Mirağa Cəfərquliyev
yss ____________
üzrə fəaliyyətə müdaxilə edilməsinə görə məsuliyyətin gücləndirilməsi;
2)
hakimlərin səlahiyyətlərinin başa çatması və dayandınimasma
dair qaydanın, onlann vəzifəyə təyin və vəzifədən azad edilmə
prosedurasının, andlı iclasçılarm seçilmə qaydasının həyata
keçirilməsi;
3)
hakimə istefa vermək hüququnun verilməsinin təmin edilməsi;
4)
hakimlərin və andlı iclasçılarm toxunulmazlığı;
5)
dövlətin hesabına hakimlərin onlann yüksək statusuna uyğun
sosial və maddi təminatı.
Qanunvericilikdə hakimlərin dövlət müdafiəsinə dair konkret
təminatlar (şəxsi mühafizə, əmlakının və mənzilinin mühafizəsi, silahın
verilməsi, başqa yaşayış yerinə köçürülməsi və sənədlərinin
dəyişdirilməsinə kimi) dəqiqləşdirilir.
Məhkəməyə hörmət edilməməsi, işin hərtərəfli, tam və obyektiv
baxılmasına mane olmaq məqsədi ilə ona təzyiqlərin edilməsi inzibati
hüquqpozma, yaxud da cinayət kimi qiymətləndirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin 1-ci
hissəsinə uyğun olaraq hakimlər toxunulmazdır. Hakimlər cinayət
məsuliyyətinə cəlb edilə, tutula və ya həbs edilə bilməzlər, onlann
barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə
bilməz, onlar axtarışa, şəxsi müayinəyə və gətirilməyə məruz qala
bilməzlər. Cinayət və ya inzibati hüquq pozuntusu törətməkdə şübhə
edilən şəxs qismində saxlanılmış hakim şəxsiyyəti müəyyənləşdiril-
dikdən sonra dərhal azad edilməli, bu barədə Azərbaycan
Respublikasının Baş prokuroruna yazılı məlumat verilməlidir.
Hakimlərin hərəkətində cinayət əməlinin əlamətləri olduqda onlar
Konstitusiyanın 128-ci maddəsinin 4-cü və 5-ci hissələrində nəzərdə
tutulmuş qaydada vəzifədən kənarlaşdınla bilərlər. Vəzifədən kənar-
laşdırıldıqdan sonra Ali Məhkəmənin intizam kollegiyasının razılığı
olduqda Baş prokurorun qəranna əsasən onlar cinayət məsuliyyətinə
cəlb oluna və həbs edilə bilərlər. Vəzifədən kənarlaşdınlmış hakimlərin
səlahiyyətləri onların barəsində cinayət işi üzrə hökm qanuni qüvvəyə
minənədək dayandırılır.
Vəzifədən kənarlaşdınlmış hakim haqqında bəraət hökmü
çıxarıldıqda və ya cinayət işinin icraatına cinayət hadisəsi, əməlində
cinayət tərkibi olmadığı, habelə cinayətdə təqsiri sübuta yetirilmədiyi
hallarda onun səlahiyyətləri bərpa olunur.
IV FƏSİL CİyAYƏT MÜHAKİMƏ İCRAATINIH ƏSAS FRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)
jJ
Hakimlərin toxunulmazlığı, həmçinin onların mənzillərinə, xidməti
otaqlarına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına,
şəxsi əmlakına və sənədlərinə də şamil olunur. Hakimlərin
təhlükəsizliyini təmin etmək məqsədilə onlara «Xidməti və mülki silah
haqqında» Qanunda nəzərdə tutulmuş qaydada silah gəzdirmək və
saxlamaq hüququ verilir, zəruri hallarda hakimlərin təhlükəsizliyi təmin
edilir. Hakimlər səlahiyyət müddətində hərbi çağırışdan və hərbi
toplanışdan azad olunurlar.
Hakimlər üçün nəzərdə tutulmuş maddi-sosial təminatlardan aşağı-
dakılan qeyd etmək olar.
Təyin olunduğu yer üzrə mənzilə, həmçinin mənzil şəraitini
yaxşılaşdırmağa ehtiyacı olan hakimlər bu vəzifəyə təyin olunduğu
gündən 6 ay müddətində mənzillə təmin edilməlidirlər. Yerli icra
hakimiyyəti orqanları məhkəmələrin hakimlərini mənzillə təmin edir,
onlara mənzil verilənədək yaşayış sahəsinin kirayəsi xərclərini
ödəyirlər.
Hakimlərin həyat və sağlamlığının qorunması dövlət büdcəsi
hesabına həyata keçirilir. Hakimlər dövlət tibb xidmətilə təmin
olunurlar. Müalicə olunmaları üçün onlara pul təminatı verilir.
Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq
hakimlərə pensiya verilir.
Hakimlərə məxsus əmlakın xidməti fəaliyyəti ilə əlaqədar məhv
olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimlərə və ya
onların ailə üzvlərinə tam həcmdə ödənilir. Bu ziyan qanunla müəyyən
olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla dövlət
büdcəsindən ödənilir.
Bunlardan başqa, məhkəmə səhvləri nəticəsində proses
iştirakçılarına, yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə
hakimlər öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan
qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən
Ödənilir.
4.
Şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi
Respublikamızda şəxsiyyət toxunulmazlığının təmin edilməsi
Konstitusiyanın bir sıra maddələrində özünün daha tam və aydın əksini
tapmışdır. Məsələn, Konstitusiyanın 32-ci maddəsində deyilir: «Hər
kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
Mirağa Cəfdrqııliyev
m—
------------------------------
Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır.
Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi həyata müdaxilə etmək
qadağandır.
Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın top-
lanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə
vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət
təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin
qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə
çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər».
Konstitusiyanın 31-ci maddəsində isə vətəndaşların hüquq və
azadlıqlarını mühafizə etməyin bütün dövlət orqanlarının, ictimai
təşkilatların və vəzifəli şəxslərin borcu olmasından bəhs edilir.
Adı çəkilən maddədə qeyd olunur ki, hər kəsin təhlükəsiz yaşamaq
hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin
həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd
etmək, ona qarşı zor işlətmək qadağandır.
Qeyd etmək lazımdır ki, təhlükəsiz yaşamaq, birinci növbədə,
insanın ayrılmaz təbii hüququ, onun azadlığının tərkib hissəsidir.
Təhlükəsiz yaşamaq hüququ şəxsin azadlığının və toxunulmazlığının
hər cür qanunazidd qəsdlərdən qorunmasının və hüquqazidd əməlləri
törətməkdə təqsirli bilinən şəxslərin cəzalandırılmasının dövlət
tərəfindən təmin edilməsini nəzərdə tutur. Şəxsin həyatının, fiziki və
mənəvi sağlamlığının, mülkiyyətinin, mənzilinin qanunsuz qəsdlərdən
qorunmasının birbaşa Konstitusiya normaları ilə hüquqi təminatının
verilməsi həmin hüquqların ali dəyərə malik olmasını sübut edir.
Bununla bağlı demək olar ki, Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin başlıca vəzifəsi insanın təhlükəsiz yaşamaq hüququnun
təmin edilməsindən ibarətdir. Bu baxımdan xüsusilə CM-in 8-ci
bölməsini misal göstərmək kifayət edər.
Təhlükəsiz yaşamaq hüququnun təmin olunmasının xüsusi forması
“Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır (13). Bu
Qanun cinayət işi üzrə zərər çəkən şəxslərin, şahidlərin və cinayət
prosesində iştirak edən digər şəxslərin təhlükəsizliyinin təmin
edilməsini və sosial müdafiəsini nəzərdə tutan tədbirlər sistemini mü
Dostları ilə paylaş: |