MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə49/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   45   46   47   48   49   50   51   52   ...   266

iEE 

Mirağa Cəfərquliyev 

əməllərdə  onun  təqsirli  olub-olmaması,  təqsirləndirilən  şəxsə  cəza 

tətbiq  edilib-edilməməsi  haqqında  birinci  və  apellyasiya  instansiyası 

məhkəməsində  məhkəmə  baxışı  nəticəsində  hakimin  (hakimlərin) 

çıxardığı  qərardır.  Bu  ümumi  verilmiş  bir  tərifdir  və  burada 

məhkəmənin  nə  bəraət  və  nədə  ki,  ittiham  hökmündən  heç  bir  söz 

deyilmir. 

Amma  nəzərə  almaq  lazımdır  ki,  təqsirsiz  şəxslərə  bəraət  vermək 

məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək - cinayət mühakimə 

icraatının  əsas  vəzifələrindən  biridir.  Bununla  bağlı  hüquq 

ədəbiyyatında  çox  düzgün  olaraq  qeyd  edilir  ki,  məhkəmə  baxışı 

nəticəsində  təqsirləndirilən  şəxsin  cinayətin  törədilməsində  təqsirsiz 

olması cinayət-prosessual qanunvericiliklə tam sübuta yetirilərsə, onda 

məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Haqqında 

bəraət  hökmü  çıxarılmış  şəxs  təqsirsiz  sayılır.  Bəraət  hökmü 

çıxarıldıqdan  sonra  təqsirləndirilən  şəxsin  bütün  hüquq  və 

azadlıqlarının məhdudiyyətləri aradan qaldırılmalı, habelə həmin şəxsə 

vurulmuş  ziyanın  ödənilməsi  üçün  CPM-in  V  fəslinə  müvafiq  olaraq 

tədbirlər görülməlidir. 

Məhkəmə  baxışı  nəticəsində  təqsirləndirilən  şəxsə  qarşı  irəli 

sürülmüş  cinayətin  törədilməsində  onun  təqsirsizliyini  təsdiq  edən 

bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 

1)

 

cinayət hadisəsi olmadıqda; 



2)

 

əməldə cinayət tərkibi olmadıqda; 



3)

 

cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 



4)

 

təqsirliliyi sübuta yetirilmədikdə; 



5)

 

andlı  iclasçılar  kollegiyası  şəxsin  təqsirsizliyi  barədə  verdikt 



çıxardıqda.  Burada bir vacib aspektə fikir vermək  lazımdır. Qanunda 

birmənalı surətdə qeyd olunur ki, bəraət hökmü yalnız CPM-in 42.1.2.3 

və 4-cü maddələrində göstərilmiş hallar mövcud olduqda çıxarılır. 

7.

 



Məhkəmə  baxışı  gedişində  cinayət  təqibinə  xitam  verilməsinin 

əsasları. Cinayət-Prosessual Məcəlləsinin 43-cü maddəsində məhkəmə 

baxışı,  gedişində  cinayət  təqibinə  xitam  verilməsinin  qaydası  təsbit 

olunmuşdur.  Cinayət-prosessual  qanunvericiliyinin  adı  çəkilən 

normasından aydın olur ki, məhkəmə baxışı gedişində təqsirləndirilən 

şəxsə  qarşı  cinayət  təqibinə  xitam  verilməsi  barədə  məhkəmə  qərarı 

aşağıdakı hallarda çıxarılır: 



V FƏSİL. CİNAYƏT TƏQİBİ VƏ CİNA YƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI 

Ü 

1.

 



Dövlət  ittihamçısı  və  xüsusi  ittihamçı  cinayət  təqibindən  imtina 

etdikdə; 

2.

 

CPM-in 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş 



hallar olduqda. 

Cinayət-prosessual qanunvericilikdə birmənalı şəkildə izah edilir ki, 

xüsusi  ittihamçının  üzrlü  səbəb  olmadan  məhkəməyə  təkrarən 

gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə 

məlumat  verməməsi  öz  hüquqi  əhəmiyyətinə  görə  cinayət  təqibindən 

imtina etməyə bərabər tutulur. 

Son  illərdə  cinayət-prosessual  qanunvericilikdə  aparılmış 

məhkəmə-hüquq islahatları prosesində CPM-in 43-cü  maddəsinə  yeni 

43.4- cü maddə əlavə olunmuşdur və onun mahiyyətindən aydın olur ki, 

məhkəmə  baxışının gedişində dövlət ittihamçısının CPM-in 39.1.2  və 

39.2-ci  maddələrində  nəzərdə  tutulmuş  hallarda  cinayət  təqibindən 

imtina etməsi ilə əlaqədar məhkəmənin qəranna əsasən cinayət təqibinə 

xitam  verilərkən  cinayət  törətmiş  şəxs  müəyyən  edilməmiş  qaldıqda, 

qərar qanuni qüvvəyə mindikdən sonra CPM-in müddəalan ilə nəzərdə 

tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi 

üçün  məhkəmə  baxılmış  cinayət  işi  üzrə  materiallan  və  ya 

məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarını  ibtidai 

araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 

Qeyd  etmək  lazımdır  ki, CPM-in 43-cü  maddəsinə  əlavə  olunmuş 

43.4-cü maddəsinin tətbiqi ilə bağlı son zamanlar məhkəmədə cinayət 

işlərinin baxılması zamanı bir sıra ciddi prosessual problemlər yaranır. 

Bu  məsələlərə  aydınlıq  gətirmək  məqsədilə  Azərbaycan  Respublikası 

prokurorluğu  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinə 

sorğu  ilə  müraciət  edərək  CPM-in  43.1.1,  314.2-ci  maddələrində 

nəzərdə  tutulmuş  “dövlət  ittihamçısı  və  xüsusi  ittihamçı  cinayət 

təqibindən imtina etdikdə” müddəasının şərh etməsini xahiş etmişdir. 

Azərbaycan  Respublikasının  Prokurorluğu  sorğuda  göstərir  ki, 

Azərbaycan  Respublikası  Konstitusiyasının  127-ci  maddəsinin  Vll 

hissəsində  təsbit  olunmuş  çəkişmə  prinsipini  özündə  ehtiva  edən 

Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinə  görə 

ittiham  yönümlü  səlahiyyətlərdən  azad  olan  məhkəmə  cinayət  təqibi 

orqanından  cinayət  işlərinə  və  cinayət  təqibi  ilə  bağlı  materiallara 

məhkəmə iclaslarında ədalətli, qərəzsiz baxan arbitrə çevrilmişdir. 



QSÜT 

Mirağa Cəfərquliyev 

Sorğuda CPM-in ittiham tərəfinin səlahiyyətlərini müəyyənləşdirən 

21.3, 32.2.3, 32.2.8, 38.4 və 41.3-cü maddələrinə istinad edilərək 

0

 da 



qeyd olunur ki, bu Məcəllənin 43.1.1-ci maddəsinin tələblərinə uyğun 

olaraq məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı 

cinayət təqibindən imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı 

cinayət təqibinə xitam verilməsi barədə qərar çıxanr. 

Respublika  prokurorluğu  CPM-in  məhkəmə  baxışının  hədlərini 

müəyyənləşdirən 318.1-ci maddəsinə əsaslanaraq göstərir ki, məhkəmə 

şəxsin  əməlini  ağır  cinayətdən  daha  yüngül  cinayət  əməlinə  tövsif 

etmək, ona qarşı irəli sürülmüş ittihamdan ayn-ayrı bəndləri çıxarmaq 

hüququna  malikdir.  Bu  baxımdan  onun  səlahiyyətləri  yalnız 

təqsirləndirilən  şəxsin  vəziyyətinin  yüngülləşdirilməsi  ilə  bağlı 

olmaqla,  dövlət ittihamçısı tərəfindən  müdafiə edilən  ittihamın həcmi 

ilə  məhdudlaşır  və  həmin  ittihamdan  ağır  ola  bilməz.  Əks  halda  bu 

məhkəməyə  ittihamedici  səlahiyyətlərin  həvalə  edilməsi  ilə 

nəticələnməklə,  bir  sıra  prinsiplərin,  müdafiə  və  ittiham  tərəfləri 

arasında tarazlığın pozulmasına səbəb ola bilər. 

Sorğuda həmçinin qeyd olunur ki, nadir hallarda olsa da məhkəmədə 

işə baxılarkən dövlət ittihamçısının ittihamdan qismən imtina etməsinə 

baxmayaraq,  məhkəmə  tərəfindən  belə  imtina  qəbul  edilmir  və 

təqsirləndirilən şəxsə ibtidai araşdırma zamanı israr edilmiş ittiham üzrə 

hökm çıxanimaqla cəza təyin olunur. 

Beləliklə, Azərbaycan Respublikasının Prokurorluğu CPM-in 43.1.1 

və  314.2-ci  maddələrində  nəzərdə  tutulmuş  "dövlət  ittihamçısı  və 

xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə" müddəasının həmin 

proses iştirakçıları tərəfindən ittihamdan qismən imtina edilməsini (eyni 

əmələ görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət 

Məcəlləsinin  müvafiq  maddəsinin  tövsifedici  əlamətlərini  özündə  əks 

etdirən  cinayət  tərkibindən  sadə  tərkibli  cinayət  əməlinə  tövsif 

edilməsini,  yaxud  təqsirləndirilən  şəxsə  Azərbaycan  Respublikası 

Cinayət  Məcəlləsinin  müxtəlif  maddələri  ilə  nəzərdə  tutulmuş 

cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında 

ittihamdan  bir  və  ya  bir  neçə  maddə  üzrə  imtina  edilməsini)  özündə 

ehtiva edib-etməməsinin şərh olunmasını xahiş edir. 

Konstitusiya  Məhkəməsinin  15  fevral  2008-ci  il  tarixli  Plenumu 

sorğuda qaldırılan məsələlərin həlli ilə bağlı cinayət mühakimə 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə