Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə88/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   84   85   86   87   88   89   90   91   ...   163

230

Normativ-Hüquqi Bazalar

yetirməkdən yayındıran istənilən fəaliyyətdə və razılaşmada ödənişlə və ya 

ödənişsiz iştirak etməmək və heç bir vəzifə və funksiya yerinə yetirməmək 

tələbləri;

•  uyğun olmayan təklifl ərə münasibət göstərmənin qaydaları; və / və ya

•  keçmiş dövlət vəzifəli  şəxslərə dövlət xidmətlərindən imtiyazlı 

istifadə və ya üstün əlçatanlıq imkanı verməmək tələbi.

141


 

Kodeksə riayət etmə. Belə davranış kodeksləri müvafi q nazirin və ya 

dövlət xidməti rəhbərinin başçılığı altında hazırlanır. Dövlət vəzifəli  şəxs 

özünü kodeksin tələblərinə uyğun aparmağa borcludur və müvafi q  olaraq 

həmin tələbləri və onlarda baş verən hər bir dəyişiklyi bilməlidir. O sonra-

kı hərəkətləri ilə bağlı tərəddüd içində olduqda nə etmək lazım olduğu haq-

qında məsləhət almaq üçün müvafi q mənbəyə müraciət etməlidir. Kodeksin 

müddəaları dövlət vəzifəli  şəxsin işə  qəbulu  şərtlərinin bir hissəsini təşkil 

edir. Onların pozulması intizam tədbirlərinin tətbiqinə gətirib çıxara bilər. İşə 

qəbul şərtləri üzrə danışıqlar aparan dövlət vəzifəli şəxs Davranış Kodeksinə 

əməl etməyin vacibliyi və onun icraçı ilə bağlanacaq müqavilənin bir hissəsi 

olması haqqında müddəaları  həmin  şərtlərə  əlavə etməlidir. Buna uyğun 

olaraq dövlət vəzifəli  şəxs nəzarət və ya idarə etdiyi digər məmurların bu 

kodeksə əməl etmələrinə cavabdehdir. Kodeksin tələbləri pozulduğu hallarda 

o günahkarlara qarşı intizam tədbiri təyin və ya təklif etməlidir.

Nəhayət, dövlət idarəsi kodeksin müddəalarına vaxtaşırı yenidən baxır və 

müvafi q düzəlişlər edir.

142

Özəl Sektorda Davranış Kodeksləri

Dövlət sektorunda olduğu kimi özəl  şirkətlər də  əməkdaşlarının digər 

qəbuledilməz davranış  təzahürləri ilə bir sırada, korrupsiya hallarına 

münasibətini müəyyənləşdirən davranış kodekslərinə malikdir. 20-ci Fəsildə 

başlıca hərbi tədarükçülərin davranış kodekslərindən nümunələr verilir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı beynəlxalq səhnədə Beynəlxalq 

Biznes  Əməliyyatları Zamanı Xarici Vəzifəli  Şəxslərin Rüşvətxorluğuna 

Qarşı Mübarizə Haqqında 1999-cu il Konvensiyasına

143

 korrupsiya və onun 



transsərhəd təzahürlərinin əlavə edilməsinə təkan verdi. Həmin konvensiya-

nın müddəaları tam ölçüdə silah ticarətinə də aiddir.

Rüşvətxorluq və maraqların toqquşması davranış kodekslərində ən çox 

141


 Bu və digər detalların təfərrüatı üçün bax Codes of Conduct for Public Offi cials.

142 


Ibid., 14, Article 28.

143


 İƏİT, Beynəlxalq Biznes Əməliyyatları Zamanı Xarici Vəzifəli Şəxslərin Rüşvətxorluğuna 

Qarşı Mübarizə Haqqında Konvensiya(February 1999), www.oecd.org/ document/21/0,3343

,en_2649_34859_2017813 _1_1_1_1,00.html. 



231

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

xatırlanan davranış növlərinə aiddir. Hətta akademik təhlillər belə o nəticəyə 

gəlir ki, şirkətin rüşətxorluqla bağlı siyasətinin olub-olmaması onun ən əsas 

ümumi etik göstəricisidir.

144

Digər tərəfdən, empirik tədqiqatlar o nəticəyə gətirib çıxardır ki, korpora-



tiv davranışın müxtəlif növləri beynəlxalq kodekslərin təsirindən ümumiyyətlə 

asılı deyil, amma daha çox başqa amillərin təsirinə məruz qalırlar. Buna bax-

mayaraq, tədqiqatlar iddia edir ki, davranış kodeksləri müsbət təsirə malik ola 

bilər. Xüsusi halda, korrupsiya bilavasitə kodeksin köməyi ilə azalmır, ancaq 

bu kodekslər daha formal və konstruktiv dialoq açır. Belə ziddiyyət müsbət 

səciyyəlidir.

145

Hökumət tənzimləmələri və peşəkar assosiasiyaların davranış kodeksləri 



ilə birlikdə korporativ davranış kodeksləri, maraq toqquşmaları və korrupsiya 

ilə mübarizə məsələləri ilə bağlı bütün sahələr üzrə dəyişikliklərin reallaşdır-

masının təsirli vasitələri kimi təklif edilir.

146


Əxlaq kodeksləri olan bir sıra müdafi ə yönümlü peşəkar assosiasiyalar 

var. ABŞ-da, məsələn, iri hərbi tədarükçülərin əksəriyyəti Müdafi ə Sənayesi 

Təşəbbüsünə (bax: Haşiyə 20.1) məxsusdur. Avropada oxşar tədbirlər Avropa 

Aerokosmik və Müdafi ə Sənayesi Assosiasiyası (Aerospace and Defence In-

dustries Association of Europe- ASD) çərçivəsində həyata keçirilir və onlar 

"Avropa Aerokosmik və Müdafi ə Sənayesi üçün ümumi sahə standartları”- 

nın meydana çıxması ilə nəticələnib. Haşiyə 20.2 ASD Əxlaq Kodeksinin və 

korrupsiya əleyhinə tədbirlərin qısa təsvirini verir.



Dürüstlük Paktları

Beynəlxalq Şəffafl ıq təşkilatı həm dövlət vəzifəli şəxslər, həm də müdafi ə 

sifarişləri təchizatçıları  tərəfi ndən dürüstlüyün təminatı  və  ləyaqətli davra-

nışın təşviq edilməsinin yenilikçi forması ilə  çıxış edib. "Müdafi ə Sekto-

runda Dürüstlük Paktları" adlanan bu təşəbbüs hərbi sursat tədarükü üzrə 

müqavilələrdə korrupsiya ilə mübarizə  məqsədilə  nəzərdə tutulub. Qısa 

şəkildə Haşiyə 15.9 -da təqdim edilən ideya Polşada həyata keçirilib. Digər 

NATO və  tərəfdaş ölkələr "Müdafi ə Sektorunda Dürüstlük Paktları"-nın 

tətbiq edilməsində ilk addımlarını atırlar. Məsələn, Bolqarıstan Müdafi ə Na-

zirliyi hazırda belə Paktları hərbi sahədə bahalı satınalma müqavilələri üçün 

144

 Bert Scholtens and Lammertjan Dam, “Cultural Values and International Differences in 



Business Ethics,” Journal of Business Ethics 75:3 (2007): 273–84, as quoted in A. Scott 

Carson, Mark Baetz, Shelley McGill, Codes of Conduct in the Private Sector (Toronto: 

EthicsCentre CA, April 2008), 16, www.ethicscentre.ca/EN/resources/ethicscentre_codes_ 

april08.pdf.

145 

Carson, Baetz and McGill, Codes of Conduct (2008), 13.



146 

Ibid., 19.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə