Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə87/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   83   84   85   86   87   88   89   90   ...   163

227

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

İş onda idi ki, problemin təsirli həlli üçün hökumətdə sadəcə nə vaxt, nə 

də imkan yox idi, buna görə  də ictimaiyyət nümayəndələrinə hökumət 

adından hərəkət etmək ixtiyarının verilməsi (və bərpa edilən vəsaitlərdən 

onlara pay ayırılması) ilə cinayətkarlar üçün risk faktoru artırıldı,  şəxsi 

entuziazm üçün geniş meydan açıldı və əks-təqdirdə dövlət üçün itirilmiş 

olan milyardlarla dollar vəsait sonucda bərpa edildi. Bu gün oxşar vəziyyətə 

düşmüş hökumətlər üçün bu nümunə cəlbedici ola bilər.

Bu yanaşma zamanla təkmilləşdirildi və 1986-cı ildə Konqres onu 

«saxtalaşdırmalarla mübarizədə  məhkəmə sübutlarının  əldə edilməsinin 

əsas vasitələrindən biri» kimi müəyyən etdi. Belə qaydalar başqa federal 

aktlarda, məsələn, patent qanunvericiliyinin pozulmaları sahəsində  də 

tətbiq edilir.

ABŞ-ın Saxta İddialar haqqında Qanununa görə mülki cavabdehlik prinsipi 

saxta  əməliyyatların baş verdiyi hallarda, hətta açıq-aşkar saxtakarlıq 

etmək niyyəti olmadıqda belə tətbiq edilir. Bu zaman məsuliyyət, qanun 

yalnız  şüurlu  şəkildə pozulduqda deyil, həmçinin məlumatın doğru və 

ya saxta olmasının yoxlanılması zamanı göstərilən səhlənkar və etinasız 

münasibətdən də doğur. Bu halda məhkəmə araşdırması cinayət deyil, 

mülki səciyyə daşıyır. Mülki işlərdə isə nisbətən aşağı standartlar tətbiq 

edildiyindən faktların mütləq şəkildə şübhəli olmaması tələbi qoyulmur.

Cavabdehləri hər saxta iddiaya görə ən azı $5000 cərimə gözləyir, bundan 

əlavə onlar öz qeyri-qanuni hərəkətləri ilə dövlətə vurduğu ziyanın üçqatını 

ödəməlidirlər.

“Qui tam” prosedurlarının başlanması üçün ayrı-ayrı fərdlər təşəbbüs göstərə 

bilər (onlar hökumətin hərəkətə başlamasını gözləməyə məcbur deyillər) 

və xəbərçilərin hər cür qisas hərəkətlərindən qorunması nəzərdə tutulub. 

Hökumət orqanlarına müvafi q sənədlərin surətləri göndərilir və  Ədliyyə 

Nazirliyi 60 gün ərzində işə qarışmalı olub-olmadığı və sonrakı hərəkətlər 

üçün əsas məsuliyyəti öz üzərinə götürməli olub-olmadığı haqqında qərar 

qəbul etməlidir. Hətta Nazirlik işə qarışmaq haqqında qərar qəbul etsə belə 

ərizəçinin prosesdə bir tərəf kimi qalmaq hüququ var, başqa sözlə ərizəçini 

dinləmədən işə xitam verilə bilməz. Prosesin sonunda, uğurlu fərdi iddiaçı 

geri qaytarılan məbləğdən ya 10% (əgər məsuliyyəti hökumət öz üzərinə 

götürürsə), ya da 25% (əgər hökumət işə qarışmazsa) əldə edir.



228

Normativ-Hüquqi Bazalar

Əsassız iddiaların qarşısını almaq üçün təminat da mövcuddur. Hökumət işə 

qarışaraq iddianı yoluna qoya və yaxud məhkəmədən onu rədd etməyi xahiş 

edə bilər. Əgər təşəbbüskarın qeyri-məhdud iştirakı cavabdehə təzyiq kimi 

qiymətləndirilərsə onun prosesdə  iştirakını  məhkəmə  də  məhdudlaşdıra 

bilər. Bundan başqa  əgər iddia əsassız və ya sadəcə bezdirmək üçün 

qaldırılıbsa məhkəmə iddiaçıdan ağlabatan qanuni cərimələrin və məhkəmə 

xərclərinin ödənilməsini tələb edə bilər. Bəzi iddiaçıların milyon dollar 

mükafat aldığı olub və belə halların təbliği başqalarını da bu işə sövq edə 

bilər.


Mənbə: Pope, Confronting Corruption (2000), 280–81.

Könüllü Təlimatlar

Dövlət Qulluqçuları üçün Davranış Kodeksi

Könüllü qəbul edilmiş davranış kodeksləri fərdi və kollektiv davranışa 

müəyyən dərəcədə təsir edə bilir. Onlar korrupsiyaya qarşı qanunvericiliklə 

nəzərdə tutulmuş məcburi potensial tədbirləri tamamlayırlar. Hərbi sahədə 

"əxlaq kodeksləri" və ya "davranış kodeksləri" hərbçilərin və  hərbi sahədə 

başqa personalın spesifi k korporativ mədəniyyətinə əsaslanaraq tərtib edilib. 

Belə insanların böyük əksəriyyəti ölkə xeyrinə öz xidmətləriylə fəxr edirlər 

və öz təşkilatlarının şərəfi nin ləkələnməsini yolverilməz hesab edirlər. Belə 

mühitdə  fərdi və ya kollektiv davranışın könüllü kodeksləri  əhəmiyyətli 

dərəcədə qiymətli ola bilərlər.

Dövlət qulluğu sahəsində fərdlər üçün əsas davranış tələbləri Korrupsiya-

ya qarşı BMT Konvensiyasının 8-ci maddəsində qeyd olunur. Bundan başqa, 

həm BMT, həm də  Avropa Şurası dövlət vəzifəli şəxslərin davranış kodeksləri 

modellərini qəbul ediblər. Həmin kodekslər dövlət məmurları üçün dürüstlü-

yün ümumi prinsiplərini müəyyənləşdirir və maraqların toqquşması, məxfi  

informasiyanı yaymaq, hədiyyələr və qonaqpərvərliklə qəbul etmək kimi spe-

sifi k məsələlərə toxunur.

Dövlət vəzifəli şəxslərinin Beynəlxalq Davranış Kodeksi, dövlət məmuru 

vəzifəsini etimad mandatı almış bir məqam hesab edir və buna görə  də, 

ölkənin demokratik qurumları vasitəsilə ifadə olunduğu kimi,vəzifəli dövlət 

rəsmi  şəxslərinin öz ölkəsinin dövlət maraqlarına mütləq  şəkildə  sədaqətli 

olmasını gözləyir.

139


 Daha sonra Kodeks vəzifəli dövlət məmurlarının öz 

vəzifə və funksiyalarını məharətlə, səmərəli və dürüst yerinə yetirəcəyini və 

cavabdeh olduqları ictimai vəsaitləri bacarıqla və  ən səmərəli tərzdə idarə 

139 



International Code of Conduct for Public Offi cials, adopted by the UN General Assembly 

in resolution 51/59 (12 December 1996), www.un.org/documents/ga/res/51/a51r059.htm.




229

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

edəcəklərini nəzərdə tutur.



Maraqların toqquşması. Dövlət vəzifəsi tutan şəxs öz şəxsi maraqlarının 

vəzifə öhdəlikləri ilə münaqişəyə girməsinə imkan verməməlidir. Vəzifəli 

şəxsin  şəxsi marağına onun şəxsən özü, ailəsi, yaxın qohumları, dostla-

rı, vaxtilə və ya indi işgüzar və ya siyasi münasibətlərdə olduğu şəxslər və 

təşkilatlar üçün istənilən üstünlük daxildir. Bu cür mövcud, potensial və 

mümkün maraq toqquşmalarından qaçmaq məhz vəzifəli şəxsin birbaşa şəxsi 

məsuliyyətinə aid edilir. Dövlət vəzifəsi tutan şəxs, istər vəzifədə olduğu 

müddətdə, istərsə  də  vəzifədən azad olduqdan sonra, öz şəxsi maraqlarını 

təmin etmək məqsədilə vəzifə üstünlüklərindən heç vaxt qeyri-qanuni istifadə 

etməməlidir.

140

Əmlak və maliyyə durumunun açıqlanması. Dövlət rəsmiləri qanunun və 

inzubati qaydaların icazə verdiyi və tələb etdiyi tərzdə tutduğu vəzifəyə mü-

vafi q öz şəxsi, həmçinin arvadının/ərinin və mümkün olarsa öhdəsində olan 

şəxslərin şəxsi əmlakı və maliyyə durumu haqqında məlumatları açıqlamaq 

və bu haqda bəyannamə vermək tələblərinə əməl etməlidirlər.

Hədiyyələrin və xidmətlərin qəbulu. Dövlət vəzifəsi tutan şəxslər onların 

funksiya və vəzifələrini yerinə yetirmələrinə və ya qəbul edəcəkləri qərarlara 

təsir edə biləcək hər hansı hədiyyə və ya xidmətləri birbaşa və ya dolayısı ilə 

almaq imkanı aramamalıdırlar. Adətən rəsmi şəxslərə bəzi rəmzi hədiyyələr 

qəbul etməyə icazə verilir və il ərzində belə hədiyyələrin toplam pul dəyəri 

müəyyən həddi aşmır.



Məxfi   məlumat. Dövlət vəzifəli  şəxs öz xidməti vəzifələrini yerinə 

yetirərkən əldə etdiyi istənilən məlumat və sənədlərlə müvafi q şəkildə, bütün 

zəruri məxfi liyin qorunmasını  təmin etməklə davranmağa borcludur. Onun 

üçün bu məhdudiyyətlər o rəsmi vəzifədən uzaqlaşdıqdan sonra da qüvvədə 

qalır. Məxfi lik yalnız o halda pozula bilər ki, bunu milli qanunvericilik, vəzifə 

borclarının icrası və ya ədalət məhkəməsi qəti olaraq tələb etsin.

Qeyd edilənlərə  əlavə olaraq, dövlət vəzifəli  şəxslərinin davranış 

kodeksləri digərləri ilə yanaşı çox vaxt aşağıdakı  məsələləri aydınlaşdıran 

müddəaları da əks etdirir:

•  kodeksin, qanunun və ya inzibati prosedurların baş vermiş, hazırlanan 

və ya baş verə biləcək pozulması haqqında səlahiyyətli orqanlara məlumat 

verməli olduğu hallar;

•  gəlirlərin müntəzəm bəyan edilməsi tələbləri;

•  öz vəzifələri ilə bir araya sığmayan və onları lazımi  şəkildə yerinə 

140

 Ibid. Həmçinin bax: Council of Europe, Codes of Conduct for Public Offi cials



Recommendation Rec(2000)10 and explanatory memorandum (Strasbourg: Council of 

Europe Publishing, January 2001).




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə