12
Kamilliyə doğru Wap.IXLAS.Az
o, vəzir işlədiyi üçün elmi işlərlə lazımınca məşğul ola bilməyib və şübhə yoxdur ki, vəzirlik etməsəydi, malik olduğu
misilsiz iste
᾽
dadı ilə bəşəriyyət üçün gördüyü böyük işlərdən daha böyük və əzəmətli işlər görərdi. Molla Sədra kimi
şəxsiyyətlər həmişə İbni Sinanın həmin işlərlə məşğul olmasından təəssüfləniblər.
«Alimlərin məktubu» kitabında İbni Sinanın həyatının həmin dövrü barəsində çox maraqlı bir hekayət nəql edilib:
«İbni Sina, bir gün onu müşayət edən təmtəraqlı bir dəstə ilə gedirmiş. Gözü, çirkli işlə məşğul ola-ola dilində bu
lətif şe
᾽
ri zümzümə edən bir süpürgəçiyə sataşır:
Gerami daştəm ey nəfs əz anət
Ki asan be qozərəd bərdel cəhanət.
Yə
᾽
ni:
«Ey nəfs, dünya sənə asan keçməsi üçün səni əziz tutdum.»
İbni Sina şe
᾽
ri eşidib təbəssüm etdi. Gülər üzlə həmin şəxsə kinayə ilə belə dedi: Tə
᾽
zim və ehtiram həddi sənin
şərafətli nəfsə etdiyindir?! Onun qədir-qiyməti, quyu dibində zibil təmizləmək zillətinə düçar etməyin, izzət və şə
᾽
ni bu
xar işə giriftar etməyindir?! Misilsiz ömrünü bu alçaq işdə puç edirsən və bu çirkin işi nəfsinə iftixar sayırsan? Həmin
şəxs işdən əl çəkərək ona üz tutub belə dedi: «Himmət aləmində alçaq və hörmətsiz işlə çörək yemək rəis minnəti
çəkməkdən daha yaxşıdır». İbni Sinanı tər basdı
və sür
᾽
ətlə oradan uzaqlaşdı.
İbni Sina həmin şəxsin məntiqinin cavabsız bir gerçəklik olduğunu dərk etmişdi. Heyvani və dünyəvi məntiqdə,
insanın toyuq qızartması, plov, at, kəniz, qul və əyyan-əşrafı buraxıb süpürkəçilik etməsi və sonra azadlıqdan dəm
vurması mə
᾽
nasızdır. Azadlıq nədir? O, hiss və duyğu orqanları ilə dərk edilən şeydirmi? Xeyir, duyğu ilə hiss edilən
maddi şey deyil, amma ali insan vicdanı üçün azadlıq o qədər qiymətlidir ki, tualet quyusu təmizləməyi asılılıq və
əsirlikdən üstün tutur.
Azadlıq, doğrudan da böyük dəyərdir. İnsan bə
᾽
zən bir cəmiyyətdə bu dəyərin tamamilə unudulduğunu, bə
᾽
zən də
oyandığını görür. Bə
᾽
ziləri bəşəriyyət sözünün mə
᾽
nasını azadlıq kimi izah edərək, azadlıqdan başqa heç bir dəyərin
olmamasını iddia edirlər. Onlar bütün digər dəyərləri azadlıqda məhv etmək istəyirlər. Amma yaddan çıxarmaq olmaz
ki, azadlıq
yeganə dəyər deyildir, ədalət, hikmət, irfan və digər şeylər də inkaredilməz dəyərlərdir.
Dostları ilə paylaş: