261
Hökumətin Rolu
da azalırdı. Bəzi ölkələrdə həmin "sağ qalma dövrü" təxminən on il davam
etdi və bu dövrdə korrupsiya müdafi ə strukturlarında və hərbi mədəniyyətdə
dərin kök saldı.
Müdafi ə Sektorunda Idarəetmədə Dürüstlüyün Təmin
Edilməsi
Cəmiyyətin lazımınca müdafi əsi, başqa sözlə müdafi ə sistemindən "icti-
mai fayda" götürmək üçün vacib olan təsirli və səmərəli müdafi ə imkanlarının
yaradılması müdafi ə sahəsində idarəetmənin hədəfi dir. Demokratik ölkələrdə
bu proses demokratik mülki nəzarət və ictimai hesabatlılıqla sıx bağlıdır.
Başqa sözlə, hökumət strukturları və ayrı-ayrı dövlət vəzifəli şəxsləri ictimai
vəsaitlərdən (vergi ödəyicilərinin pullarından)qanuni surətdə və parlamentin,
mətbuatın və cəmiyyətin nəzarəti altında istifadə edirlər.
156
Təsirli idarəetmə
mexanizmlərinin, hesabatlılığın və şəffafl ığın möhkəmləndirilməsi təbii ki,
korrupsiya imkanlarını azaldır.
İstər seçim şuralarının, istər tender komitələrinin, istərsə də rəhbərliyin
qərar qəbulu proseslərində dürüstlüyü təmin etmək üçün bəzi əsas prinsiplər
tətbiq edilə bilər. Maksimum mümkün dərəcədə bu proseslər yazılı qaydalarla
idarə edilməlidir. Həmin qaydalarla iştirakçılar (əsas maraqlı tərəfl ərin hamısı
daxil olmaqla) və onların məsuliyyətləri müəyyənləşdirilməlidir. Onlar qanuni
şərtləri (həm məsələlərə baxılmasının məqəsədəuyğunluğu, həm də qərarlara
riayət edilməsinin təmin olunması baxımından) və qərar qəbuletmə meyarlarını
müəyyən etməlidirlər. Qaydalar, həmçinin, proseslərin qanuni nəticələrini də
ictimai faydalı olmaları baxımından müəyyən etməlidir. Məqsəd və vəzifələr
sənədləşdirilməli, rəhbərliyə məsul və prosesə nəzarət edən şəxs tərəfi ndən
təsdiq edilməli və bütün maraqlı tərəfl ər üçün şəffaf olmalıdır. Qərarlar və
onların əsaslandırmaları yazılı tərtib edilməlidir.Fövqəladə hallar istisna ol-
maqla bütün hallarda məlumat bütün iştirakçılar üçün eyni dərəcədə əlçatan
olmalıdır. Nəticələr mümkün olduğu dərəcədə ölçülə bilən olmalı, qəbul edil-
miş qərarların yerinə yetirilməsinin nəticələrinin qiymətləndirilməsi və he-
sabatlılığın təmin edilməsi üçün tədbirlər görülməlidir. Yayğın, qeyri-şəffaf
prosedurlar və anlaşılmaz qiymətləndirmə və hesabatlar korrupsiyanın ol-
masından xəbər verən işarələrdir. Növbəti bölmələrdə bu prinsiplər müdafi ə
sahəsində idarəetmənin müxtəlif sahələrinə tətbiq edilir.
Siyasət, Planlaşdırma, Proqramlaşdırma və Büdcə Tərtibatı
156
Müdafi ə nazirinin çox vaxt birbaşa və yalnız dövlət başçısına (həm də keçmişi çox zaman
hərbçi olmuş dövlət başçısına) tabe olan hərbi geyimli generalın olduğu avtoritar və totalitar
rejimlərin əksinə olaraq.
262
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Müdafi ə sahəsində səmərəli idarəetmə ayrılan resursları gözlənilən nəticə
ilə - bu istər gündəlik fəaliyyət, istər gələcək naminə imkanların artırılması,
istərsə də hərbçilərin sosial müdafi əsinin yaxşılaşdırılması olsun - birləşdirir.
İlk növbədə bu müdafi ə məqsədlərində - məsələn, hərbi qüvvələrin rolu, funk-
siyaları və vəzifələrində aydınlığın olmasını tələb edir. Onlar müdafi ə sistemi
hüdudlarında ən çox yayılmış və rahat əldə edilən, parlament və ictimaiyyət
üçün şəffaf (Ukraynada hərbi qüvvələrdə vəziyyət haqqında "Ağ Kitab"
adlı illik hesabat dərc edilir) strateji səviyyəli rəhbər sənədlərdə (məsələn
İngiltərədə bu nazirin təsdiq etdiyi Strateji müdafi ə təlimatlarının(Defense
Strategic Guidance) dərc edilməsi yolu ilə həyata keçirilir) dəqiq təyin
edilməlidir.
Resursların ayrılması haqqında planların və qərarların işlənib hazır-
laması (tez-tez bunun üçün "proqramlaşdırma" terminindən istifadə edilir)
müdafi ə fəaliyyətinin siyasətlə müəyyən edilmiş gözlənən nəticələri ilə sıx
əlaqələndirilməlidir. Planlaşdırma və proqramlaşdırma məsələləri üzrə əsas
rəhbər göstərişlər bilavasitə strateji səviyyəli rəhbər sənədlərdən alınmalı,
hərbi siyasət məsələləri üzrə Müdafi ə Nazirliyinin mütəxəssisləri tərəfi ndən
yoxlanılmalı və müdafi ə naziri tərəfi ndən təsdiq edilməlidir. Operativ (cari,
perspektiv) və silahlı qüvvələrin inkişaf planları da (təşkilat strukturu,
təminat, komplektləşdirmə, hazırlıq/təhsil və infrastruktur), həmçinin, resurs-
ların ayrılması ilə sıx əlaqəli olmalıdır. Bu əlaqələri daha yaxşı təmin etmək
üçün yeni demokratik dövlətlərin əksəriyyəti ABŞ-da hazırlanmış Planlaşdır-
ma, Proqramlaşdırma və Büdcə Tərtibatı Sistemi (PPBS) üzrə öz variantlarını
tətbiq ediblər.
PPBS-nin əsas elementi resursların ayrılmasını orta müddətli (adətən beş
illik) planlaşdırma ilə əlaqələndirən və tələb edilən nəticənin əldə edilməsini
hansı ilkin məlumatların və necə təmin edəcəyini əks etdirən proqramlaşdır-
madır. Proqramlaşdırma ilə bağlı qərarlar sonradan büdcənin formalaşması
və icrası məsələlərini mexaniki olaraq müəyyən edəcəkdir. Resursların ayrıl-
ması ilə bağlı cazibə mərkəzinin büdcənin tərtib edilməsi prosesindən proq-
ramlaşdırma prosesinə yerdəyişməsi sistemdəki dürüstlüyü artırır. Proqram-
laşdırma üzrə müzakirələr resursların ayrılmasına nisbətən iştirakçıların xeyli
geniş çevrəsini nəzərdə tutur və daxili şəffafl ığı artırır. Proqramlaşdırmanın
belə beşillik pəncərəsi resursların ayrılmasının təsirini bir-iki illik büdcəyə
nisbətən daha yaxşı qiymətləndirməyə imkan verir.
Resursların ayrılması və əldə edilmiş nəticələr üçün cavabdehlik
məsuliyyəti proqram pəhbərlərinin üzərinə düşür. Məhz onlar öz təklifl ərini
idarəetmə orqanları olan Proqram Nəzarəti Komissiyalarının müzakirəsinə