Müəllif: dos. G. G.Şəfaqətova Mühazirə-8: Az miqdarda maddələrlə kimyəvi eksperimentin aparılması xüsusiyyətləri


bərk maddələrdən kibrit çöpünün ucu boyda, məhlullardan isə damcı formasında istifadə edilməsi, hadisəni dəqiq və incəliklərinə kimi izləməyə imkan verir



Yüklə 20,07 Kb.
səhifə2/3
tarix21.05.2022
ölçüsü20,07 Kb.
#87502
növüMühazirə
1   2   3
8-ci mühazirə

bərk maddələrdən kibrit çöpünün ucu boyda, məhlullardan isə damcı formasında istifadə edilməsi, hadisəni dəqiq və incəliklərinə kimi izləməyə imkan verir;

  • az miqdarda maddələrlə işlədikdə sorucu şkaf tələb olunmur;

  • kiçik ölçülü qablardan və az miqdarda maddələrdən istifadə materiala qənaət etməyə imkan yaradır;

  • az miqdarda maddələrlə iş təhlükəsiz olur və kimya kabinetinin havasını çirkləndirmir;

  • mikrometodlarla aparılan təcrübələrdən az vaxt sərf olunduğuna görə dərsin bütün mərhələlərində müvəffəqiyyətlə istifadə etmək olar;

  • eksperimentin əyaniliyi və sadəliyi şagirdlərə baş verən hadisənin mahiyyətin dərindən dərk etməyə imkan verir;

  • az miqdarda reaktivlərlə iş prosesində şagirdlərdə müşahidəçilik, səliqəlilik, kollektivçilik (əməkdaşlıq), ehtiyatlılıq, müstəqillik, intizamlılıq kimi keyfiyyətlər formalaşır;

  • yarımmikrometodla aparılan təcrübələrin gedişində qənaət olunan vaxtdan şagirdlər təcrübələrin mahiyyətinin aydınlaşdırılmaq, laboratoriya işinin nəticələrini ətraflı qeyd etmək, hasablamalar aparmaq və məsələ həll etmək üçün istifadə edirlər.

    Sadalanan vasitələrdən əlavə kimyada inkişafetdirici təlim prinsipi, təlim prosesinin fəallığının təmin edilməsi aşağıdakı fəaliyyətlərlə həyata keçirilir: problemli təlimə üstünlük verilməsi; əyani vasitələrdə geniş istifadə; biliklərin sistemli şəkildə yoxlanılması; kimya məsələlərindən sistemli istifadə; müxtəlif növ müstəqil işlərin yerinə yetirilməsi; şagirdlərin fəaliyyətinə fərdi yanaşılması.

    Şagird eksperimentinin yarımmikrometodla yerinə yetirilməsi təlim prosesi nöqteyi-nəzərindən aşağıdakı mərhələlərlə olmalıdır:

    1. Təcrübənin məqsədinin müəyyənləşdirilməsi

    2. Maddələrin öyrənilməsi

    3. Qurğunun hazırlanması yaxud hazır cihazdan istifadə edilməsi

    4. Təcrübənin yerinə yetirilməsi

    5. Alınan nəticələrin təhlili

    6. Alınmış nəticələrin izahı və reaksiya tənliklərinin tərtibi


    Yüklə 20,07 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə