Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə91/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   87   88   89   90   91   92   93   94   ...   163

238

İnsan Amilinin Rolu

zəifdirsə biz diqqətimizi daha çox hüquqi baza üzərində deyil, instututlaşmış 

mexanizmlərin təkmilləşdirilməsi və vətəndaş cəmiyyəti və özəl sektorun dü-

rüstlüyünün təmin edilməsi islahatına cəlb edilməsi üzərində toplamalıyıq.

Bu toplunun bundan sonrakı  fəsillərində  nəzərdən keçiriləcək könül-

lü öhdəliklər, sadələşdirilmiş inzibati prosedurlar, şəffafl ığın artırılması 

və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, parlament nəzarəti və 

ictimaiyyətin cəlb edilməsi müdafi ə təşkilatının korrupsiyaya qarşı imkanla-

rını gücləndirir.



239

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

16-cı Fəsil

İnsan Amilinin Rolu

Hansı normativ-hüquqi və  təşkilat  əsaslar üzərində durmasından ası-

lı olmayaraq müdafi ə  hərbi strukturları insanlardan təşkil olunub. Deməli, 

müdafi ə sektorunda korrupsiyaya qarşı səylərin əsas məsələsi insan davranı-

şına təsir etmək, yəni peşəkar və əxlaqlı davranışların təzahür etməsinə şərait 

yaratmaq və eyni zamanda, şəxsi varlanma məqsədi ilə dövlət vəzifəsindən 

istifadə edilməsinə mane olmaqdır. 2-ci Bölmə bu fəaliyyətə iki yanaşmanı 

nəzərdən keçirir. Birincisi, mənəvi itkilərin və ya "mənəvi ağırlığın" artırıl-

ması yolu ilə korrupsiya hərəkətlərinə mane olmaqdan ibarətdir. İkincisi isə 

korrupsiya  əməllərindən gözlənilən risklərin artırılması ilə bağlı kompleks 

tədbirlər vasitəsi ilə korrupsiyaya mane olmaqdır. Bu yanaşma özündə kor-

rupsiyada ifşa olunma ehtimalının artırılmasını və cəzanın qaçılmaz olmasını 

birləşdirir. Yuxarıda göstərilən məsələlər üç vasitənin köməyi ilə həll edilir: 

dürüstlüyün təmin edilməsi; şəffafl ığın artırılması; və nəhayət cavabdehlik və 

məsuliyyətin təkmilləşdirilməsi.

Bu fəsildə  həmin yanaşmalar və vasitələr müfəssəl izah edilir. Konk-

ret fərdin hərəkətlərini ən yaxşı necə anlamaq və onlara ən yaxşı necə təsir 

etmək yollarını araşdırarkən biz davranışın motivlərinə, həm də  həmin 

motivlərin konkret fərdin davranışına öz təsirini göstərdiyi daha geniş təşkilat 

kontekstində baxırıq. Həmçinin, təşkilatların müsbət etik və peşəkar davra-

nışları ən yaxşı necə möhkəmləndirilə və eyni zamanda, qeyri-əxlaqi davra-

nışların təzahürlərinin qarşısının necə alına biləcəyi və nəhayət, üzvlərini etik 

qərarlar qəbul etməyə sövq edəcək belə təşkilat mühitinin yaradılması yolları 

araşdırılır. 



İnsan Davranışının Motivləri

Davranış – insanın həyata keçirdiyi hər cür fəaliyyət və fəaliyyətsizlik 

aktlarının məcmusudur. Elmi dildə desək, davranış – "orqanizmin daxili və 

xarici stimullara müşahidə və təsvir edilə bilən reaksiyalarının məcmusudur". 

Etik hərəkətlər insanın ümumi davranış elementlərindən yalnız birini təşkil 

edir. Davranış şüurlu və ya şüuraltı, açıq və ya gizli, könüllü və ya məcburi, 

və həmçinin kənardan müşahidə edilə bilən istənilən hərəkətlər, məsələn da-

nışma, hərəkət etmə və ya emosiyaların ifadə edilməsi şəklində təzahür edə 

bilər. Davranış həm daxili, həm də xarici ictimai-təbii mühitlə şərtlənir. Daxi-

li motivlərə irsilik, bilik, fərdi xüsusiyyətlər, xasiyyət, dəyərlər, qabiliyyətlər 




240

İnsan Amilinin Rolu

və  tələbatlar daxildir. Xarici motivlər kompleksinə sosial (başqa insanların 

törətdiyi) stimullar, fi ziki stimullar (iqlim və coğrafi   şərait, infrastruktur, 

obyektlər) və hadisələr daxildir.

Davranışın konkret modelləri insanın  şəxsi ehtiyaclarını  təmin etmək 

məqsədi ilə xarici mühitə təsir etmək cəhdini əks etdirir. Bu ehtiyaclar şüurla-

rımızda özünü arzu və istəklərimiz kimi biruzə verir ki, elm onları "motivlər" 

kimi müəyyən edir və "şüurlulara" və "şüuraltılara" bölür. Konkret davranı-

şın planlaşdırılmış və ya planlaşdırılmamış nəticələri əks reaksiya doğurur. 

Bu  əks reaksiya həm birbaşa, yəni aktual ehtiyacın təmin edilməsi (və ya 

edilməməsi), həm də dolayısı ilə – yəni başqa insanlardan aldığımız siqnallar 

vasitəsilə yarana bilir və sonrakı davranışa təsir edəcək xarici motivə çevri-

lir. Əks reaksiyanı doğuran hərəkətlərin daimi təkrarı hesabına onun təsirini 

gücləndirmək, həmçinin onu, məsələn, ictimai davranış normalarının tətbiqi 

vasitəsilə daxili motivə çevirmək mümkündür.

Davranışın müxtəlif modelləri tez-tez planlaşdırılmamış  həm müsbət, 

həm də mənfi  nəticələrə  gətirib çıxarır. Həmin nəticələr konkret aktual ehti-

yacla ya bilavasitə, ya da qismən bağlı ola bilərlər. Bəzən isə onların konkret 

aktual ehtiyacla heç bir əlaqəsi olmaya da bilir. Axırıncı halda, əks reaksiyanı 

heç də  həmişə düzgün anlamaq və qiymətləndirmək mümkün olmur. Belə 

ki, bəzən konkret davranışın və onun nəticələrinin arasında məntiqi əlaqəni 

görmək çox çətin olur. Məsələn, mötəbər bir mükafat alan bir şəxs, məntiqi 

hesab edir ki, bu mükafat ona saatlarla könüllü və pulsuz yerinə yetirdiyi 

əlavə iş üçün mükafat kimi verilib. Amma həmin şəxs bunu anlamaya bilər 

ki, onun həmkarları belə mükafatın alınmasını istəmirlər, çünki hesab edirlər 

ki, bu halda onlar da normadan əlavə müəyyən miqdar saat pulsuz işləməli 

olacaqlar.

Qeyd etmək lazımdır ki, müxtəlif ehtiyaclar insan üçün müxtəlif dəyərə 

malikdir. 20-ci əsrin ortalarında görkəmli Amerika alimi və humanist psixo-

logiyanın banisi Abraham Maslou (Abraham Maslow) hazırda "Maslou pi-

ramidası" və ya "insan ehtiyaclarının ierarxiyası" kimi tanınan nəzəriyyəni 

işləyib hazırladı. Həmin nəzəriyyəyə görə, qarşılanmayan müəyyən ehtiyac-

lar, digərlərinə nisbətən insan davranışının daha güclü motivinə çevrilirlər. 

Nə zaman ki, insan susuzluq hiss edir, o ən əvvəl suyu və yalnız bundan sonra 

qidanı axtarmağa başlayır. O ac olduqda isə qida axtarışları onu öz işindən 

zövq almaqdan daha çox maraqlandıracaq.  İnsan özünü müdafi əsiz (fi ziki, 

psixoloji və ya maliyyə cəhətdən) hiss etdikdə diqqətini öz qabiliyyət və im-

kanlarından tam istifadə etməklə  şəxsi potensialını reallaşdırmaq üzərində 

toplamağı bacarmır. Maslou nəzəriyyəsinə  əsasən insanın bütün ehtiyacla-



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə