Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə39/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   35   36   37   38   39   40   41   42   ...   163

96

Hərbi Təhcizat

qərarın Parlament tərəfi ndən müzakirə edilib bəyənilməsini gözləməlidir.



Haşiyə 7.4. Hərbi Təhcizat Üzərində Parlament Nəzarəti

Hollandiyada hərbi təhcizat üzərində ciddi Parlament nəzarətinin uzun 

tarixi ənənəsi və praktikası mövcuddur. Prinsipcə, bütün 25 milyon Euro 

məbləği aşan hərbi texnika və silah alışı  qərarları parlament tərəfi ndən 

qəbul edilməlidir. Bunun üçün “alqı-satqı proseduru” adlı xüsusi 

mexanizm mövcuddur. Hökümət (həqiqətdə,Müdafi ə  məsələləri üzrə 

Dövlət Katibidir və onun səlahiyyətlərinə  hərbi mülkiyyət də daxildir) 

A,B,C və ya D-dən ibarət dörd kateqoriyadan birini seçib, silah alqı- 

satqı dövrünün mərhələsindən asılı olaraq, parlamentə  məktub göndərir.   

Detallara getməyərək, müxtəlif mərhələlər adətən, yeni silah sisteminə 

tələbdən başlayaraq (və ya indiki sistemi əvəz edən) yeni X sistemini Y 

istehsalçısından almağa qədər uzanan konkret təklif də ola bilir. Parlamentin 

silah alma prosesinin istənilən mərhələsinə  təsir etmə imkanı vardır. 

Beləliklə, əgər hökümət hər hansı silahların əvəz edilməsi və ya yenilərinin 

alınmasına ehtiyac olduğunu şərtləndirirsə (və ya yeni sistemlərin alınması 

ideyasını verirsə) parlament ona qarşı çıxa bilər və ya qərara düzəliş edə 

bilər.Son alış qərarına (“irəli”) qarşı da çıxıla bilər və ya düzəliş edilə bilər

baxmayaraq ki, bu cür hallar praktikada az hallarda olur. Çox zaman bütöv 

alış prosesi boyu, parlament, hökümətin niyyətlərinə, bu dörd hərf-A,B,C 

və D- vasitəsilə prosesin mərhələsindən asılı olaraq təsir edir və bütün bu 

mərhələlər parlamentdə müzakirə olunur.

100 milyon Euro-dan çox olan böyük layihələr üçün xüsusi prosedur 

müəyyən edilmişdir (“Böyük Layihələr”) və bu prosedur parlamentə daha 

ətrafl ı və tez-tez hesabat verməyi nəzərdə tutur. Bunun üçün tipik nümunə 

kimi, Hollandiya hökümətinin Amerikanın F-16 təyyarələrinin varisi 

olan (Joint Strike Fighter) qırıcı  təyyarələrin düzəldilməsi mərhələsinə 

cəlb olunmasıdır. Air Mobile Brigade kimi başqa böyük layihələr də 

olmuşdur. Ümumiyyətlə, indiki halda Hollandiyada  parlament nəzarətini 

kafi  hesab etmək olar. Lakin orada da layihələrin dəyərinin sərhədləri ilə 

bağlı və bəzən də daha çox texniki xarakter daşıyan məsələlərin parlament 

tərəfi ndın ətrafl ı yoxlanmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələr 

gedir. Bu kontekstdə, hökümətin verdiyi  məlumatların etibarlılığı  və 

müstəqilliyi haqda və müstəqil müdafi ə xarakterli tədqiqat institutlarının 

“əks-dəlillərinin” vasitəsilə qiymətləndirmələrin aparılmasının məqsədə 

uyğunluğu haqda suallar ortaya çıxır. Nəhayət, sənaye və lobbiçilərin 

rolu və onların parlament müdafi ə komissiyasının üzvləri ilə əlaqələri də 

çox vaxt müzakirə olunur. Lakin, indiyə kimi heç bir böyük hadisə baş 

verməyib. 




97

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Mənbə: Jan Hoekema, former Member of Parliament, the Netherlands, 2002, as quoted in 

Hans Born, et al., Parliamentary Oversight of the Security Sector (2007), 174.



Haşıyə 7.5.  Alqı-Satqı Fəaliyyəti Zamanı Səlahiyyətlərin Bölünməsi və 

Maraqlı Tərəfl ər

Hərbi texnika və silah alqı-satqısına dörd böyük kateqoriyalı adamlar- və 

ya maraqlı tərəfl ər -cəlb olunur. Birinci kateqoriyaya, tələbatlar əsasında 

alınacaq avadanlıq və ya xidmətlər barədə  qərar verən adamlar daxildir. 

Səmərəli tələbatlar müəyyən etmək bir anlığa başa gəlmir, tələbatların 

müəyyənləşdirilməsi zaman və araşdırma tələb edir və bütün bunların 

nəticəsində  tələb aydınlaşır və  ətrafl ı olaraq işlənib hazırlanır. Məsələn, 

potensial düşmən tankını məhv etmək imkanları əldə etmək üçün müəyyən 

olunan ilkin böyük tələblər, başqa mümkün alternativ variantlar ətrafl ı 

öyrəniləndən sonra, daşına bilən anti-tank raket sistemi üzərində dayanıla 

bilər. Sonra uyğun qərar qəbul edilir və onun əsasında  ətrafl ı texniki 

tapşırıq hazırlanır və ora bu sistemdən istənilən bütün tələblər daxil 

edilir. Analitik iş getdiyi zaman, yəni konkret avadanlıq və xidmətlərlə 

bağlı  dəqiqləşdirmələrin davam etdiyi və  tələblərin formalaşdığı zaman, 

bu işlərlə sadəcə bir idarənin məşğul olması mütləq deyil və bu işlər 

araşdırma dərinləşdikcə başqa qrupa da verilə bilər. Yəni bu cür iş ardıcıl 

olaraq, layihənin müxtəlif mərhələlərində çalışan qruplara verilir. Lakin, 

bu işlərin kimlərə tapşırılmasından asılı olmayaraq, bu prosesin əsas 

iştirakçısı istifadəçidir, yəni silahlı qüvvələrin nümayəndəsidir.  Bilavasitə 

hansı avadanlıq və xidməti  əldə etmək üçün, bu məsələni daha ətrafl ı 

öyrənməli və sonucda bu avadanlığı kimlər istismar edəcəksə  və ya 

onun xidmətlərindən istifadə edəcəklərsə, onların da arzularına uyğun 

hərəkət edilməlidir.  Şübhəsiz, istifadəçinin hərbi sistemlərin praktikada 

necə  işləməsi haqda ekspert biliyi mövcuddur və ona görə  də, o hansı 

hərbi imkanların konkret ortaya qoyulmuş  hərbi məsələləri həll etməyə 

qadir olduğunu yaxşı bilir. Lakin irəlidə göründüyü kimi bu arqumentlər 

heç də istifadəçinin ordunun imkanlarını  təmin etməli olan avadanlığın 

seçilməsinə qərar verən və ya bütöv silah alışı prosesini idarə edən birinci 

şəxs olduğunu deməyə imkan vermir. İstifadəçilər-yəni, silahlı qüvvələr- 

tələblər ortaya qoyilduğu ilkin mərhələdə  əsas rol oynayırlar, sonrakı 

mərhələlər isə alqı-satqı yapan mütəxəssislər tərəfi ndən daha yaxşı idarə 

olunur. Bu deyilənlər maraqlı tərəfl ərin ikinci kateqoriyasını formalaşdırır. 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə