|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan«Peyğəmbərdən dəfələrlə eşitdim ki, belə buyurur: zəif təbəqələri güclülər qarşısında dayanaraq dili dolaşmadanKamil insan«Peyğəmbərdən dəfələrlə eşitdim ki, belə buyurur: zəif təbəqələri güclülər qarşısında dayanaraq dili dolaşmadan
öz haqqını tələb etmək mərhələsinə çatmayan heç bir ümmət, müqəddəsləşməz.»
Əlli il bundan qabaqkı cəmiyyət bir və ya iki dəyərə meyl göstərərək həmin istiqamətdə addımladığı üçün bu sözün
qiymət və dəyərini dərk edə bilmirdi. Amma Əlinin sözlərində bütün insani dəyərlər mövcuddur və həmin dəyərlər
onun həyat tarixi və şəxsiyyətində də mövcud olub.
ƏLİ (Ə)-IN XÜSUSİYYƏTLƏRİ
Bizim Əli (ə)-ı özümüzə örnək və imam seçməyimiz bütün insani dəyərləri mütənasib və bərabər şəkildə özündə
inkişaf etdirmiş kamil bir insanı özümüz üçün rəhbər seçməyimiz deməkdir.
Axşamlar, gecənin sakit qaranlıqlarında heç bir arif Əliyə çata bilməz. İnsan müəyyən bir məsələdə coşduğu kimi, Əli
də haqqa doğru cəzb edilərək çəkilir və Allaha doğru seyrdə təlatümə gəlir. Döyüş meydanında, bədəninin yaralanmasına
və hətta bə
᾽
zən bədənindən bir parça ətin qopmasına baxmayaraq, diqqətini mübarizə nöqtəsində cəmləyərək heç bir
şeyə əhəmiyyət vermir. İbadətdə elə qərq olur və ilahi eşq, vücudunda elə şö
᾽
lələnir ki, sanki bu dünyada deyil. O,
bə
᾽
zilərini belə vəsf edir:
«Onlar xalqla olmalarına baxmayaraq, ruhları çox ali məqamlara bağlıdır».
İbadət edəndə bədəninə batmış oxu dartıb çıxarırlar, amma diqqəti haqq və ibadətə elə cəzb olur ki, heç nə hiss etmir.
İbadət mehrabında elə ağlayır və elə sızlayır ki, misli görünməyib.
Gündüz olanda isə elə olur ki, sanki həmin adam deyil. Səhabələri ilə oturanda çox təbəssümlü və gülərüz olur.
Gülərüzlülük Əlinin mühüm sifətlərindən olub. Onun olduğu məclislər o qədər xoş və o qədər incə zarafatlı olub ki,
Əmr As Əli (ə) əleyhinə təbliğat apararaq belə deyirmiş: O, xəlifəliyə yaramaz, çünki çox gülərüzdür. Gülərüz adamdan
xəlifə olmaz! Xəlifə qaşqabaqlı və qaraqabaq adam olmalıdır ki, camaat ondan qorxsun.
Əli (ə) bu barədə «Nəhcül-bəlağə»də belə deyir:
Dostları ilə paylaş: |
|
|