Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə105/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   101   102   103   104   105   106   107   108   ...   163

276

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Yekun düşüncələr: Strategiya və Uzlaşdırma

Kifayət qədər tez-tez hallarda dürüstlüyün təmin edilməsi üzrə səylər re-

aktiv xassəli olur və  cəmiyyətin səbir həddini aşan səs-küylü qalmaqallara 

cavab olaraq sürətlənir. Hərçənd təcili münasibət göstərilərsə ictimai etimadı 

bərpa etmək olar, ancaq müddətin qısa olması və səylərin davamlı olmaması 

tez-tez müdafi ə idarəsində gərginlik doğura biləcək qarışıq nəticələrə gətirib 

çıxarır. Haşiyə 17.5 məhz bunu misal göstərir.

Haşiyə 17.4. Dürüstlüyün Təmin Edilməsi - Polşa Tarixçəsi

Beynəlxalq  Şəffafl ıq təşkilatı Korrupsiyanı Qavrama İndeksinə görə, 

2005-ci ildə Polşa Avropa Birliyində  ən korrupsiyalaşmış ölkə idi. O 

zaman Milli Müdafi ə Nazirliyinin antikorrupsiya səyləri bütün Polşa 

administrasiyasında olduğu kimi tamamilə səmərəsiz idi. Müsbət cəhət o 

idi ki, bir çox təsisatlar müdafi ə sahəsində korrupsiya əleyhinə fəaliyyətlərə 

cəlb edilmişdi, lakin həmin təsisatların antikorrupsiya fəaliyyətlərinin 

qətiyyən əlaqələndirilməməsi işin mənfi  cəhəti idi. Çoxlu sayda korrupsiya 

sxemlərinin üstü açıldı, bəzi zabitlər və mülki şəxslərə qarşı korrupsiya 

ittihamları irəli sürüldü və nazir üçün müdafi ə sahəsində korrupsiya üzrə 

xüsusi məruzə hazırlandı. Lakin həmin məruzəyə baxmayaraq korrupsiya 

sxemləri haqqında bilgilərdən sistemli dəyişikliklərin həyata keçirilməsi 

üçün istifadə edilmədi. Nazirlik daxilində korrupsiyanın qarşısının 

alınmasına heç bir diqqət verilmir, heç bir antikorrupsiya siyasəti aparılmır 

və dürüstlüyün təmin edilməsi üçün heç bir proqram da yox idi. Belə bir 

mühitdə antikorrupsiya tədbirləri heç bir səmərə vermirdi.

Təəccüblü deyildi ki, korrupsiya 2005-ci il prezident seçkiləri kampaniyasında 

əsas məsələ idi. Həmin seçkilərdən sonra Polşa Milli Müdafi ə Nazirliyi 

antikorrupsiya planını təqdim etdi. Plan nazir tərəfi ndən yüksək səviyyədə 

dəstəklənirdi və o, bu planın işlənib hazırlanması  və  tətbiq edilməsi üçün 

təşkilata təcrübəli antikorrupsiya mütəxəssisi cəlb etdi. 2006-cı ilin 

əvvəllərində dürüstlük prosedurlarını  təkmilləşdirmək və antikorrupsiya 

siyasəti hazırlamaq üçün birbaşa nazirə tabe olan Antikorrupsiya Prosedurları 

Bürosu təsis edildi. İşə  qəbul edilən dörd mülki şəxsin hamısı  hər hansı 

mümkün maraq toqquşmasını istisna etmək üçün müdafi ə sektoru və sənayesi 

xaricindən cəlb edilmişdi. Onların çoxunun QHT-lərdə, yerli inzibati və ya 

ədliyyə orqanlarında korrupsiyaya qarşı keçmiş mübarizə təcrübələri var idi. 

Onun əsasının qoyulmasında əsas ideya nazirlik strukturunda antikorrupsiya 

öhdəliklərini möhkəmləndirmək idi.



277

Hökumətin Rolu

Əməli islahatlara başlayarkən, büro, korrupsiya ilə mübarizəyə yuxarıdan 

girişməyi qərara aldı. Məhz həmin səviyyədə  cəmiyyət üçün potensial 

itkilər ən yüksək dərəcədə idi. Məqsəd islahatların ciddi və etibarlı olduğunu 

göstərmək idi. Prioritetlərini müəyyənləşdirmək üçün büro üzvləri qısa risk 

qiymətləndirməsi apardılar. Bundan məqsəd potensial olaraq iri maliyyə 

itkilərinin ola biləcəyi və yüksək vəzifəli rəsmi şəxslərin də iştirak etdiyi, 

eyni zamanda korrupsiya riskinin ən çox olduğu sahəni müəyyənləşdirmək 

idi. Nəticədə hərbi avadanlıqların dövlət satınalması bu mənada ən vacib 

məsələ hesab edildi. O adi dövlət satınalmalarından daha az şəffaf idi və 

ona dövlət büdcəsinin xeyli hissəsi (20% -ə yaxın, ildə 1 milyard avrodan 

çox) sərf edilirdi.

Satınalmalar sistemində islahat bir neçə elementdən ibarət idi, o cümlədən:

• Planlaşdırılan, cari və bitmiş satınalmalar haqqında məlumatları 

internetdə yerləşdirməklə şəffafl ığın artırılması;

• Elektron 

hərraclardan istifadənin artırılması;

• Satınalma prosesləri zamanı ballistik müqaviməti əvvəlcədən lazımi 

dərəcədə sınaqdan çıxarılmayan Rosomak zirehli maşınlarının əlavə 

sınaqları da daxil olmaqla bütün satınalmalarda yüksək keyfi yyətin 

təmin edilməsi;

• 

Əlavə mexanizmlər vasitəsilə tender komissiyası üzvlərinin maraq 



toqquşmalarının öncədən aradan qaldırılması;

• Satınalmaların bir mənbədən olmasını yaxşı əsaslandırılmış müstəsna 

hallaradək azaltmaqla daha çox rəqabətə yol açılması; və

• Texniki tələblər, tender şərtləri, müsabiqə 

təklifl ərinin 

qiymətləndirilməsi və müqavilə layihəsi kimi əsas satınalma 

sənədlərinin büro tərəfi ndən ilkin təftişi.

Bundan başqa müdafi ə sənayesi ilə bağlı hərbi və mülki heyət üçün yeni 

davranış kodeksi hazırlandı. Ona “heç bir hədiyyə” siyasəti, sənayenin 

maliyyə  dəstəyi verdiyi heç bir tədbirlə  əməkdaşlıq etməmək və ya o 

tədbirdə iştirak etməmək kimi sağlam düşüncəyə uyğun ümumi prinsiplər 

və təfərrüatlı qaydalar daxil idi.




278

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Büro Müdafi ə sahəsində Dürüstlük Paktlarından bəzi elementləri reaktiv 

VIP təyyarələrin satın alınması üçün tenderə daxil etməklə Beynəlxalq 

Şəffafl ıq (Böyük Britaniya) təşkilatı ilə  də  əməkdaşlığa başladı. Həmin 

elementlər avadanlıqların xüsusiyyətlərinin və müqavilələrin müstəqil 

tənqidi icmalı ilə birgə nəzarəti nəzərdə tutur.

Bu islahatlar nəticəsində Polşa Müdafi ə Nazirliyi bu gün daha az pula daha 

yaxşı avadanlıq alır. Satınalmalar ümumiyyətlə daha yaxşı hazırlanır və 

diqqət yalnız malların alınmasına deyil, daha çox imkanların alınmasına 

yönəlib. Polşa dərslərindən əldə edilən təcrübə başqa ölkələrdə də tətbiq 

edilə bilər. Bu təcrübə göstərdi ki, əsas məsələlərdə əldə edilən kiçik bir 

dəyişiklik belə ciddi nəticələr doğura bilər. Dürüstlüyün təmin edilməsi 

və korrupsiya riskinin azaldılması,  əgər onlara məsuliyyətlə  və sistemli 

şəkildə yanaşılarsa, heç də həlli mümkün olmayan məsələlər deyil.

Digər tərəfdən məqsədyönlü, önləyici bir strategiya qalmaqalların qar-

şısını ala bilər,tələsik və düşünülməmiş addımlar atılmasına ehtiyac qal-

maz. Haşiyə 17.6 belə bir strategiya işləyib hazırlamaq üçün yol xəritəsi 

nümunəsini təklif edir.

Belə bir strategiyanın işlənib hazırlanmasının və tətbiqinin həvalə edil-

diyi rəsmi şəxslər cəmiyyətin və onun təsisatlarının real vəziyyətini nəzərə 

almalıdırlar. Korrupsiyaya qarşı səylər azaldılmamalı, lakin realistcəsinə bir 

istiqamətə yönəldilməlidir. Xüsusilə  rəsmi  şəxslərin korrupsiyanı öz yaşa-

yışları, hətta qanuni peşəkar fəaliyyətləri üçün başlıca amil hesab etdikləri 

yerlərdə, hətta "antkorrupsiya" terminindən ehtiyatla istifadə edilməlidir. 

Məsələn, rəsmi sistem vacib ehtiyat hissələri vaxtında çatdıra bilmədikdə 

təhcizatçı zabitlərin barter və ya qeyri-rəsmi razılaşmalardan istifadə etmələri 

(çox vaxt buna onları komandirlər təhrik edir) yaxşı  məlumdur. Sistemi 

təkmilləşdirmədən belə barter razılaşmalarına qarşı hücuma keçmək bir çox 

rəsmi  şəxslər tərəfi ndən  ən yaxşı halda səmərəsiz, pis halda isə  bədxahlıq 

hesab ediləcək.

Bu üç səviyyədə yanaşmanı nəzərdə tutur. Birinci səviyyəni ingilis alim 

Ceyms Şerr (Ukrayna ilə bağlı) belə səciyyələndirib: "real və təxirəsalınmaz 

hədəf: elə bir vəziyyət yaradılmalıdır ki, korrupsiya həyati vacib məsələ 

deyil, seçim məsələsi olsun."

159

  Bura şəxsi heyətdəki gəncləri "korrupsi-



ya piramidaları"na qoşulmaq üçün təzyiqlərdən qoruyacaq tədbirlər  əlavə 

edilməlidir. Həmin piramidalarda gənclər korrupsiya sxemlərinə qoşulmağa 

və qazanclarının bir hissəsini yüksək vəzifəli rəsmi şəxslərə ötürməyə məcbur 

edilirlər. 

159

 James Sherr, “Ukraine and NATO: Today Realism, Tomorrow Membership?” Dzerkalo 



Tyzhnia # 42 (570), (29 October–4 November 2005).


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə