Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə100/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   96   97   98   99   100   101   102   103   ...   163

263

Hökumətin Rolu

verirlər. Bu komissiyalara hərbi siyasətin (və maliyyənin) formalaşdırıl-

ması  və  tətbiqi məsələləri üzrə  məsul vəzifəli  şəxslərin geniş dairəsinin 

nümayəndələri daxildir. Bu çox vaxt büdcə -yönümlü sistemlərdə büdcənin 

formalaşdırılmasında və  həmçinin resursların bölüşdürülməsində  əsas rol 

oynayan əsasən qeyri-şəffaf maliyyə departamentlərinin əlində olan inhisarı 

ləğv edir.

Normativ və  təşkilati tədbirlər, müdafi ə siyasəti hədəfl ərindən və 

uzunmüddətli planlardan müdafi ə proqramlarına, daha sonra isə proqramlar-

dan büdcəyə  və onların həyata keçirilməsinə  rəvan keçidi təmin etməlidir. 

Haşiyə 17.1-də müdafi ə büdcəsi də daxil olmaqla qısamüddətli planların və 

həyata keçirilməsi üzrə fəaliyyətlərin müdafi ə proqramları ilə tamamilə üst-

üstə düşdüyünün və beləliklə resurs idaretmə proseslərində dürüstlüyün təmin 

edilməsinin təşkilati həlli nümunəsi təqdim edilir.



Haşiyə 17.1. Planlaşdırma və  İcra  İntizamının Təminatı  Məsələlərinin 

Təşkilati Həlli

Keçmiş post-totalitar ölkələrin çoxunda ABŞ  təcrübəsindən ruhlanan 

müdafi ə nazirləri Planlaşdırma, Proqramlaşdırma və Büdcə  Tərtibatı 

Sistemini (PPBS) tətbiq etmək yolu ilə öz resurslarının idarə edilməsi 

sistemlərini təkmilləşdirməyə çalışırlar. PPBS lazımınca reallaşdırıldıqda 

qərarların qəbulu proseslərinin və proqram rəhbərlərinin hesabatlılığının 

əhəmiyyətli dərəcədə yaxşılaşdırılması potensialı olan güclü idarəetmə 

alətidir. Məsələn, Bolqarıstan müdafi ə nazirliyi hələ 2000-ci ildə resursların 

proqram əsaslı idarə edilməsi sistemini tətbiq etdi.

Digər tərəfdən, belə yeni təşkilati idarəetmə vasitələrinin tətbiqinə 

müqavimət heç də az deyil. Məhdud biliklər və  zəif lider keyfi yyətləri 

ilə birləşdikdə isə bu tez-tez dərin problemlərin  əmələ  gəlməsinə  gətirib 

çıxarır: planlaşdırmanın müxtəlif sahələri arasında effektiv əlaqəni necə 

təmin etməli, necə  zəmanət vermək olar ki, proqramlar müdafi ə  məqsəd 

və  vəzifələrinə çatmaq istiqamətindən dönməyəcək və maliyyənin 

və satınalmaların idarə edilməsi təsdiq edilmiş proqramlarla dəqiq 

uyğunlaşdırılacaq və s. Məsələn, nə zaman ki, müdafi ə nazirliklərinə cari 

xərclərin artırılması lazım gəlir və ya onlar məhdud maliyyənin sıxıntısı 

altında olurlar, büdcə  və ya satınalma məsələləri üzrə  qərarların məntiqi 

müdafi ə proqramlarının məntiqindən çox vaxt fərqlənir. Bu isə labüd olaraq 

şəffafl ığın və hesabatlılığın itirilməsinə gətirib çıxarır.



264

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

2009-cu ilin Avqustunda – parlament seçkilərindən sonra hakimiyyətdə 

olduğu birinci ayda Bolqarıstan Müdafi ə Nazirliyinin rəhbərliyi bir 

təşkilati dəyişiklik etdi: planlaşdırma, proqramlaşdırma və büdcə 

Müdüriyyəti yaratdı. Beləliklə Müdafi ə Nazirliyi uzunmüddətli müdafi ə 

planlaşdırmasını, proqramlaşdırmanı, maliyyə  və maddi resursların 

qısamüddətli planlaşdırması funksiyalarını bir strukturda cəmləşdirdi. 

Belə yanaşma  əsasən bir tərəfdən büdcələr, satınalma və tikinti planları, 

digər tərəfdən müdafi ə proqramları arasında uzlaşdırmanın təmin edilməsi 

probleminin təşkilati həlli kimi görünür. Bundan başqa, belə uzlaşdırma 

hətta vəziyyət dəyişdikdə belə qalır və beləliklə müdafi ə resurslarının 

idarəedilməsində  şəffafl ığın və hesabatlılığın səviyyəsini saxlayır və 

korrupsiya risklərini azaldır.

Kadrların idarə edilməsi

İnsan resursu müdafi ə sisteminin ən qiymətli resursudur, ancaq kadrların 

idarə edilməsi çox zaman subyektiv olur. Bu subyektivlik ən çox kadrlarla bağ-

lı bütün əhəmiyyətli qərarlarda, komandirlərin əsas rol oynadığı sistemlərdə 

üzə çıxır. Kadrların idarə edilməsinin daha mərkəzləşdirilmiş sisteminə keçid 

həmin prosesdə dürüslüyü və hesabatlılığı əhəmiyyətli dərəcədə yaxşılaşdıra 

bilər. Bu keçilən xidmətin daha obyektiv göstəricilərlə qiymətləndirilməsinin 

standartlaşdırılması və daha yüksək vəzifəyə və ya vacib təyinatlara (məsələn, 

yüksək komandirlik və ya yüksək peşəkar təhsil) namizədlərin seçilməsi üçün 

yaxşı tənzimlənmiş atestasiya komissiyalarının tətbiq edilməsi üzrə müəyyən 

səy tələb edir. Ali komandirlik vəzifəsi, xaricdə uzunmüddətli təhsil və yüksək 

səviyyədə etimad və məsuliyyət tələb edən mövqelər kimi yüksək və çox nü-

fuzlu vəzifələrə təyinatlar generalın şəxsi nəzarəti altında olmalıdır. Tərkibi 

ali hərbi rəhbərlərdən və yüksək vəzifəli mülki dövlət qulluqçularından təşkil 

edilmiş ali attestasiya komissiyası kadr məsələlərinin həllində şəffafl ığın və 

obyektivliyin təmin edilməsinə kömək edə bilər. Daha çox mərkəzləşdirilmiş 

sistem də  həmçinin nəzarəti yaxşılaşdıra və ali hərbi təhsil müəssisələrinə 

qəbul imtahanları, hərbi xidmətə çağırış və hərbi xidmətdən möhlət verilməsi 

kimi proseslərdə korrupsiya riskini azalda bilər.

Avadanlıq, Maddi-texniki Təchizat və İnfrastruktur

Bu, çox güman ki, korrupsiya riskinin ən yüksək olduğu sahədir. Səbəb 

burada satınalmalar, texnika və silahlardan istifadənin təmin edilməsi və inf-

rastrukturun saxlanması üçün nəzərdə tutulan iri həcmdə vəsaitlərin olması-

dır. Satınalmaların real operativ ehtiyaclara müvafi q olmasını  təmin etmək 



265

Hökumətin Rolu

üçün sərt nəzarətin olması və ehtiyacların təyin edilməsi prosesinə - ümumi 

cari ehtiyaclardan tutmuş texniki təfərrüata, tender sənədləşməsinə və tədarük 

edilən məhsulun keyfi yyətinədək - bütünlüklə yenidən baxılması lazımdır. 

Sistemdə səmərəliliyi və ədaləti təmin etmək üçün tenderin şərtləri, onun 

keçirilməsi prosedurları və müqavilə layihəsinin daxil olduğu yarış sisteminin 

fəaliyyətində dürüstlüyü təmin etmək vacibdir. İnternetdə gələcək və cari sa-

tınalmalar haqqında məlumatların yerləşdirilməsinin şəffafl ığın artırılmasına 

müsbət təsiri vardır və real rəqabətə imkan yaradır. "Bir icraçıdan" satınalma-

lar, yəni müqavilə üçün yarış keçirilmədən satınalmanın həyata keçirilməsi 

ciddi məhdudlaşdırılmalıdır.

Normativ-hüquqi baza və tender komitələri əsas maraqlı tərəfl ərin daxili 

şəffafl ığını təmin etməklə dürüstlüyün bərqərar olmasında mühüm rol oynaya 

bilərlər. Xüsusi qaydalar tender komitələrinin üzvlərindən maraq toqquşma-

ları olduqda onları açıqlamağı və belə qərar və sazişlərdə iştirakdan imtina 

etməyi tələb etməlidir. Belə qoruyucu tədbirlərin ən yaxşı şəkildə tətbiqinin 

təmin edilməsi üçün satınalmalar üçün cavabdeh şəxslərin və tender komitələri 

üzvlərinin sayının azaldılması da faydalı ola bilər. Tender iştirakçılarının 

əvvəllər yol verdikləri pozuntular haqqında informasiya və onların qara si-

yahılara daxil edilməsinin mümkünlüyü də prosedurların  həyata keçirilməsi 

zamanı dürüstlüyün təmin edilməsinə kömək edə bilər (bax: Haşiyə 17.2).

Haşiyə 17.2. Dövlət Satınalmalarının Qaydaya Salınması: Pozuntuların 

Açıqlanması və İnzibati Kənarlaşdırma

Podratçının uyğun olmayan davranış faktlarının açıqlanması dövlət 

satınalmaları sahəsində dürüstlük normalarına riayət edilməsində mühüm 

rol oynaya bilər. Birləşmiş  Ştatlarda «Hökumətin Fəaliyyətinə  Nəzarət 

Layihəsi» (HFNL) (Project on Government Oversight POGO)qeyri-

hökumət təşkilatı 2002-ci ildən «Federal podratçıların uyğun olmayan 

davranışları haqqında məlumat bazası» (FPDMB) (Federal Contractor 

Misconduct Database -FCMD)adlı spesifi k məlumat bazasını dəstəkləyir. 

Bazada 750-dən artıq qayda pozuntusu halları haqqında məlumatlar 

qorunur. Bunlar 1995-ci ildən bəri baş vermiş aldatma, antiinhisar, ətraf 

mühitin qorunması, sığorta və iş qanunvericiliyinin pozulması faktlarıdır. 

Məlumat bazası, həmçinin, 100 ən böyük federal podratçı təşkilat haqqında 

məlumatları izləyir. 2009-cu il müdafi ə xərcləri haqqında ABŞ qanunu(US



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə