Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə92/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   88   89   90   91   92   93   94   95   ...   163

241

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

rı onların prioritetliyindən asılı olaraq piramida şəklində bölünür və baza 

səviyyəsi ehtiyaclarından başlayaraq tədricən təmin olunur. Hər növbəti 

səviyyəyə keçid çox zaman yalnız əvvəlki səviyyə ehtiyaclarının təmin olun-

masından sonra baş verə bilər.

154


 Aşağı səviyyə ehtiyacları təmin olunduqdan 

sonra onlar davranış motivləri kimi öz aktuallığını itirirlər və insan dərhal 

prioritetliyin növbəti səviyyəsində duran ehtiyaclarının təmin olunması üçün 

yollar axtarmağa başlayır. Maslou nəzəriyyəsi indi də geniş tətbiq edilir və bu 

bölmənin kontekstində də onu daha ətrafl ı müzakirə etməyə dəyər (bax Şəkil 

16.1). Maslou nəzəriyyəsinə görə insan ehtiyaclarının ierarxiyası aşağıdakı 

elementlərdən ibarətdir:

Fizioloji Ehtiyaclar

Orqanizmin  fi ziki  sağ qalmasının asılı olduğu  ən mühüm ehtiyclar 

oksigenə, yeməyə və suya, həmçinin bədənin hərarətinin nisbətən daimi bir 

səviyyədə saxlanmasına olan ehtiyaclardır. Fəal olmaq, istirahət və yuxu, 

həyat fəaliyyəti tullantılarından qurtulmaq, ağrıdan qaçmaq və cinsi əlaqədə 

olmaq ehtiyacları da onlarla bir səviyyədə durur. İnsan bu baza ehtiyaclarını 

təmin etmək imkanından məhrum olduqda, onlar ehtiyaclar iyerarxiyasında 

əsas yeri tuturlar.



Təhlükəsizlik

Nə zaman ki, baza fi zioloji ehtiyacları artıq təmin edilmişdir və daha insa-

nın davranış motivləri kimi çıxış etmirlər, o zaman onda şəxsi təhlükəsizliyin 

təminatına ehtiyac yaranır. Bu ehtiyac yalnız bədənin fi ziki təhlükəsizliyinə 

və insanın sağlamlığına aid deyil, həm də ona öz gələcək fi zioloji ehtiyaclarını 

təmin etməyə imkan verəcək resurslaradır. Bu kateqoriyaya maddi resurslar--

pul, əmlak və mülkiyyət, sosial resurslar (ailə, iş) və hətta daha qlobal qayda 

–qanun və məhdudiyyətlərə can atmaq daxildir.



Sevgi, Mənsubiyyət və Sosial əlaqələr

Birinci iki kateqoriya ehtiyacları təmin olunduqdan sonra insan tənhalıq 

və  cəmiyyətdən ayrı düşmək kimi hissləri daha dərindən duymağa başla-

yır. Belə hisslər başqa insana qarşı sevgi və daha sıx münasibət, həmçinin 

müəyyən sosial qruplara mənsub olma ehtiyaclarının təzahürləridür (məsələn, 

aclığın qidaya ehtiyacın təzahürü olması kimi) və  həyatda dostluğun, zərif 

154

 Bu nəzəriyyə ilk dəfə Maslounun “İnsan motivasiyası nəzərəiyyəsi” əsərində irəli sürülüb, 



“Theory of Human Motivation,” Psychological Review 50:4 (July 1943): 370–396.


242

İnsan Amilinin Rolu

münasibətlərin və birgə olmanın hesabına təmin edilir. Bu başqa insanlara 

dostluq və incə duyğular bəsləməyi və onlardan da eyni hisslərin alınmasını, 

həmçinin cəmiyyətin müəyyən qrupları ilə birlik hissini nəzərdə tutur. 

 Şəkil16.1. Maslou-ya görə Tələbatlar İerarxiyası

155

Hörmət və Tanınma

Ilk üç səviyyənin ehtiyacları təmin edildikdən sonra, insan tanınması və 

başqa insanların hörmətini qazanması istəyinə daha çox fi kir verməyə baş-

layır. Maslou nəzəriyyəsinə əsasən bu ehtiyac iki formadan birində üzə çıxa 

bilər. Tanınmaya və hörmət qazanmağa ehtiyacın birinci forması hörmət 

nişanələrini digər insanlardan almaq arzusu ilə təzahür edir ki, bu da şəxsi 

status hissinin, tanınma, razılıq, diqqət, məşhurluq, ləyaqət və hətta (başqa 

insanlar tabelik və itaətkarlıq əlamətləri göstərdikdə) başqa insanlar üzərində 

üstünlük kimi hisslər formalaşdırır. Maslou hörmətə və tanınmaya ehtiyacın 

təmin olunmasının belə formasını aşağı forma hesab edirdi, çünki, onun real-

laşması başqa insanların hərəkətlərindən asılıdır. İkinci forma – özünə inam, 

155

  Janet A.Simons, Donald B. Irwin and Beverly A. Drinnien, Psychology – The Search for 



Understanding), (NewYork: West Publishing Company, 1987 ).


243

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

yetkinlik, həyatda uğurlu olmaq və özünə güvənmək kimi hissləri əhatə edən 

özünə hörmətə ehtiyacdır. Maslou bunu ən yüksək forma hesab edirdi, belə 

ki, onun reallaşdırılması başqa insanların hərəkətlərindən daha az asılıdır.



Özünütəsdiq

Bütün aşağı ehtiyaclar təmin edildikdən sonra, insanları "özünü təsdiq 

etmə" ehtiyaclarını təmin etmək haqqında fi kirlər daha çox məşğul edir - bu 

onların bir fərd kimi öz unikal qabiliyyətlərini və şəxsiyyət kimi rollarını ifadə 

etmək istəyidir: "musiqiçi musiqi bəstələməlidir, rəssam şəkil çəkməli, şair 

isə şeir yazmalıdır". Bu ehtiacları təmin etmək üçün insan yaradıcı düşüncəyə 

sahib olmalı, özünü dərk etməli, əxlaq normalarını gözləməli və bilik axta-

rışında olmalıdır. Əməldə bunların həyata keçirilməsi bundan aşağıda dörd 

səviyyənin ehtiyaclarını təmin etmək üçün lazım olan dəqiq və kifayət qədər 

universal tələblərə nisbətən, yüksək dərəcədə fərdidir.

Səmərəli idarəetməni və liderliyi həyata keçirmək üçün insan davranışı-

nın baza dinamikasını - davranışın motivlərini, davranışın özünü, nəticələrini 

və onlara əks reaksiyanı anlamaq çox əhəmiyyətlidir. Maslounun insan eh-

tiyaclarının ierarxiyası  işçilərin davranışlarını stimullaşdıran və idarə edən 

müxtəlif ehtiyacları  məhdudlaşdırmağa və anlamağa imkan verən dəyərli 

köməkçi vasitədir. O həmçinin korrupsiya əleyhinə  səylərin planlaşdırıl-

masında və  hədəfl ərin müəyyən edilməsində  də çox yaxşı köməkçi vasitə 

ola bilər. Məsələn, ehtiyaclar ierarxiyasının ikinci səviyyəsində korrupsi-

ya davranışı  təzahürlərinə mane olma üzrə  ənənəvi tədbirlər, korrupsiyada 

ələ keçmiş insanları maaşlarının, vəzifələrinin və  hətta azadlıqlarının, yəni 

"təhlükəsizliklər" sahəsinə aid olan atributlarının itirilməsi ilə təhdid edir. An-

caq bu risklərin çəkindirici effekti artıq "təhlükəsizliklər" səviyyəsində öz eh-

tiyaclarını təmin etmiş insanlar üçün azala bilər. İndi onların diqqəti növbəti 

səviyyənin (başqa insanlarla münasibətlər, hörmət və tanınma) ehtiyacları-

nın təmin olunmasında cəmlənib. Belə insanlar "təhlükəsizlik" səviyyəsində 

risklər qarşısında demək olar ki, əlçatmaz ola bilərlər. Ehtiyaclar ierarxiyası-

nın bu səviyyəsində risklər qarşısında zəifl ik yalnız həmin risklər daimi xa-

rakter aldıqda arta bilər. Belə insanlar üçün ehtiyaclar ierarxiyasında onların 

üçüncü (sosial münasibətlər) və dördüncü (hörmət qazanmaq və reputasi-

ya) səviyyədə ehtiyaclarını  təhdid edən xəbərdaredici tədbirlər daha təsirli 

ola bilər. Eyni fi kri dürüstlüyü təmin etmək cəhdləri haqqında da demək 

mümkündür. Kantın "mənəviyyat qanunu" nöqteyi-nəzərincə dürüstlüyün 

təminatı özünün başlanğıc formasında o kəslərə xasdır ki, onların həyatda 

əsas məqsədi mənəvi özünü təkmilləşdirmə və özünütəsdiqdir. Belə şəxslər 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə