Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə86/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   82   83   84   85   86   87   88   89   ...   163

224

Normativ-Hüquqi Bazalar

məlumatların və ən yaxşı təcrübənin beynəlxalq mübadiləsini nəzərdə tutur. 

O konvensiya iştirakçılarından “bir-biri ilə həm ikitərəfl i, həm də regional və 

beynəlxalq təşkilatlar çərçivəsində korrupsiya ilə bağlı statistik məlumatları, 

analitik bilikləri, həmçinin ümumi anlayışların, standartların və metodolo-

giyanın işlənib hazırlanması üçün məlumatları  və korrupsiyanın qarşısının 

alınması və onunla mübarizə aparılması ilə bağlı ən yaxşı təcrübəni işləyib 

hazırlamağı və paylaşmağı” tələb edir.



Mülki Qanunvericilik

Mülki qanunvericilik korrupsiya hərəkətləri nəticəsində  zərər çəkmiş 

şəxslərə öz hüquq və maraqlarını qorumağa və ya dövlət hakimiyyətinin kor-

rupsiyaya qarşı qanunvericiliyi tətbiq edə bilmədyi hallarda vətəndaşların 

bunu etməsinə imkan verir. Korrupsiya sui-istifadə hallarını təqib etmək üçün 

cinayət qanunvericiliyi çərçivəsindən kənara çıxmaq zərurətinin yaranması 

səbəbləri Haşiyə 15.7-də ümumiləşdirilmişdir. 

Korrupsiya ilə mübarizə üzrə Avropa Şurası Mülki Konvensiyası 2-ci 

Maddədə korrupsiyaya(The Civil Law Convention  on Corruption of the 

Council of Europe) “rüşvətin və ya hər hansı başqa qeyri-qanuni qazancın 

və ya onu əldə etmək üçün imkanın birbaşa və ya dolayısı ilə tələbi, təklifi , 

verilməsi və alınması və bununla rüşvəti, qeyri-qanuni qazancı və ya belə qa-

zancı əldə etmək imkanını əldə edən şəxs tərəfi ndən istənilən vəzifənin lazımi 

icrasında və vəzifə davranışlarında əyintiyə yol verməsi” kimi tərif verir.



Haşiyə 15.7. Cinayət Məcəlləsi Korrupsiya Cinayətləri ilə Mübarizədə Yetərli 

deyil

Korrupsiya ilə mübarizənin ilk hücum xətti cinayət  ədliyyə sistemidir 

və onun ən birinci mükafatı  şübhəsiz ki, uğurlu məhkəmə  işidır. Bu, 

cəmiyyətdə təkcə ədalətin təntənəsi hisslərini doğurmaqla bitmir, həm də 

potensial cinayətkarlara qarşı güclü çəkindirici amildir. Ancaq təcrübədən 

məlum olur ki, yalnız cinayət  ədliyyəsi sistemi özü-özlüyündə potensial 

cinayətkarlara qarşı  qələbəni təmin etmək üçün kifayət qədər güclü 

silaha malik deyil. Korrupsiya bir qayda olaraq gizli həyata keçirilir ki, 

onun aşkarlanması kifayət qədər çətin olsun. Hətta o aşkarlansa belə? 

cinayətkarlar onun sübutunun çətin olması üçün mürəkkəb sxemlər tətbiq 

edirlər.



225

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Nəticədə yekun qərar vermək fövqəladə  çətin bir işə çevrilir. Bu 

problem kifayət sayda şahidlərin olmaması, yalnız məqbul sənədli  şahid 

ifadələrinə güvənmək məcburiyyəti, bu sahədə  təcrübəli müstəntiqlərin 

azlığı, həmçinin hər işdə cinayətkar hərəkətlərin  şəksiz-şübhəsiz sübut 

edilməsinin vacibliyi ilə çətinləşir. Cəmiyyətin məhkəmələ inamı daha çox 

ona görə azalır ki, qanunvericilikdə dəymiş ziyan 500 000 randdan (rand 

– Cənubi Afrika Respublikasında pul vahidi – tərcüməçi) artıq olduqda 15 

il azadlıqdan məhrumetmə nəzərdə tutulmasına baxmayaraq, onlar iqtisadi 

cinayətlərə görə çox da ciddi həbs müddətləri təyin etmirlər. Nəhayət, 

cinayətkarlar məhkəmənin təyin etdiyi müddətin bitməsinə xeyli qalmış 

artıq həbsxanadan azad edilirlər. Nəticədə ictimaiyyətdə belə  təəssürat 

oyanır ki, cinayətkarlar hökuməti aldada bilirlər və cinayətkar fəaliyyət 

qazanclı bir işdir. Beləliklə, aydın olur ki, cəmiyyətin korrupsiya ilə 

mübarizə apara bilməsi üçün öz arsenalında daha güclü silaha ehtiyacı var.

Mənbə: Willie Hofmeyr, The Use of Civil Law in Combating Corruption, Head of Special 

Investigating Unit, South Africa, http://siteresources.worldbank.org/INTLAWJUSTINST/

Resources/Hofmeyr.pdf

.

Beynəlxalq konvensiyalar korrupsiyanın istənilən formalarına qarşı mül-



ki məcəllənin imkanlarından istifadəyə əhəmiyyətli dərəcədə diqqət ayırır və 

aşağıdakı məsələlərə daha çox fi kir verirlər:

•  Korrupsiya hərəkətlərindən  əsas potensial zərər çəkənlərin 

müəyyənləşdirilməsi;

•  Korrupsiya hərəkətləri və vurulmuş  zərər arasında səbəb-nəticə 

əlaqəsi haqqında sübutedici bazanın formalaşması problemləri;

•  Gizli ödəmələrin maliyyə  cəhətləri və onların dürüst rəqabətin 

əsaslarına dağıdıcı təsiri;

•  Müqavilələrin qanuniliyi;

•  Auditorların rolu;

•  İşləyənlərin müdafi əsi;

•  Prosedurlar, o cümlədən məhkəmə  xərcləri və beynəlxalq 

əməkdaşlıq.

136


Sübut etmənin ağırlığının korrupsiyada şübhəli hesab edilən vəzifə ada-

136


 Ətrafl ı olaraq oxucu Avropa Şurasına müraciət edə bilər, Explanatory Report, Civil Law 

Convention on Corruption, ETS No. 174, http://conventions.coe.int/Treaty/EN/Reports/

Html/ 174.htm.



226

Normativ-Hüquqi Bazalar

mının üzərinə qoyulması və ondan "inandırıcı sübutlar" təqdim etməsini tələb 

etmək imkanı mülki hüququn tətbiqində əsas fərq hesab edilir. Məsələn, tut-

duğu məsuliyyətli dövlət vəzifəsində aldığı əmək haqqının səviyyəsinə uyğun 

gəlməyən xeyli miqdarda mülkiyyət toplamış şəxsə istintaq orqanı rəsmi sor-

ğu verir. Bundan sonra izahat vermək məsuliyyəti həmin şəxsin üzərinə qo-

yulur. Əgər o həqiqətə uyğun izahlar verə bilməzsə, iş məhkəməyə verilir.

137


Məsələn, korrupsiya ilə mübarizə üzrə Amerika Ölkələrarası Konvensi-

yası (The Inter-American Convention Against Corruption)bu konsepsiyanı 

aşağıdakı qaydada ifadə edir:

Dövlət qulluqçusunun mülkiyyəti nəzərəçarpacaq dərəcədə artdıqda və 

o həmin artımı dövlət vəzifələrini yerinə yetidiyi müddətdə özünün qanuni 

gəlirləri ilə əsaslandıra bilmədikdə hər bir ölkə öz Konstitusiyası və hüquq 

sisteminin fundamental prinsiplərinə müvafi q olaraq həmin artımın qanun po-

zuntusu ilə əldə edildiyini müəyyən etmək üçün lazımi tədbirlər görməlidir.

138

ABŞ qanunvericiliyində möhkəm kök salmış və "Qui tam" kimi tanınan 



potensial güclü yanaşma başqaları üçün də dəyərli ola bilər. O Haşiyə 15.8-də 

qısa şəkildə təqdim edilir:



Haşiyə 15.8. Qui tam, və ya “krala xeyir verən, özü də xeyir qazanar”

Belə yanaşmanın kökləri 1424-cü il orta əsr  İngiltərəsinə gedib çıxır. O 

zaman qanunu pozan şəxsdən alınmış  cərimənin bir hissəsini ilk dəfə 

olaraq həmin qanunsuz hərəkət haqqında xəbər vermiş şəxs almışdı. ABŞ 

Konqresi isə öz mövcudluğunun ilk dövründə artıq bu prinsipi əxz edərək 

Amerikanın cərimə sanksiyaları  nəzərdə tutan ilk 14 əsas qanununun 

demək olar ki, hamısına salmışdır. Bu gün ABŞ-da qüvvədə olan Saxta 

İddialar haqqında Qanun (US False Claims Act) öz başlanğıcını Amerika 

Vətəndaş Müharibəsi vaxtlarından götürür. Həmin dövrdə hökumət 

tədarükçülərinin genişmiqyaslı ehtikarlığı Birləşmiş  Ştatlar hökumətini 

az qala son dərəcə zəruri resurslarsız qoyacaqdı. Belə olduqda Konqress 

və prezident dələduzluğun kökünün kəsilməsi və dövlət vəsaitlərinin 

qorunub saxlanılması üçün mübarizədə özəl şəxs və təşkilatların dəstəyini 

qazanmağa çalışırdı.

137

   Pope, Confronting Corruption (2000), 275.



138

 Inter-American Convention Against Corruption, adopted by the Organization of 

American States (March 1996), Article IX, www.oas.org/juridico/english/Treaties/b-58.

html.



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə