IV FƏSİL CİN A YƏT MÜHAKİMƏ İCRAATININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)
Cinayət-Prosessual Məcəllədə bu şərtlər öz konkret ifadəsini
aşağıdakı tərzdə tapıb:
1.
Azadlıq hüququnun təmin edilməsi (maddə 14);
2.
Şəxsi həyatın toxunulmazlığı hüququnun təmin edilməsi (maddə
16);
3.
Mənzil toxunulmazlığı hüququnun təmin edilməsi (maddə 17);
4.
Mülkiyyət hüququnun təmin edilməsi (maddə 18);
5.
Özünü və qohumlannı ifşa etməkdə sərbəstlik (maddə 20);
6.
Məhkəmə baxışını tələb etmək hüququnun təmin olunması
(maddə 22);
7.
Məhkəmə aidiyyətinə əməl olunması (maddə 29);
8.
Hakimin
cinayət
mühakimə
icraatında
iştirakının
məhdudlaşdırılması (maddə 30);
9.
Cinayət mühakimə icraatında qeyri-prosessual münasibətlərin
yolverilməzliyi (maddə 31);
10.
Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi
(maddə 33);
11.
Eyni əmələ görə təkrar məhkum etmənin yolverilməzliyi
(maddə 34);
12.
Məhkəməyə təkrar müraciət etmək hüququnun təmin olunması
(maddə 35);
13.
Bəraət qazanmış şəxsin pozulmuş hüquqlannm bərpasının təmin
edilməsi (maddə 36).
Cinayət-prosessual qanunvericilik yuxanda sadalanan şərtləri
(vasitələri) birləşdirərək «konstitusiya ilə təsbit edilmiş insan və
vətəndaş hüquq və azadlıqlanmn təmin olunması» adı altında
Cinayət-Prosessual Məcəllənin 12-ci maddəsində vermişdir.
Bütün bunlar bir də ona dəlalət edir ki, həm demokratik prinsiplər və
həm də prosessual şərtlər (vasitələr) eyni qanunvericilik bazasına
əsaslanaraq bir-biri ilə sıx əlaqədə olaraq ədalət mühakiməsinin həyata
keçirilməsinə kömək göstərərək qanunçuluğun bərqərar olunmasına
təminat yaradırlar.
Ümumilikdə bu prosessual şərtləri ədalət mühakiməsinin həyata
keçirilməsi zamanı insan və vətəndaş hüquq və azadlıqlannm təmin
edilməsi müddəası altında birləşdirərək qeyd etmək lazımdır ki, onlar
da qanunçuluq və digər prinsiplərin real şəkildə həyata keçirilməsinə
imkan yaradırlar.
Mirağa Cəfərqıdiyev
Bu şərtlərə (vəsaitlərə) müvafiq olaraq demək lazımdır ki, həyat və
sağlamlıq, şərəf və ləyaqət, digər insan və vətəndaş hüquq və azadlıqları
dövlətin və ictimai həyatın bütün sahələrində, o cümlədən ədalət
mühakiməsi həyata keçirilərkən ilk növbədə müdafiə olunmalı
dəyərlərdir. Belə yanaşmanın hüquqi bazası qədim zamanlarda qəbul
olunmuş və Konstitusiyanın 12-ci maddəsində əks olunmuş ideyadır:
«İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi
dövlətin ali məqsədidir».
Bu əsas ideya Konstitusiyanın digər maddələrində və başqa
qanunvericilik aktlarında inkişafını tapmış və konkretləşdirilmişdir.
Bunlara vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi,
təqsirsizlik prezumpsiyası, hər kəsin müdafiə hüququ, çəkişmə və
tərəflərin bərabərliyi, məhkəmə icraatının açıq və dövlət dilində
aparılması barədə müddəalar aiddir. Bu prinsiplər cinayət və mülki işlər
üzrə ədalət mühakiməsinin həyata keçirilməsində lazımi şəraitin
yaradılması üçün mühüm əhəmiyyət kəsb edir.
Təcrübə göstərir ki, cinayət məsuliyyətinə cəlb olunan və
təqsirləndirilən şəxs kimi məhkəmə qarşısında duran insanlar onların
əsas hüquq və azadlıqlarının müdafiəsi üçün əlavə vasitələrin olmasında
çox ehtiyac duyurlar. Bu vasitələr həm adi qanunlarda, həm də
Konstitusiya səviyyəsində əks olunmuşdur. Onlan üç qrupa bölmək
olar.
Birinci qrupa insan və vətəndaşın şəxsi toxunulmazlığına təminat
verən hüquqi vasitələr aiddir. Təbiidir ki, bu qrupun vasitələri arasında
ən yüksək dəyərin - insan həyatının hüquqi müdafiəsi üçün nəzərdə
tutulmuş vasitələr xüsusi yer tutur. Azərbaycan Respublikası
Konstitusiyasının 27-ci maddəsinə görə, «hər kəsin yaşamaq hüququ
vardır». Konstitusiyasının bu maddəsini rəhbər tutaraq və humanistlik
prinsiplərinə əsaslanaraq Azərbaycan Respublikasının Milli Məclisi
müstəsna cəza tədbiri kimi ölüm cəzasını ləğv etmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunlar
insanın sağlamlığına zərər gətirən, onun şərəf və ləyaqətini alçaldan hər
bir hərəkəti qadağan edir. Konstitusiyanın 46-cı maddəsində dəqiq
deyilir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə
bilməz. Həmin maddədə işgəncə və əzab vermək, özünün razılığı
olmadan kiminsə üzərində tibbi, elmi və başqa təcrübələrin aparılması
qəti qadağan edilir.
IV FƏSİL CİNA YƏTMÜHAKİMƏ İCRAA TININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ fi ASİTƏLƏRİ)
^ ^ «
Göstərilən prinsiplər hüquq-mühafizə fəaliyyətində şərtsiz yerinə
yetirilməlidir. Bu, o deməkdir ki, qanunda nəzərdə tutulmuş hallar
istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına,
mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək və s.
təhlükə yaradan hərəkətlər etmək olmaz. Ədalət mühakiməsi həyata
keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna
bilməz və onlar konkret iş üzrə hökmün və ya başqa qərarın
çıxarılmasına əsas olmamalıdır. Konstitusiyaya zidd hərəkətlərə yol
verən vəzifəli şəxslər üçün qanun cinayət məsuliyyətini nəzərdə tutur.
Şəxsi toxunulmazlıq həm də qanunla nəzərdə tutulmuş qaydada
tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə deməkdir. Bu qayda
insanın azadlıqdan məhrum olunmasının qanuni və əsaslı olmasına
zəmanət verən təminatlardan ibarətdir. Yəni belə hərəkətlər yalnız
məhkəmənin nəzarəti altında edilə bilər. Konstitusiyanın 67-ci
maddəsinə görə: «Səlahiyyətli dövlət orqanlannm tutduğu, həbsə aldığı,
cinayət törədilməsində ittiham etdiyi hər bir şəxsə dərhal onun
hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət
məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir».
Bundan başqa, məhkum olunmuş şəxsin özünün əfv edilməsi və
cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.
İkinci qrupu insanın şəxsi həyatının toxunulmazlığını təmin edən
əlavə vasitələr təşkil edir. Konstitusiyanın 32-ci maddəsində hər kəsin
şəxsi toxunulmazlıq hüququ, şəxsi və ailə həyatının sirrini saxlamaq
hüququ təsbit olunmuşdur. Qanunla nəzərdə tutulan hallardan başqa,
şəxsi həyata müdaxilə etmək qadağan edilmişdir. Öz razılığı olmadan
kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılması- na,
saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.
Bunlardan əlavə, həmin maddədə hər kəsin yazışma, telefon
danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən
məlumatın sirrini saxlamaq hüququna dövlət tərəfindən təminat
verilməsi vurğulanmışdır. Bu hüquq yalnız qanunla nəzərdə tutulmuş
qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı
zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Bu,
0
deməkdir ki, cinayətin qarşısının alınması və ya cinayət işinin
istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü insanın şəxsi həyatına
müdaxilə etmək olar, lakin bu halda özbaşınalıqdan qaçmağa tə-
Dostları ilə paylaş: |