270
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
tularına görə təsirli sanksiyalar, xüsusilə sistemdə dürüstlüyü bərpa etmək
üçün dərhal tətbiq edilən inzibati tədbirlər (ciddi cəzalandırmaya nisbətən
daha çox) bütövlükdə cəmiyyətdə müşahidə olunandan daha ciddi standart-
lara riayət edilməsini təmin etmək məqsədilə Müdafi ə Nazirliyi üçün ən mü-
hüm vasitələrdir. Haşiyə 17.3 yuxarıda müzakirə edilən prinsiplərin Ukray-
nada Narıncı İnqilabdan sonra islahatçı hökumət tərəfi ndən əlahiddə bir halda
necə tətbiq edildiyini əks etdirir.
271
Hökumətin Rolu
Haşiyə 17.3. Narıncı İnqilab Sonrası (2005-2007) Dövrdə Ukraynada
Dürüstlüyü Təmin Etmək cəhdləri
2004-cü ilin sonunadək Ukrayna keçid dövrünü yaşayan, Müdafi ə Nazirliyi
də daxil olmaqla hökümətin qanuna hopmuş geniş korrupsiyadan əziyyət
çəkən kvazi-demokratik bir ölkə idi. Defi sit büdcə maliyyələşdirilməsini
mənimsəyən departamentlərdə, o cümlədən maddi-texniki təchizat,
komplektləşdirmə, tibbi yardım, artıq silah-sursat və avadanlıqların
xammal kimi istifadəyə verilməsi, artıq ərazilərin və infrastrukturun
demilitarizasiyası, elmi-texniki sifarişlər, rabitə, texniki xidmət, tikinti
və s. departamentlərində korrupsiya ilə bağlı vəziyyət xüsusilə pis idi.
Korrupsiya həmçinin təhsil, karyera irəliləyişi («yaxşı» vəzifələr və ya
«yaxşı» xidmət yerlərinə), mənzil bölgüsü - hətta sülhməramlı missiyalarda
xidmət etmək və xaricdə təhsil almaq üçün namizədlərin seçilməsində belə
hiss olunurdu.
2004-cü il Noyabr-Dekabr Narıncı İnqilabı ölkənin xəstəliklərinə dərhal
çarə etməsə də, daha çox demokratiyaya imkan verdi. Xüsusilə iki
cəhətin Müdafi ə Nazirliyində artıq sistem halını almış korrupsiyaya
qarşı daha sağlam təsiri oldu. Birincisi, ictimai nəzarətiin rolunu artıran
əsil söz azadlığı, daha çox şəffafl ıq və böyük ümidlər idi. İkinci amil isə,
korrupsiyada ləkələnməmiş vicdanlı, məsuliyyətli peşəkarların Müdafi ə
Nazirliyinə (daha geniş mənada isə - hökumətə) məsuliyyətli vəzifələrə
gətirilmələri oldu.
Mülki rəhbərlikdən ibarət yeni komanda 2005-ci ilin Fevralında Müdafi ə
Nazirliyinə rəhbərliyə gətirildi. Komanda üzvlərinin əksəriyyəti vaxtilə
istefaya çıxdıqdan sonra elmi-tədqiqat strukturlarında və kommersiya
sektorunda təcrübə yığmış keçmiş hərbçilər idi. Onlar nazirlikdə yüksək
potensiala sahib, lakin məhdud peşəkarlıq mühitində işləmək həvəsi
olmayan bir sıra vəzifəli şəxslər tapdılar. Nazir Anatoli Qritsenkonun
rəhbərliyi altında yeni komanda, yeni norma və standartlar tətbiq etməklə
bu potensialı açmaq üçün bir sıra sürətli addımlar atdı. Onun tətbiq etdiyi
strategiyaya bu elementlər daxil idi:
Korrupsiya hərəkətlərinə qarşı sərt münasibət: Korrupsiyada əli
olduğu aşkar edilən əməkdaş istintaq getdiyi müddət ərzində öz
vəzifəsindən dərhal kənarlaşdırılırdı. Təhqiqatın aparılmasına kömək
məqsədilə işə başqa strukturlardan, xüsusilə hərbi əks-kəşfi yyat
(Təhlükəsizlik Xidməti nəzdində) və Daxili İşlər Nazirliyi korrupsiya
əleyhinə mübarizə idarəsindən mütəxəssislər cəlb edildi. Təhqiqat
nəticəsində qanun pozuntusu aşkar edildikdə Müdafi ə Nazirliyi
səlahiyyətlərinin imkan verdiyi qədər yubanmadan məcburi istefaya
göndərmək, rüsvay edərək işdən çıxarma, hərbi rütbəni aşağı salma
və s. kimi tədbirlər gördü. Ondan artıq general və çoxlu sayda yüksək
272
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
rütbəli zabit 2005-ci ilin ilk bir neçə ayı ərzində bu yolla işdən kənrlaşdırılıb.
Bir çox hallarda cinayət işləri istintaq üçün Baş Prokurorluğa göndərilib. Bu
təxirəsalınmaz məsuliyyət prinsipi tutduğu vəzifədən və rütbəsindən asılı
olmayaraq nazir Qristenkonun vəzifədə qaldığı müddət ərzində (2007-ci
Dekabrınadək) həm yüksək rütbəli məmurların, həm də Müdafi ə nazirinin
müavini və xidmət komandanlığının işdən azad edilməsi ilə davam etdirilib.
Müdafi ə sektorunda idarəetmə proseslərinin sadələşdirilməsi. Prosedurların
sadələşdirilməsi idarəetməni yaxşılaşdrır, korrupsiya və qeyri-qanuni
mənimsəmə risklərini azaldır. Bəzi hallarda optimallaşdırma tədbirləri
korrupsiya üçün imkanları aradan qaldırır; məsələn, ştatda artıq mövcud
olan hərbi bölmələrin sülhməramlı əməliyyatlara göndərilməsi yerli hərbi
komissarlıqları xaricdə yaxşı ödənişli sülhməramlı bölmələrdə xidmət üçün
hərbi qulluqçu toplamaq kimi qazanclı işdən məhrum etdi. Planlaşdırma
və büdcə tərtibi proseslərinin təkmilləşdirilməsi tədbirlərunə PPBS
sisteminin tətbiq edilməsinə doğru bir sıra addımlar, strateji təlimatların
hazırlanması üçün daha yaxşı prosedurlar və xüsusi büdcə komissiyalarının
təşkil edilməsi daxildir. Həmin komissiya Müdafi ə Nazirliyinin və Baş
Qərargahın siyasət, planlaşdırma, əməliyyat və maliyyə üzrə yüksək
vəzifəli rəsmilərini nazirin birinci müavininin rəhbərliyi altında bir
araya gətirərək büdcənin işlənib hazırlanması və yerinə yetirilməsi
proseslərinin vaxtında əlaqələndirilməsini təmin edib. Komissiya buna
bənzər yuxarı səviyyəli başqa bir şura kadrların seçilib mühüm vəzifələrə
yerləşdirilməsində, kadrların idarə edilməsinin nomenklatur sistemindən
daha mərkəzləşdirilmiş sistemə keçilməsində şəffafl ığın və hesabatlılığın
artırılmasına kömək edib. Hərbi təhsil müəssisələrinə tələbə seçimi də
mərkəzləşdirilib. Bu isə namizədlərin sınaq imtahanları və seçim prosesinin
digər mərhələləri üzərində daha yaxşı nəzarət sistemi qurmağa kömək
edib. Bundan başqa satınalma prosedurları da birləşdirilib, əvvəllər sayı
onlarla olan tender komissiyalarının işini cəmi üç belə komissiya yerinə
yetirib. Nəhayət istifadəsiz qalmış artıq avadanlıqların başqa strukturlara
satılması və ya icarəyə verilməsi işlərini idarə etmək məqsədilə rəhbəri
hökumət tərəfi ndən təyin edilən xüsusi departament təşkil edilib. Müdafi ə
Nazirliyi, onun istifadəsiz qalmış artıq avadanlıqlarını birbaşa alıcıya
satmaq ixtiyarını əlindən alıb, hərraclara və mülkiyyət köçürülməsi ilə
məşğul olan səlahiyyətli hökümət nümayəndələrinə verən qanunvericilik
aktını dəstəkləyib. Bu islahatların əsas elementi hərbi personalın iqtisadi
fəaliyyətə cəlb olunmasını minimuma endirmək idi.