Mirağa Cəfərquliyev
ösa __________
sessual qanunvericilikdə tam aydınlığı ilə şərh edilmişdir. Bütün bunlar,
çəkişmə prinsipinin mahiyyətinin və məzmununun aydmlaşdırıl-
masına və cinayət mühakimə icraatında onun həyata keçirilməsinin nə
qədər vacib olmasını dərindən dərk etməyə imkan yaradırlar.
15.
Cinayət mühakimə icraatının xalqın nümayəndələrinin
iştirakı ilə həyata keçirilməsi
Dövlət həyatının və ictimai həyatın başqa sahələrində olduğu kimi,
cinayət prosesində də ictimaiyyət geniş iştirak edir. Hüquq pozuntuları
və cinayətkarlıqla mübarizədə ictimaiyyətin iştirakı xüsusi əhəmiyyət
kəsb edir.
Azərbaycan Respublikası Konstitusiyasının 55-ci və digər
maddələrində ictimai təşkilatlann və hər bir vətəndaşın dövlətin idarə
olunmasında iştirakını, cəmiyyətə zidd hərəkətlərə qarşı barışmaz
olmasını və ictimai asayişin qorunmasına hər vasitə ilə kömək etməsini,
mühakimə icraatında ictimai təşkilatlann və əmək kollektivlərinin
iştirakına yol verilməsini müəyyən edir. Beləliklə də Konstitusiya
cinayətkarlıqla mübarizədə ictimaiyyətin fəal iştirakını təmin etmək
üçün geniş imkanlar yaradır.
Qüvvədə olan cinayət-prosessual qanunvericilik cinayət mühakimə
icraatında ictimaiyyətin iştirakının müxtəlif formalanm müəyyən edir.
Cinayət-Prosessual Məcəllənin bir sıra maddələrində müstəntiqdən
tələb edilir ki, o, istintaq apararkən cinayətlərin açılması və onları
törətmiş şəxslərin axtarılması üçün, habelə cinayətin törədilməsinə
kömək etmiş .səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldınlma-
sı üçün ictimaiyyətin köməyindən geniş istifadə etsin.
Cinayət-prosessual qanunvericiliyin bir sıra normalarında
təqsirləndirilən şəxsin yenidən tərbiyə və islah olunması üçün ictimai
təşkilata və ya əmək kollektivinə verilməsindən, xitam edilmiş cinayət
işlərinin yeniyetmələrə aid olduqda materialları yetkinlik yaşına çatma-
mışların işləri üzrə komissiyalara göndərilməsindən, təqsirləndirilən
şəxsi və şübhə edilən şəxsi ictimai təşkilatların zaminliyinə verməkdən,
yetkinlik yaşına çatmamışların işləri üzrə məhkəmə baxışında müəssisə,
idarə və təşkilatların nümayəndələrinin iştirakından, digər işlər üzrə
məhkəmə baxışında ictimai təşkilatların və əmək kollektivlərinin
iştirakından bəhs olunur.
II'FƏSİL. CİNAYƏT MÜHAKİMƏ İCRAATININ ƏSAS PRİNSİPLƏRİ \'Ə ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)
m
Cinayət-Prosessual Məcəllənin 24-cü maddəsi bilavasitə cinayət
mühakimə icraatının xalqın nümayəndələrinin iştirakı ilə həyata
keçirilməsinə həsr olunub.
***
Beləliklə, cinayət prosesinin on beş demokratik əsaslarının geniş
təhlili belə bir yekun nəticəyə gəlməyə əsas verir ki, ədalət
mühakiməsinin prinsipləri dövlət fəaliyyətinin bu növünün ən vacib
tələblərini müəyyən edən, ümumi, ilkin əsaslarıdır. Bu prinsiplər ədalət
mühakiməsinin təşkili və həyata keçirilməsinin bütün məsələlərinin
həlli, onun dövlət mexanizmində və cəmiyyətin siyasi sistemində
rolunun və yerinin müəyyən edilməsi üçün əsasdır.
Prinsiplər ədalət mühakiməsini tənzimləyən bütün hüquqi
göstərişlərin təməlidir. Bu göstərişlər prinsiplərlə ziddiyyət təşkil edə
bilməz, çünki prinsiplər ən yüksək hüquqi qüvvəsi olan normativ
aktlarda əks olunur - Azərbaycan Respublikasının Konstitusiyasında,
konstitusiya qanunlarında və digər qanunlarda. Onlar isə öz mənbəyini
Dövlət müstəqilliyi haqqında Konstitusiya aktından, İnsan Hüquqlanna
dair Ümumi Bəyannamədən və digər beynəlxalq normativ aktlardan
götürür.
Konkret qanunvericilik göstərişlərindən fərqli olaraq prinsiplərin
xüsusiyyəti həm də ondadır ki, onlar tək vətəndaşlar, vəzifəli şəxslər və
qanunları icra edən orqanlar üçün deyil, həm də qanunvericilik or-
qanlan üçün məcburidir. Qanunverici orqanlar qanunları qəbul edərkən
və ya onlara dəyişikliklər edərkən bu və ya digər sahədə, o cümlədən
ədalət mühakiməsinin təşkili və fəaliyyəti sahəsində mövcud olan
demokratik tələbləri və ya əməlləri nəzərə almalıdırlar.
Bu prinsiplər ilk növbədə ədalət mühakiməsinin inkişafı və
təmayülü təcrübəsindən yaranmışdır. Onlar həm də müəyyən hədlərdə
digər dövlətlərin, o cümlədən beynəlxalq əməkdaşlıq təcrübəsindən,
məsələn, “tnsan hüquqlarının və azadlıqlannın müdafiəsi haqqında”
Avropa Konvensiyasından, “Mülki və siyasi hüquqlar haqqında”
Beynəlxalq Paktdan və s. irəli gəlir.
Prinsiplərin xüsusiyyətlərindən biri də onların nisbi sabitliyidir.
Konkret hüquqi göstərişlərdən (o cümlədən qanunlarda əks olunmuş)
fərqli olaraq onlar çətin dəyişilə bilər. Bu onunla izah edilir ki, onlar
yuxanda qeyd olunduğu kimi, əsasən Azərbaycan Respublikasının
IİCİ
K
T
Mirağa Cəfərquliyev
Konstitusiyasında və beynəlxalq müqavilələrdə müəyyən edilir. Belə
aktlara dəyişikliklərin edilməsi qanunlara dəyişikliklərin edilməsindən
daha mürəkkəbdir (referendum yolu ilə).
Ədalət mühakiməsi prinsiplərinin sabitliyi hüquq-mühafizə
fəaliyyətinin bu istiqamətini təsadüfi və düşünülməmiş «yeniliklərdən»
qoruyan əsas amilidir.
§ 3. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı
Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq
və azadlıqlarının təmin olunmasının prosessual şərtləri
(vasitələri)
Qüvvədə olan cinayət-prosessual qanunvericilik cinayət mühakimə
icraatı qabağında çox mühüm və vacib vəzifələr qoyur. Onlar
aşağıdakılardır:
1)
şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq;
2)
həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar
şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallanndan
qorumaq;
3)
cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün hallan
hərtərəfli, tam və obyektiv araşdırmaq;
4)
cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb
etmək;
5)
cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən
edərək onlan cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək
məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək (Cinayət-Prosessual
Məcəllənin 8-ci maddəsi).
Ədalət mühakiməsinin yuxanda sadalanan vəzifələrinin tələb olunan
səviyyədə həyata keçirilməsində demokratik prinsiplərin rolu
əvəzsizdir və bu müddəa həm prosessul qanunvericilikdə və həm də
praktikada artıq öz təsdiqini tapmışdır. Demokratik prinsiplərdən başqa
cinayət mühakimə icraatının qanunla müəyyən olunmuş qaydada
həyata keçirilməsində prosessual şərtlərin də (vasitələrində) rolu və
köməyi heç də az deyil.
Dostları ilə paylaş: |