Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə89/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   85   86   87   88   89   90   91   92   ...   163

232

Normativ-Hüquqi Bazalar

məcburi etmək məsələsinə baxır.

Həmçinin qeyd edilməlidir ki, dövlət vəzifəli  şəxslər və müdafi ə 

sifarişlərinin təchizatçıları üçün korrupsiya risklərinin və davranış 

kodekslərinin müzakirəsi zamanı olduğu kimi belə könüllü mexanizmlər də 

dövlət normativ aktları ilə gücləndirilib. Haşiyə 7.7 -də nümunə göstərilən 

ABŞ federal aktları müdafi ə sahəsində  satınalma müqavilələri tərəfl ərindən 

etik proqramlarının olmasını tələb edir və bu tələbə əməl etməyən şirkətlərin 

müraciətlərinə baxılmasının yubadılmasını  və ya dövlət müqavilələrindən 

ümumiyyətlə kənarlaşdırılmasını nəzərdə tutur.

147

Bu prinsipin transsərhəd tətbiqi, başqa sözlə, korrupsiya sui-istifadə 



hallarına qarşı beynəlxalq səviyyədə  qəbul edilmiş qadağalar 

148


, müdafi ə 

təyinatlı məhsulun və xidmətin alınmasıyla bağlı korrupsiya ilə mübarizədə 

daha güclü alətə çevrilə bilər.

Haşiyə 15.9. Müdafi ə Alqı-Satqıları üzrə Dürüstlük Paktları

Dürüstlük Paktları ümumilikdə dövlət satınalmaları sahəsində korrupsiyaya 

qarşı "Beynəlxalq  Şəffafl ıq" təşkilatının işləyib hazırladığı vasitələrdir. 

Sonradan onlar müdafi ə  təyinatlı malların tədarükündə  tətbiq edilməsi 

üçün təkmilləşdiriliblər.

Müdafi ə Alqı-Satqıları üzrə Dürüstlük Paktları özündə adətən üç əsas 

xüsusiyyəti birləşdirir:

•  Qısa müqaviləyə  əsasən tenderlərin bütün iştirakçıları  və 

tədarükün təşkilatçısı korrupsiyaya qarşı müəyyən öhdəliklərlə, 

tender iştirakçıları isə  həm də maliyyə hesabatlarının daha geniş 

açıqlanması qaydaları ilə razılaşırlar. Tenderlərin iştirakçıları 

razılaşdırılmış öhdəliklərin pozulmasında ifşa edilsələr, tenderdən 

çıxarılmaq da daxil olmaqla sanksiyalarla da razılaşırlar.

147


 Konkret olaraq bu halda - hökumət müqavilələrini və ya onların bir hissəsini qazanmaq 

və ya onları icra etməklə bağlı Saxta İddialar haqqında Qanunun pozulması və hökumət 

müqavilələri üzrə artıq ödəmələrin alınması hallarını vaxtında açıqlamaqdan açıq şəkildə 

imtina etmək.

148 

Eyni ilə bir şirkətin hər hansı bir ABŞ departamenti tərəfi ndən kənarlaşdırılmasının ona 



istənilən digər federal departamentdən müqavilə əldə etməsini qadağan etdiyi kimi. 


233

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

•  Müstəqil Monitorinq əsasən bütün tərəfl ərin saziş üzrə öz 

öhdəliklərinə riayət etmələrini izləyir. Adətən bunun üçün müstəqil 

texniki ekspertdən istifadə edilməsi nəzərdə tutulur. O, problemlərlə 

üzləşdikdə və ya şikayət olduqda dəvət edilir, əsassız təsirlərin və 

ya korrupsiya izlərinin üzə  çıxarılması üçün tender sənədlərinə 

yenidən baxır.

•  Sənədlərin və prosedurların ictimai şəffafl ığının daha yüksək 

səviyyəsi. Bu həmçinin ictimaiyyət və  vətəndaş  cəmiyyətinin 

prosesə cəlb edilməsinin daha geniş vüsət almasına şərait yaradır 

və şəffafl ığın artırılması yolu ilə ona inamı gücləndirir.

" Müdafi ə Alqı-Satqıları üzrə Dürüstlük Paktları " nümunəsi “Beynəlxalq 

Şəffafl ıq” təşkilatı saytınn “Korrupsiyadan müdafi ə” (Defence 

Against Corruption) bölməsində bu ünvanda yerləşdirilib: www.

defenceagainstcorruption.org/index.php?option=com_docman&task= 

doc_download&gid=37. 



Mənbə: Mark Pyman, Building Integrity and Reducing Corruption Risk in Defence 

Establishments: Ten Prac tical Reforms (London: Transparency International – UK, April 

2009), 36.



Məlumatın Əlçatanlığı, Şəffafl ıq və İdarəçilik

Dövlət vəzifəli şəxslərinin fəaliyyətləri şəffaf olmasa, hökumət isə xalq 

qarşısında hesabat verməyə  məsul olmadıqca, indiyədək baxılan norma-

tiv tənzimləmə mexanizmlərinin əksəriyyətinin tətbiqi səmərə verə bilməz. 

Korrupsiyaya qarşı BMT Konvensiyası şəffafl ıq və hesabatlılıqla bağlı dəqiq 

tələblər müəyyən edir (Maddə 10). O tələb edir ki, ölkələr öz dövlət idarəetmə 

prosedurlarında şəffafl ığı artıracaq tədbirlər görməlidir. BMT Konvensiyasın-

da şəffafl ığı və hesabatlılığı artırmaq üçün tövsiyə edilən konkret tədbirlərdən 

aşağıdakı nümunələri qeyd etmək olar:

•  Əgər qanuna zidd deyilsə, mümkün olduğu hallarda ictimaiyyətin 

təmsilçilərinin dövlət idarəetmə orqanlarının təşkilati strukturu, fəaliyyəti və 

qərarların qəbulu prosesi haqqında, həmçinin şəxsi həyat və özəl məlumatların 

qorunması tələblərini təmin etməklə, sadə vətəndaşlara aid olan qərarlar və 

hüquqi aktlar haqqında məlumatların əldə edilməsinə imkan verən prosedur 

və qaydaların qəbul edilməsi;

•  səlahiyyətli hakimiyyət orqanlarına ictimaiyyətin çıxışını asanlaşdır-

maq üçün inzibati prosedurları mümkün olduqca sadələşdirmək; və

•  dövlət orqanlarında korrupsiya riski haqqında dövri hesabatlar da da-

xil olmaqla məlumatların nəşr edilməsi.



234

Normativ-Hüquqi Bazalar

Əhəmiyyətli önləyici təsiri olan nisbətən sadə tədbir, dövlət vəzifəli şəxsin 

iş başına keçdiyi anda gəlirləri və mülkiyyəti haqqında məlumatları ictimaiyyət 

üçün açıqlamaq və vaxtaşırı olaraq həmin məlumatları yeniləməkdir.

Şəffafl ıq məlumat  əldə etmək azadlığı haqqında qanunun qəbulu ilə 

əhəmiyyətli dərəcədə artırıla bilər. Müvafi q olaraq bu qanunla, ictimaiyyətin 

ayrı-ayrı təmsilçiləri məlumatların əlçatanlığına təminat əldə edəcəklər. Bu 

məsələdə milli təcrübə müxtəlif ola bilər. Bəzi ölkələrin qanunvericiliyində 

məlumatların  əlçatanlığı müəyyən  şərtlərlə  məhdudlaşdırılır. Məsələn bil-

dirilir ki, əlçatanlıq yalnız dövlət qulluğu vəzifələri və ya əhəmiyyətli ic-

timai məsələlər haqqında məlumatlara  şamil olunur, və ya ərizəçidən  əldə 

etmək istədiyi bu və ya digər məlumata niyə ehtiyacı olduğunu izah etməsi 

tələb edilir. Lakin bir qayda olaraq məlumatın  əlçatanlığı "formasından, 

mənbəyindən, yaranma tarixindən, rəsmi statusundan, müəllifi ndən, kimdə 

saxlanmasından və məxfi lik dərəcəsindən asılı olmayaraq hər cür məlumata" 

tətbiq edilməlidir.

149

 

Əlçatanlığın asanlaşdırılması yolları nöqteyi-nəzərindən, məlumat azad-



lığı haqqında qanun aşağıdakıları təmin edən bir sıra beynəlxalq standartlara 

uyğun olmalıdır:

•  şifahi sorğular vermək hüququ;

•  dövlət orqanının müraciət edənlərə yardım üçün informasiya üzrə 

mütəxəssis təyin etmək vəzifəsi;

•  məlumatı mümkün qədər tez, hər halda müəyyən edilmiş müddət 

ərzində vermək öhdəliyi;

•  əlçatanlığın daha münasib hesab edilən formasını göstərmək hüququ, 

məsələn,  tələb edilən sənədin gözdən keçirilməsi, elektron və ya foto surəti, 

və 


•  məlumatın əlçatanlığından istənilən imtinanın səbəblərini yazılı bildi-

riş formasında tələb etmək hüququ.

150

 

Dünya Bankı  tərəfi ndən bu yaxınlarda yerinə yetirilmiş  işin nəticələri, 



hüquqi sahəni vətəndaşlar üçün daha demokratik və açıq etmək üçün burada 

məlumata  əlçatanlığın və  şəffafl ığın artırılmasına çağırır. Bu məsələnin iki 

cəhəti var – hakimlərin və prokurorluğun inzibati fəaliyyətinə aid məsələlər 

və onların yurisdiksiyalarına aid olan məsələlər üzrə məlumatın əlçatanlığının 

və  şəffafl ığın təminatı. Birinci cəhət maliyyələşdirmə, mülkiyyət və  gəlir 

149


 Toby Mendel, “Legislation on Freedom of Information: Trends and Standards,” 

PREMNotes, No. 93 (World Bank, October 2004), http://siteresources.worldbank.org/

PSGLP/Resources/ premnote93.pdf.

150

 Ibid., 2. 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə