V FƏSİL CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI
VƏ tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini
həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə
tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər
hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün
proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.
Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən
318.1-ci maddəsinin tələblərindən də irəli gəlir. Həmin müddəalara
əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək
sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında
şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya
məhkəməyə verilən ittiham daxilində baxılır.
Beləliklə, yuxarıda göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsi
Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ictimai ittiham
üzrə məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən
(cinayət təqibindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz
xitam verməsilə nəticələnməlidir. Dövlət ittihamçısı ittihamın
müdafiəsindən (cinayət təqibindən) tam imtina etdikdə (yekun
məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına
getməsindən əvvəl) məhkəmə CPM-in 43.1-ci maddəsinin
müddəalarına əsasən cinayət təqibinə bütövlükdə xitam verilməsi
barədə qərar çıxarmalı, qismən imtina etdikdə isə onun imtina olunmuş
hissəsinə xitam verməlidir. Eyni zamanda dövlət ittihamçısı əməlin töv-
sifmin yüngülləşdirilməsi təklifi ilə çıxış etdikdə, məhkəmə həmin
təklifdə irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu
norması üzrə məhkəmə aktı qəbul etməməlidir. Əks halda məhkəmə
artıq dövlət ittihamçısı tərəfindən müdafiə olunmayan ittihamın
müdafiəsini öz üzərinə götürməklə, faktiki olaraq, ittihamı müdafiə
edən orqanı əvəz edər, başqa sözlə onun təbiətinə xas olmayan ittiham
funksiyasını yerinə yetirmiş olardı.
Bu zaman həmçinin məhkəmələrin statusunu və ədalət
mühakiməsinin həyata keçirilməsinin prinsiplərini müəyyən edən
konstitusiya nor- malannın (Konstitusiyanın 125 və 127-ci maddələri),
cinayət mühakimə icraatının bir sıra prinsiplərinin (CPM-in
8-12,21,28,32,36-cı maddələri), habelə CPM-in dövlət ittihamçısı
qismində prokurorun qanunu və vicdanını rəhbər tutaraq sübutlann
məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla, öz
daxili inamına görə sübutlan
m
Mirağa CəfərquUyev
qiymətləndirmək vəzifəsini müəyyən edən normasının (145.2-ci maddə)
mənalanna görə, dövlət ittihamçısının ittihamdan imtina etməsi və ya
əməlin tövsifinin yüngülləşdirilməsi təklifi əsaslandmlmalıdır.
Konstitusiya
Məhkəməsinin
Plenumu
əməlin
tövsifinin
dəyişdirilməsi üzrə dövlət ittihamçısının səlahiyyətləri ilə bağlı
həmçinin qeyd etmişdir ki, CPM-in 32.2.3 və 343-cü maddələrində
cinayət prosesinin tərəfi kimi ittiham tərəfinin əməlin tövsifı və
məhkəmə qərannm layihəsinə dair məhz təkliflər vermək hüququ
müəyyənləşdirilmişdir. Bununla belə, qanunverici məhkəmə baxışında
dövlət ittihamçısı qismində iştirak edən prokurorun statusunu, hüquq və
vəzifələrini tənzimləyərkən (CPM-in 84-cü maddəsi) onun əməlin
tövsifmi yüngülləşdirmək təklifilə çıxış etmək hüququnu konkret olaraq
nizamlamamışdır. Həmçinin hüquq nəzəriyyəsinin, mövcud təcrübənin
və bir sıra ölkələrin müvafiq qanunvericiliyinin təhlili göstərir ki,
təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza
nəzərdə tutan norması ilə tövsif edilməsi müxtəlif üsullarla, o cümlədən
əməlin hüquqi tövsifmdən cəzanı ağırlaşdıran əlamətlərin çıxarılması;
əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan digər
maddəsinə tövsif edilməsi və sair üsullarla həyata keçirilə bilər. Lakin
CPM-də bütün bu halların müəyyən edilməməsi dövlət ittihamçısının
həmin hüququnun həyata keçirilməsi zamanı qanunvericilik qaydasında
nizamlanmasına ehtiyac olan bir sıra suallann ortaya çıxmasına səbəb
olur.
Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən
məhkəmə icraatı, məhkəmə qərarlarının icrası məsələləri Azərbaycan
Respublikası Milli Məclisinin müəyyən etdiyi ümümi qaydalar
sırasındadır. Bu baxımdan məhkəmə baxışında dövlət ittihamçısının
təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza
nəzərdə tutan norması ilə tövsifmə dair hüququnun və onun həyata
keçirilməsi
üsullarının
CPM-də
tənzimlənməsi
Azərbaycan
Respublikası Milli Məclisinə tövsiyə olunmalıdır.
Yuxanda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, "Konstitusiya
Məhkəməsi haqqında" Qanunun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15
fevral 2008-ci il tarixli Plenumu aşağıdakı qəran qəbul etmişdir:
V FƏSİL. CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI
1.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının
və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən)
imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini
ehtiva edir.
2.
Məhkəmə
baxışında
dövlət
ittihamçısının
ittihamın
müdafiəsindən (cinayət təqibindən) imtina etməsi və təqsirləndirilən
şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan
norması ilə tövsifi təbiətinə və hüquqi nəticələrinə görə müxtəlif
prosessual hərəkətlərdir. Dövlət ittihamçısının əməli cinayət qanununun
daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifi ittihamın
müdafiəsindən (cinayət təqibindən) imtina kimi qiymətləndirilə bilməz.
3.
Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin
cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifı-
nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi
mövqeyi ondan ibarətdir ki:
-
dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlinin cinayət
qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi
barədə təklifini əsaslandırmalıdır;
-
məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə,
ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının
əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə
tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının
təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu
nonnası üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir.
4.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dövlət ittihamçısının məhkəmə baxışında təqsirləndirilən şəxsin əməlini
cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə töv-
sifınə dair hüququnun və onun həyata keçirilməsi üsullannm
tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə
olunsun.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15
fevral 2008-ci il tarixli qərarı CPM-in 43.4-cü maddəsinin tətbiqi ilə
bağlı yaranan problemləri aradan qaldırmaqla bahəm dövlət
ittihamçısının və məhkəmənin qarşılıqlı prosessual münasibətlərinə,
eyni zamanda konkret cinayət işlərinin məhkəmədə baxılması zamanı
onların prosessual səlahiyyətlərinə bir aydınlıq gətirmiş oldu.
Dostları ilə paylaş: |