Mirağa Cəfərquliyev
əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız
ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən
şəxsin
kifayət
qədər
sübut
olmadan
təqsirləndirilərək
cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də
malikdir.
CPM-in 84.4-cü maddəsinin tələblərinə görə cinayət işi üzrə ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokuror məhkəmə
baxışında dövlət ittihamçısı qismində iştirak edə bilməz. Belə qayda bir
təminat kimi məhkəməyə qədər cinayət təqibi və ittihamın müdafiəsi
funksiyalarının bir şəxsin prosessual səlahiyyətində cəm- lənməsinin
qarşısının alınmasına yönəlməklə, eyni zamanda dövlət ittihamçısının
həm müstəqilliyinə, həm də obyektivliyinə təsir edə biləcək mənfi
halların aradan qaldırılmasına xidmət edir. Prosessual baxımdan cinayət
mühakimə icraatının məhkəməyə qədər mərhələlərindən kənarda
dayanması dövlət ittihamçısının qərəzsizliyinə və əda- lətliliyinə təsir
edən müsbət amil kimi çıxış edir. Bu mənada onun ittihamla bağlı
mövqeyi ittiham aktına uyğun olmaqla deyil, yalnız çəkişmə prinsipinə
riayət edilməklə məhkəmə iclaslannda tədqiq edilmiş sübutlara və daxili
inamına əsasən formalaşır. Bu isə onun ittihamın müdafiəsindən nəinki
tam, o cümlədən müəyyən həcmdə imtina etmək imkanına malik
olmasını da ehtiva edir.
Qanunverici çəkişmə prinsipi əsasında apanlan məhkəmə baxışında
cinayət
işi
üçün
əhəmiyyət
kəsb
edən
hallann
sübut
olunub-olunmamasına dövlət ittihamçısının etdiyi təsiri nəzərə alaraq,
CPM-in 314.1-ci maddəsində orjun ictimai və ictimai-xüsusi ittiham
üzrə
məhkəmə
baxışında
iştirakının
məcburi
olduğunu
müəyyənləşdirmişdir. CPM-in
314.2-
ci maddəsinə əsasən isə, məhkəmə baxışı zamanı dövlət
ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş
sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək
icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə
baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə
haqlıdır.
Qeyd olunmalıdır ki, CPM-in yuxanda göstərilən 41.3, 43.1.1 və
314.2-
ci maddələrinin müddəalarında dövlət ittihamçısının ittihamın
müdafiəsindən (cinayət təqibindən) imtina etmək səlahiyyətinin
həcminin (tam və ya qismən) diferensiasiyası nəzərdə tutulmadığından
ilk baxışdan belə təəssürat yaranır ki, imtina ittihamı bütövlükdə əhatə
etməlidir. Belə yanaşma məhkəmə baxışında tərəflərin çəkişməsi
y FƏSİL CİNA YƏT TƏQİBİ VƏ CİNA YƏT TƏQİBİ ÜZRƏ İCRAA TIN APARILMASI
^^
VƏ bərabərliyi prinsiplərinin inkar edilməsinə gətirib çıxannaqla,
dövlət ittihamçısının ittihamın aqibəti ilə bağlı prosessual
müstəqilliyinin məhdudlaşdırılması ilə nəticələnmiş olardı.
Yuxanda göstərildiyi kimi məhkəmə istintaqında tədqiq edilmiş
sübutlar və daxili inam dövlət ittihamçısının ittihamla bağlı mövqeyinin
formalaşmasının əsasını təşkil edir. Buna görə də dövlət ittihamçısı
daxili inamına əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş
ittihamın tədqiq edilmiş sübutlarla qismən təsdiq olunmadığı qənaətinə
gələrsə, ondan qismən imtina etməyə də haqlıdır. Əks təqdirdə bu, bir
tərəfdən onun obyektivliyinin şübhə altına alınmasına gətirib çıxarar,
digər tərəfdən isə təqsirləndirilən şəxsin əsassız təqsirləndirilərək
cəzalanmasına imkan yaratmış olardı.
Ümumiyyətlə, ittihamdan imtina etmək anlayışının təkcə tam deyil,
habelə özünün tərkib hissəsinin elementi kimi qismən imtinanı da əhatə
etməsini nəzərdə tutan yanaşma "Prokurorluq haqqında" Azərbaycan
Respublikasının Qanununda da əksini tapmışdır. Belə ki, həmin
qanunun 19-cu maddəsinin 4-cü bəndində prokurorun ittihamın
müdafiəsindən tam və ya qismən imtina etmək səlahiyyəti müəyyən
edilmişdir.
Beləliklə, CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan
dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən
(cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən
(o cümlədən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin
törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan
bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir.
Həmçinin qeyd edilməlidir ki, məhkəmə baxışında hakimiyyət
səlahiyyətinə malik olan dövlət nümayəndəsi kimi prokuror dövlətin
adından ittihamı müdafiə etmək və həmin ittihamdan imtina etmək (tam
və ya qismən) səlahiyyətləri ilə yanaşı, həm də onun aqibətini digər
qaydada müəyyənləşdirmək imkanına malikdir.
Dövlət ittihamçısının prosessual səlahiyyətlərinin tərkib hissəsi olan
belə hüquqlardan biri də təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya
məhkəməyə verilmiş ittihamda nəzərdə tutulan əməli cinayət
qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək
təklifilə çıxış etməsidir.
m
Mirağa Cəfərquliyev
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələ ilə
bağlı xüsusi vurğulamağı zəruri hesab etmişdir ki, ittihamın
müdafiəsindən (cinayət təqibindən) imtina edilməsi və əməlin daha
yüngül cəza nəzərdə tutan cinayət qanunu norması ilə tövsif edilməsi
təbiətinə və hüquqi nəticələrinə görə müxtəlif prosessual hərəkətlərdir.
CPM-in 32.2-ci maddəsi cinayət prosesində tərəflərin çəkişməsini
təmin etmək məqsədi ilə ittiham (32.2.3-cü maddə) və müdafiə
(32.2.4-cü maddə) tərəfinin təqsirləndirilən şəxsin əməlinin hüquqi
tövsifmə və məhkəmənin yekun qərarına dair öz təkliflərini vermək
hüququnu nəzərdə tutmuşdur. Eyni zamanda prosesin tərəflərindən biri
kimi ittiham tərəfi də məhkəmə baxışının nəticələri əsasında yekun
məhkəmə qərarının layihəsinin variantını məhkəməyə təqdim edə bilər
(CPM-in 343-cü maddəsi).
Konstitusiya Məhkəməsi, həmçinin qeyd etmişdir ki, ittihamın
müdafiəsindən (cinayət təqibindən) imtina (tam və ya qismən) zamanı
olduğu kimi bu imkan da dövlət ittihamçısının işin bütün hallannm
hərtərəfli, tam və obyektiv tədqiq edilməsi şəraitində məhkəmə
istintaqında tədqiq edilmiş sübutlar əsasında formalaşan daxili
inamından irəli gəlir.
Bu
mənada
dövlət
ittihamçısının
cinayət-prosessual
qanunvericiliyində nəzərdə tutulan ittihamın müdafiəsindən (cinayət
təqibindən) imtina (tam və ya qismən) etmək, habelə əməlin tövsifıni
yüngülləşdirmək təklifi ilə çıxış etmək hüquqlarından istifadə etməsi
bir qayda olaraq, iş üzrə toplanmış bütün sübutlann tam tədqiqi və
onlara hüquqi qiymət verilməsi zərurətini də ehtiva edir. Belə zərurət
həmçinin cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi
olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda məhkəmənin
təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq edən bəraət hökmü
çıxarmaq (CPM-in 42.1-ci maddəsi) vəzifəsilə də uzlaşır.
Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyin yuxandakı
məsələləri tənzimləyən müddəalarının mənasına görə, cinayət işinin
həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyalan bir-birindən
ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür.
Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə
müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər,
qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş
tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə,
çəkişmə
Dostları ilə paylaş: |