Mirağa Cəfərquliyev
minât verən xüsusi qaydalara riayət olunmalıdır, yəni məhkəmənin
(hakimin) müvafiq qəran alınmalıdır. Bu qaydalar Cinayət-Prosessual
Məcəllədə, «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Polis haqqında»
qanunlarda, habelə hüquq-mühafizə fəaliyyətini tənzimləyən digər
normativ-hüquqi aktlarda dəqiqləşdirilmişdir.
Üçüncü qrupa mənzil toxunulmazlığına təminat verən hüquqi
vasitələr aiddir.
Konstitusiyanın 33-cü maddəsində hər kəsin mənzil toxunulmazlığı
hüququ bəyan edilir. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə
qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs
oraya daxil ola bilməz. Bu, o deməkdir ki, heç kim, hətta
hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri özbaşına, mənzildə
yaşayanların iradəsinə zidd olaraq, o cümlədən cinayətin açılması və
istintaqı ilə əlaqədar mənzilə daxil olub, orada hansısa hərəkətlər edə
bilməz. Bunun üçün məhkəmənin qərarı olmalıdır.
Qanunda yalnız təxirə salınması mümkün olmayan hallarda bu
qaydalardan istisna nəzərdə tutulmuşdur. Bu halda yenə də 24 saat
ərzində müvafiq məhkəməyə xəbər verilməlidir. O da nəzərə
alınmalıdır ki, yuxanda göstərilən qaydalara riayət olunmadıqda əldə
edilmiş sübutlar ədalət mühakiməsinin hansısa aktının əsası kimi
istifadə oluna bilməz. Onlardan istifadə olunduğu halda məhkəmənin
qəran ləğv olunmalıdır.
V FƏSİL CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI ım
V
FƏSIL
CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT
TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI
§ 1. Cinayət təqibinin növləri
Cinayət-Prosessual Məcəllənin 7.0.4-cü maddəsində qeyd edildiyi
kimi, cinayət təqibi - cinayət hadisəsinin müəyyən edilməsi, cinayət
qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması,
ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona
cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət
tədbirlərinin
təmin
edilməsi
məqsədilə
həyata
keçirilən
cinayət-prosessual fəaliyyətdir.
Qüvvədə olan cinayət-prosessual qanunvericilik cinayət təqibinin
anlayışını, mahiyyətini və növlərini, onun həyata keçirilməsi vəzifəsini
(CPM-in 37-38-ci maddələri); cinayət təqibini istisna edən halları (mad.
39); cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları (mad.
40); cinayət təqibinə xitam verilməsi qaydasını (mad. 41) və digər
məsələləri geniş surətdə şərh etmişdir.
Bu mövzu cinayət prosesində özünəməxsus mühüm bir yer tutur və
CPM-də demokratik prinsiplərdən sonra yerləşdirilmişdir.
1. Cinayət təqibinin növləri. Qeyd etmək lazımdır ki, cinayətin
xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi CPM-in
müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham
qaydasında həyata keçirilir.
Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin
şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147,
148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata
keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs
təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.
Mirağa Cəfərquliyev
İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin
şikayəti əsasında və ya CPM-in 37.5-ci maddəsində nəzərdə tutulmuş
hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası CM-in 127,
128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156- 158,
163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və
201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir.
İctimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan
Respublikası CM-in 73-cü maddəsində nəzərdə tutulmuş hallardan
başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin banşması ilə əlaqədar
xitam verilə bilməz.
İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin
şikayəti olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda
başlanıla bilər:
1)
törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə
toxunduqda;
2)
cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər
vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;
3)
cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz
vəziyyətdə olan şəxsə qarşı törədildikdə;
4)
cinayət
hədə-qorxu, məcburiyyət təsiri altında və ya
onu törətmiş
şəxsdən asılı vəziyyətdə olan digər şəxsə qarşı törədildikdə;
5)
cinayət fəaliyyət qabili)^əti olmayan və ya cinayət məsuliyyətinə
cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya
ona qarşı törədildikdə.
Nəhayət, CPM-in 37.2 və 37.3-cü maddələrində göstərilməyən,
yerdə qalan digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham
qaydasında həyata keçirilir. Bu da demək olar ki, CM-in tam
əksəriyyətini təşkil edir.
2. Cinayət təqibinin həyata keçirilməsi vəzifəsi. Cinayət-prosessual
qanunvericilik cinayət təqibinin həyata keçirilməsi vəzifəsini dövlət
orqanlanna həvalə etmişdir. Belə ki, təhqiqatçı, müstəntiq və ya
prokuror hazırlanan, yaxud törədilən cinayət əlamətlərini əks etdirən
əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə
aşkar etdikdə CPM ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin
qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz
səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar.