üçün güclü öhdəliklərinin olması tələb olunur.
Vətəndaş cəmiyyəti qrupları BMT-nın nizamnaməsində və başqa
çoxtərəfəli sazişlərdə və təşkilatlarda təsbit olunan beynəlxalq hüququn
prinsiplərinin yayılmasında son on illiklər ərzində xüsusilə fəal olmuşlar. On-
lar bir çox ölkələr tərəfi ndən yardımçı və etibarlı tərəfdaşlar kimi qəbul edilir.
Vətəndaş hərəkatləri və QHT-lər insan hüquqları, ətraf mühit, inkişaf, de-
mokratik idarəetmə və münaqişənin qarşısının alınması kimi sahələrdə xalqın
əsas müdafi əçilərinə çevrilmişlər. Onlar beynəlxalq norma və müqavilələrin
yerinə yetirilməsində kömək etmiş və sonralar hüquq və siyasətə çevrilən
köklü mənəvi və siyasi standartları formalaşdırmışlar.
Mühüm vətəndaş cəmiyyəti hərəkətlarına Yubiley 2000 borc kompaniya-
sını –Böyük Yeddiləri dilə tutub kasıb ölkələrin borclu olduğu 100 milyard
dolları silmək, minaları ləğv etmək haqda Ottava Kampaniyasını
199
və ABŞ
rəhbərliyi ilə aparılan 2003 İraq müharibəsinə müqavimət kampaniyalarını
göstərmək olar. QHT-lər, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin ya-
radılmasında , Uşaq Hüququ üzrə Konvensiyaya Əlavələr qəbul edilməsində
(18 yaşdan aşağı uşaqların orduya çağırışının ləğv edilməsi) və kiçik və yün-
gül silahların yayılması və sui-istifadəsinə qarşı tədbirlərin irəli sürülməsində
(SALW) fövqaladə rol oynamışdır.
199
Bax, məsələn:
Kenneth Anderson, “The Ottawa Convention Banning Landmines: the
Role of International Non-Governmental Organizations and the Idea of International Civil
Society,” European Journal of International Affairs 2:1 (2000)
341
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Vətəndaş Cəmiyyəti və TSİ
Böyük Britaniya Beynəlxalq İnkişaf Departamentı və İƏİT İnkişaf
Əməkdaşlıq Direktorluğunun (OECD Directorate for Development Co-
Opeartion) rəhbərliyi ilə gedən proseslər sayəsində “təhlükəsizlik sektorunda
islahat üzrə İƏİT-in DAC istiqamətlərini həyata keçirmək vəsaiti və siyasət
qərarları və praktikası arasında boşluğu doldurmaq” haqda 2007-ci ildə kitab-
ca dərc olunmuşdur.
200
Vətəndaş cəmiyyətinin TSİ-la bağlı iştirakına gəlincə
kitabca iddia edir ki, “VCT-ı həm faydalanan tərəf,qeyri rəsmi nəzarətçi,
tərəfdaş və islahat tərəfdarı və həmçinin xidmət göstərən tərəf kimi çıxış edə
bilər. TSİ-a dəstək beynəlxalq vətəndaş cəmiyyətləri təşkilatları tərəfi ndən
də verilə bilər və bu dəstək bilik və bacarıq öyrətmək və islahatların işlənib-
hazırlanması,müdafi əsi, həyata keçirilməsi,monitorinqi və qiymətləndirilməsi
ilə ifadə olunur.”
201
QHT-lər əsasən aşağıdan yuxarıya yanaşmalar təklif edirlər və onlar da
yuxarıdan aşağıya gələn tədbirlərdən həm münasib, həm də səmərəli olur.
Məsələn, dövlətin əlaqəsinin və ya nüfuzunun az olduğu icmaları xəbərləşmə
vasitələri ilə təmin etməklə. Vəsait həmçinin aşağıdakıları nəzərdə tutur: TSİ
proqramları vətəndaş cəmiyyəti təşkilatlarının dərin kontekst analizini,rolunu
və mövqeyini əhatə etməlidir, cünki onların imkanları, səmərələliyi və
fəaliyyət dairəsi ölkədən ölkəyə geniş dərəcədə dəyişir. Vətəndaş cəmiyyəti
qiymətləndirmələri geniş miqyasda yerli maraqlı tərəfl əri nəzərə almalıdır
(dövlət tərəfi ndən “bəyənilənlərdən” əlavə) və kasıbların,qadınların,uşaqların
və gənclərin və digər təhlükəsizlik müzakirələrindən kənarda tutulanla-
rın təhlükəsizliyini həqiqətən yaxşılaşdırmağa diqqət yetirənləri ayırd
etməlidir
202
.
Vəsait, həmçinin, vətəndaş cəmiyyətlərinin görə biləcəyi işləri də müzakirə
edir, məsələn, sülh proseslərini, milli büdcə proseslərini və təhlükəsizlik və
müdafi ə xülasələrini. Nəzəri olaraq, vətəndaş cəmiyyətləri çoxlu mühüm
funksiyalar yerinə yetirə bilərlər, məsələn, hərbi və təhlükəsizlik –xarakter-
li tədbirləi monitorinq etməklə; terrorizmə qarşı səyləri və qanunvericiliyi
nəzərdən keçirərək, insan hüquqları və qanun aliliyinə nə qədər hörmət edil-
diyini müəyyən etməklə; ordunun, hüquq-mühavizə orqanlarının və digər
təhlükəsizlik xidmətlərinin hərəkətlərini müşahidə etməklə və qanun və
qaydaların və ya uyğunsuz qanun və ya siyasətin törətdiyi mənfi nəticələri
ictimaiyyətə çatdırmaqla; korrupsiya iddialarının və başqa pozuntuların
araşdırılmasını aparmaqla; təkmilləşmiş TSİ praktikası üçün istiqamətlər
200
OECD DAC Handbook on Security System Reform (OECD, 2007).
201
Ibid., 226.
202
İbid.