Mirağa Cəfər quliyev
haqqında ərizənin vəfat etmiş şəxsin həyat yoldaşı və ya digər yaxın
qohumu tərəfindən verilməsinə yol verilir.
Yeni açılmış hallar üzrə icraatın başlanması qaydası. Yeni açılmış
hallar üzrə icraatın başlanması üçün yuxarıda qeyd etdiyimiz kimi
müvafiq səlahiyyətli şəxsin ərizəsi, protest və ya təqdimat olmalıdır.
Qanunvericilikdə adı çəkilən ərizəyə dair müəyyən tələblər irəli sürülür.
CPM-in 465-ci maddəsinə əsasən, yeni açılmış hallar üzrə məhkəmənin
hökm və ya qərarına baxılması haqqında ərizədə aşağıdakı məlumatlar
mütləq göstərilməlidir: ərizə ilə müraciət edən şəxsin soyadı, adı,
atasının adı və prosessual statusu; mübahisə edilən hökm və ya qərarın
dəqiq adı (sənəd nə vaxt, kim tərəfindən və hansı icraat üzrə
çıxarılmışdır); məhkəmənin hökm və ya qəranna yenidən baxılması
üçün baxılmanın zəruriliyini təsdiq edən əsasların və sübutlann ətraflı
izahı; məhkəmənin hökm və ya qərarına yenidən baxılması haqında
məsələnin qoyulduğu səbəblərin əsaslandırılması; ərizənin verilməsi
üçün müddətlərə riayət edilməsi halları və mövcud olan sübut vasitələri
barədə məlumatlar. Bundan başqa, adı çəkilən ərizəyə məhkəmənin,
barəsində mübahisə edilən hökm və ya qərarının surəti, habelə ərizənin
əsaslandırıldığı sənədlər (əsilləri və ya surətləri) əlavə edilməlidir.
Göstərilən ərizənin və ona edilmiş əlavələrin surətləri kassasiya şikayəti
və ya kassasiya protesti vermək hüququna malik olan bütün şəxslərə
çatacaq sayda olmalıdır.
Yuxarıda göstərilənlər nəzərə alınmaqla Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri yeni açılmış hallar üzrə məhkəmənin hökm və
ya qərarına baxılması haqqında ərizəyə ilkin baxılmasını Azərbaycan
Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının hakimlərindən
birinə tapşırır. Hakim ərizəni öyrəndikdən sonra aşağıdakı qərarlardan
birini qəbul edir:
a) ərizə məhkəmənin, barəsində mübahisə edilən hökm və ya
qərarının əsaslılığına dair şübhə yaratmadıqda, onun baxılmamış
saxlanılması haqqında; b) ərizədən və ya ona əlavə edilmiş sənədlərdən
həmin halların müəyyən edildiyi, yaxud onların mümkün mövcudluğu
həqiqətən məhkəmənin mübahisə edilən hökm və ya qərarının
əsaslılığına dair şübhə yarada biləcəyi məlum olduğu halda yeni açılmış
hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizə
üzrə icraatın açılması haqqında.
XX
FƏSIL
xüsusi İCRAA TLAR
m
Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması
haqqında ərizənin verilməsi üçün artıq müəyyən edilmiş hallar əsas
olduqda hakim, barəsində şikayət verilən qərann düzgünlüyünə olan
şübhələri təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün
mövcudluğunu yoxlayır və belə halı müəyyən etdikdə cinayət işinin,
məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi
ittiham qaydasında şikayətin yeni müəyyən edilmiş hallar üzrə
baxılması haqqında rəy tərtib edərək, ərizə və digər materiallarla
birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə verir.
Qanunvericilikdə, eyni zamanda, qeyd edilir ki, hökmə və ya
məhkəmənin qəranna yeni açılmış hallar üzrə baxılması üçün ərizənin
verilməsinə əsas olmuş hallann həqiqiliyinin və tamlığının müəyyən
edilməsindən ötrü xüsusi araşdırmanın aparılması tələb olunduqda
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi öz qərarı ilə
Azərbaycan Respublikasının Baş prokuroruna belə araşdırmanın
aparılmasını təşkil etməyi tapşırır. Azərbaycan Respublikasının Baş
prokuroru öz növbəsində yeni açılmış hallar üzrə araşdırmanın
apanlma- sını tabeçiliyində olan prokurorlardan və ya müstəntiqlərdən
birinə həvalə edir. Belə olan hallarda, yeni açılmış halların araşdınlması
ilə əlaqədar istintaq hərəkətləri ümumi qaydada, yəni CPM-in 226-276-
cı maddələrinin tələblərinə riayət etməklə aparılır.
Yeni açılmış hallann araşdırılması qurtardıqdan sonra istintaq
hərəkətlərinin bütün protokollan və digər materiallar yeni açılmış hallar
üzrə icraat açmış Azərbaycan Respublikası Ali Məhkəməsinin
hakiminə göndərilir. Prokuror (müstəntiq) tərəfindən aparılmış
araşdırmanın ma- teriallanna baxaraq Azərbaycan Respublikası Ali
Məhkəməsinin hakimi aşağıdakı qərarlardan birini qəbul edir: a)
məhkəmənin mübahisə edilən hökmünə və ya qərarına yeni açılmış
hallar üzrə baxılmasının rədd edilməsi haqqında; b) məhkəmənin hökm
və ya qərarına yenidən baxılması haqqında ərizənin və prokuror
(müstəntiq) tərəfindən aparılmış araşdımıa materiallarının mahiyyəti
üzrə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin
Plenumuna göndərilməsi haqqında. Belə qərar çıxarmaqla yanaşı hakim
məhkəmənin mübahisə edilən hökm və ya qərarının icrasını da
dayandıra bilər. Buna qanunla səlahiyyəti çatır. İkinci qəran
çıxartdıqdan sonra yeni açılmış hallar üzrə hakimdə olan bütün
materiallar Ali Məhkəmənin sədrinə verilir.
Mirağa CəfərquUyev
Qanunda birmənalı surətdə bildirilir ki, yeni açılmış hallar üzrə
məhkəmənin hökm və ya qəranna baxılması haqqında ərizəyə ilkin
baxan Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin bütün qə-
rarlan qətidir və onlardan şikayət verilə bilməz.
Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması
haqqında ərizənin ilkin baxılmasının nəticələri barədə Azərbaycan
Respublikasının Baş prokuroruna və ya prokurorun nümayəndəsinə,
məhkuma (bəraət almış şəxsə), zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya),
habelə məhkəmənin mübahisə edilən hökm və ya qərannm mənafelərinə
toxunduğu digər şəxslərə məlumat verilir. Qanunda, eyni zamanda,
qeyd olunur ki, yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya
qəranna baxılması haqqında ərizənin və prokuror (müstəntiq) tərəfindən
aparılmış araşdırma materiallarının mahiyyəti üzrə baxılması üçün
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi
haqqında qərar qəbul edildikdə, yuxanda sadalanan şəxslərə, həmçinin
məsələnin baxılması vaxtı və yeri haqqında məlumat verilməlidir.
Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclasında
baxılması CPM-in 427-ci (əlavə kassasiya qaydasında təqdimat, protest
və ya şikayətə mahiyyəti üzrə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Plenumu tərəfindən baxılması) maddəsində nəzərdə
tutulmuş qaydalar üzrə həyata keçirilir.
§ 4. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
üzrə icraat
Cinayət qanunvericiliyinə əsasən, cinayətin subyekti yalnız anlaqlı
şəxslər ola bilər. Anlaqsız şəxslər isə törətdikləri ictimai təhlükəli əmələ
görə cinayət məsuliyyəti daşımırlar. Məhz buna görə də qanunvericilik
bu kateqoriyadan olan şəxslərə məhkəmənin təyinatı ilə tibbi xarakterli
məcburi tədbirlər tətbiq edilməsini nəzərdə tutur.
Tibbi xarakterli məcburi tədbirlərlə əlaqədar CM-in 93-cü
maddəsində göstərilmişdir ki, bu tədbirlər məhkəmə tərəfindən Cinayət
Mə
Dostları ilə paylaş: |