Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə102/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   98   99   100   101   102   103   104   105   ...   163

268

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

fəaliyyəti ilə bağlı problemlərin həllinə cəlb edilməsi, yolu ilə inkişaf etdirilə 

bilər. Müdafi ə idarəsi və  vətəndaş  cəmiyyəti arasında belə birbaşa  əlaqələr 

hər şeydən əlavə siyasi elitanı müdafi ə məsələlərində ictimaiyyət qarşısında 

məsuliyyətli tutmağa kömək edir.

Nazirlik-daxili şəffafl ıq da az əhəmiyyətli deyil. Bu halda üfüqi şəffafl ıq 

daha çox vəzifəli  şəxsin cəlb edilməsi hesabına qəbul edilmiş  qərarların 

effektivliyinə imkan yaradır. O həmçinin məlumatın hərbi kollektivlərin 

içində yayılması yolu ilə korrupsiyaya qarşı çəkindirici effekt əmələ gətirir. 

Çox güman ki, hərbi kollektivlərdə  həmin məlumatlara  fi kir verəcəklər və 

korrupsiyaya qarşı tədbirlər görəcəklər. İdarəetmə prinsipləri lazımi şəkildə 

tətbiq edildikdə, düzgün məlumat həddən artıq detallaşdırılmadan, rəhbərliyin 

vəziyyəti tam təsəvvür edə bilmələri üçün vacib detallar saxlanılmaqla ierar-

xiya pillələri üzrə ötürüləcək. Belə praktik şəffafl ığın üstünlüyü ondadır ki, 

hesabatlılığı daha real bir işə çevirir.

Peşəkar Kadrlar

Qərarların qəbulu prosesində dürüstlüyün təmin edilməsi nə  qədər 

vacibdirsə, həmin prosesi həyata keçirən peşəkar kadrlar - mülki qulluq-

çular və peşəkar hərbçilər arasında dürüstlüyün təmin edilməsi də o qədər 

vacibdir. Demokratik vətəndaş  nəzarəti kontekstində  məhz mülki rəhbərlər 

(hərbçilərdən daha çox) Müdafi ə Nazirliyi daxilində milli müdafi ənin 

vəziyyətinə görə məsuliyyət daşıyır və müdafi ə siyasətinin formalaşmasında, 

inzibati nəzarətdə, hüquqi təminatda, satınalmalarda və büdcə funksiyaların-

da aparıcı rol oynayırlar. Bu, hərbçilərə bütün diqqət və bacarıqlarını ordunun 

hazırlığı, operativ planlaşdırma və əməliyyatların aparılması kimi özlərinin 

birbaşa vəzifələri ilə məşğul olmağa imkan verir. Lakin qazandıqları ictimai 

etimada baxmayaraq, yüksək vəzifəli mülki şəxslər xüsusilə keçid ölkələrində 

korrupsiyalaşmış siyasi və ictimai elita ilə birləşərək tez-tez əhəmiyyətli kor-

rupsiya risklərinə yol verə bilərlər.

Müdafi ə Nazirliyində mülki ekspert kadrlarının çoxaldılması  təsirli 

vətəndaş nəzarətinin əsas elementidir. Onlar hərbçilər, hökumət və ictimaiyyət 

arasında peşəkar vasitəçilər missiyasını yerinə yetirə bilərlər.Belə kadrlar ara-

sında ideal dövlət qulluqçusu ruhunun tərbiyə edilməsi,xüsusilə korrupsiyanın 

cəmiyyətin bədəninə dərin yeridiyi post-totalitar ölkələrdə uzun sürən vaxt 

tələb etməsinə baxmayaraq, dürüstlüyün təmin edilməsində güclü vasitə kimi 

özünü göstərir. Görkəmli Alman alimi Maks Veberin hələ 90 il bundan əvvəl 

apardığı və bu gün də aktual olan müşahidələrinə əsasən: "Müasir bürokratiya 

dürüstlük maraqlarına uyğun olaraq vəzifə  şərəfi  hissini yüksək səviyyəyə 



269

Hökumətin Rolu

qaldırdı; bu hiss olmadan dəhşətli korrupsiya və ədəbsiz meşşanlığın ölüm-

cül təhlükəsi yaranır. Dürüstlüyə riayət etmədən isə dövlət aparatının, hətta 

sadə texniki funksiyalarını yerinə yetirməsi belə təhlükəyə məruz qalacaq".

157

 

Digər tərəfdən, "şərəf hissinin" peşəkar mülki xidmət mühitində formalaşma-



sı hətta ali səviyyədə pozuntulara qarşı müəyyən dərəcədə peyvənd vurulma-

sını təmin edəcək.

Müdafi ə sahəsində idarəetmə  məsələləri üzrə peşəkar hazırlıq dövlət 

xidmətində  vəzifə  şərəfi  hissinin formalaşmasında  əhəmiyyətli vasitə ola 

bilər. O beynəlxalq  əməkdaşlıq kontekstində xüsusilə effektivdir, belə ki, 

onun öz normaları və təcrübələri ilə beynəlxalq ictimaiyyətin bir hissəsi ol-

maq hissini formalaşdırmağa imkan verir. NATO-nun "Müdafi ə təsisatları qu-

ruculuğu" proqramına oxşar proqramlar və NATO-Ukrayna "Peşəkar İnkişaf 

Proqramı" uğurlu səylərin yaxşı nümunələrini təqdim edir. İşçilərin mövcud 

müdafi ə idarəsi xaricindən toplanması da dövlət xidməti mədəniyyətinin for-

malaşmasına kömək edir. Təcrübə, yeni normaların və standartların bərqərar 

olması üçün ali rəhbərliyin səylərinin və  şəxsi nümunədə bu standartlara 

riayət etmədə şəxsi nümunə göstərilməsinin vacibliyini göstərir.

Rolları  fərqli, lakin xidməti  şərəf hissi eyni olan hərbi və  vətəndaş 

xidmətləri arasında konstruktiv gərginlik müdafi ə sahəsində dürüstlüyün 

təmin edilməsində müəyyən dərəcədə faydalı ola bilər. Bir çox ölkələrdə 

hərbçilər digər təsisatlara nisbətən daha az korrupsiyalaşmış hesab olunur-

lar. "Beynəlxalq  Şəffafl ıq" təşkilatının "2007-ci il üçün Qlobal Korrupsiya 

Barometri (QKB)"

158


 göstəricilərinə görə  hərbçilər dini təşkilatlar və ic-

timai təşkilatlar (İT) istisna olmaqla cəmiyyətin bütün digər təsisatlarına 

nisbətən daha çox etimad sahibidirlər. Əgər silahlı qüvvələr "ehtiyacdan do-

ğan korrupsiya"nı  ləğv etmək üçün kifayət qədər sosial təminat alsalar və 

"acgözlükdən doğan korrupsiya"ya şirnikləndirən fəaliyyətlərdən uzaqlaşdı-

rılsalar, o zaman onlarda müstəqil dürüstlük mədəniyyətini saxlamaq imka-

nı yaranır. Əgər hərbçilərin dövlətdə qərarların qəbul olunması proseslərinə 

təsir etmək imkanları olarsa, o zaman onlar həm hərbi sektorda, həm də daha 

geniş hökumət çevrəsində dürüstlüyün təmin edilməsində mühüm rol oynaya 

bilərlər.

Aydın məsələdir ki, heç bir müdafi ə sistemi cəmiyyətin düçar olduğu heç 

bir xəstəlikdən, o cümlədən korrupsiyadan sığorta olunmayıb. Qanun pozun-

157

 Max Weber, H.H. Gerth and C. Wright Mills, From Max Weber: Essays in Sociology (New 



York: Oxford University Press, 1958), 88.

158 


Transparency International, “Addressing Corruption and Building Integrity in Defense 

Establishments,” TI Working Paper #2 (2007), 2.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə