13
Kamilliyə doğru Wap.IXLAS.Az
Bə
᾽
zən də əql və təfəkkürün yeganə dəyər sayılmasının şahidi oluruq. İnsan bunlara baxdıqda hamısını xəyal və
təsəvvür hesab edir. İbni Sina bə
᾽
zən söhbətlərində belə deyib: «Bu sözlər sufilərin xəyali söhbətlərinə bənzəyir, əql ilə
irəliləmək lazımdır.»
Əql, eşq, məhəbbət, ədalət, xidmət, ibadət, azadlıq və bu kimi digər şeylər bəşərdə olan müxtəlif dəyərlərdir. İndi
görəsən hansı insan kamil insandır: Sırf ibadətlə məşğul olan, yoxsa azad insan? Yaxud sırf aşiq və ya sırf əqlə meyl
göstərən? Xeyir, bunlar heç biri kamil insan deyil! Bu dəyərlərin hamısını ən yüksək və ali həddə bir-biri ilə mütənasib
surətdə özündə inkişaf etdirən şəxs kamil insandır. Əli (ə) belə bir insan olub.
Dostları ilə paylaş: