MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


İNSANLA DİGƏR MöVCUDLAR ARASINDAKI KAMİLLİYİN FƏRQLİ OLMASININ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə12/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   8   9   10   11   12   13   14   15   ...   158
Kamil insan

İNSANLA DİGƏR MöVCUDLAR ARASINDAKI KAMİLLİYİN FƏRQLİ OLMASININ 
SƏBƏBİ
Bizi mələklərin mövcud olmalarından xəbərdar və agah edən şəxslər bildiriblər ki, mələklər sırf əql, düşüncə və 
fikirdən yaradılmış varlıqlardır. Belə ki, onlar dünyəvi və cismani cəhətlərə malik deyildir və onlarda qəzəb, şəhvət, 
nəfs və bu kimi hisslər yoxdur. Heyvanlar isə sırf dünyəvi məxluqlardır və onlarda Qur

anın «ilahi ruh» adlandırdığı 
şeydən heç bir şey yoxdur. İnsan yeganə varlıqdır ki, həm mələklərdə və həm də dünyəvi məxluqlarda olan şeylərə 
malikdir. O, həm mələklər və ruh aləminə və həm də maddi torpaq aləminə mənsub olan bir varlıqdır. Bu mətləb Üsuli-
kafi kitabında nəql edilmiş bir hədisdə vardır. Həmin hədis buna oxşar mə

na ilə sünnü kitablarında da nəql edilib. 
Mövlana «Məsnəvi»də bu hədisi nəzmə çəkib. Onun məzmunu:
«Hədisdə gəlib ki, əzəmətli Xaliq dünyada olan məxluqları üç cür yaradıb.» Şe

rin davamında deyir ki, onların bir 
qrupu mütləq nurdan, digər bir qrupu isə qəzəb və şəhvətdən yaradılıb. Birinci qrupdan məqsəd mələklər, ikincidən 
isə heyvanlardır. Allah-taala, insanı isə mürəkkəb – yə

ni onların ikisindən yaradıb. Buna görə də kamil insan öz 
səviyyəsində kamala çatmış heyvandan fərqli olduğu kimi, kamil mələklə də fərqlidir.
İnsanın mələk və heyvandan fərqlənməsinin səbəbi, onun zatının tərkibidir ki, Qur

an həmin məsələyə belə işarə 
edib:
«Həqiqətən Biz, insanı [sonrakı mərhələdə ata-anasının toxumundan ibarət] qarışıq bir nütfədən yaratdıq. Biz 
onu [dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə] imtahana çəkəcəyik...»
(İnsan-2).


ni, biz insanı çoxlu qarışıqları olan nütfədən yaratdıq. Məqsəd budur ki, bu günkü dillə desək, onun genlərində 
çoxlu iste

dadlar var. Ayənin davamında da deyir ki, insan elə bir mərhələyə çatıb ki, biz onu imtahana çəkirik. Bu 
çox mühüm sözdür. Belə ki, insan kamilliyin elə bir mərhələsinə çatıb ki, onu azad və ixtiyar sahibi olan məxluq kimi 
yaratmışıq və onu imtahan, sınaq, vəzifə, məs

uliyyət və qiymətləndirilməyə layiq bilmişik. İnsanı müxtəlif iste

dadlara 
malik olan nütfədən yaratdıq və buna görə də onu imtahan, sınaq, mükafat və cəza mövqeyində yerləşdirdik. Amma 
digər mövcudlar belə bir ləyaqətə malik deyildir. Ayənin davamında isə belə buyurur:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə