'm.
Mirağa Cəfərqıtliyev
ması, ona qanunsuz təsir, hədə-qorxu, müdaxilə edilməsi, hömıətsiz- lik
göstərməsi, məhkəməyə qarşı açıq-aşkar etinasız hərəkətlər edilməsi
yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Hakimlərin və iclasçıların müstəqilliyi və yalnız qanuna tabe
olmaları müddəasını təkcə birinci instansiya məhkəməsi kimi işə baxan
məhkəmə tərkibinə aid etmək düzgün olmazdı. Bu prinsip məhkəməyə
veraıə mərhələsi, apellyasiya, kassasiya və nəzarət icraatı, habelə
hökmün icra edilməsi mərhələlərində işə baxan məhkəmələrin
fəaliyyəti üçün də xarakterikdir.
Hakimlərin və iclasçıların müstəqilliyi qanunçuluq prinsipi ilə üzvi
surətdə bağlıdır. Hakimlər qanuna tabe olduqlan üçün müstəqildirlər.
Hakimlərin və andlı iclasçıların müstəqilliyi və yalnız qanuna tabe
olmaları ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin mühüm
təminatlarından biridir. Bu prinsip tələb edir ki, məhkəmənin bütün
fəaliyyəti ciddi olaraq qanuna uyğun aparılsın.
Məhkəmə iclasının həyata keçirilməsinin prosessual qaydası və
onun şərtləri tam və aydın şəkildə qanunla nizama salınır və qanunda
göstərilməyən hər hansı hərəkətin məhkəmə tərəfindən edilməsi qəti
qadağan edilir.
Cinayət mühakimə icraatı qaydalanm nizama salan normalar hər
cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsinə təminat yaradır.
Yuxarı məhkəmələrin birinci instansiya məhkəmələrinin çıxartdığı
hökmlərin qanuni və əsaslı olmasını yoxlamaq hüququna malik olması
heç də hakimlərin müstəqilliyi və yalnız qanuna tabe olmaları prinsipini
inkar etmir.
Belə ki. Respublika Ali Məhkəməsi də daxil olmaqla yuxan
məhkəmə hökmü apellyasiya, yaxud kassasiya qaydasında ləğv edib işi
birinci instansiya məhkəməsində yeni tərkibdə baxılması üçün
qaytararkən məhkəməyə işin mahiyyət üzrə nə cür həll edilməsi haqda
göstərişlər verə bilməz. Bu müddəa özünün tam və aydın ifadəsini
Cinayət-Prosessual Məcəllənin 427-ci maddəsinin 8-ci bəndində
tapmışdır. Adı çəkilən maddədə qeyd edilir ki, cinayət işi,
məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi
ittiham qaydasında şikayət üzrə icraatın materiallan birinci və ya
apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərildiyi
halda Azərbaycan Respublikası
n'FƏSİL CİNA YƏTMÜHAKİMƏ İCRAATI,\IS ƏSAS PRİNSİPLƏRİ l'Ə ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)
Ü
Ali Məhkəməsinin Plenumu təkrar baxış zamanı məhkəmənin gələcəyi
nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz:
1)
ittihamın sübuta yetirilib-yetirilməməsi;
2)
bir sübutun mötəbərliliyi və ya digər sübutun mötəbərsizliyi;
3)
bir sübutun digər sübutlardan üstünlüyü;
4)
məhkəmə tərəfindən cinayət qanununun bu və ya digər müddəasının
tətbiq edilməsi:
5)
məhkəmə tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsi.
Hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləş-
dirilməsi, dəyişilməzliyi və toxunulmazlığı, vəzifəyə təyin olunmasının,
məsuliyyətə cəlb edilməsinin, səlahiyyətlərinə xitam verilməsinin və
vəzifədən
kənarlaşdırılmasmın
məhdudlaşdırılması,
məhkəmə
hakimi)^ətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin
qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi, məhkəmə
icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və
müdaxilə
edilməsinin
yolverilməzliyi,
hakimlərin
şəxsi
təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və bunun üçün
onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir.
Bu prinsipin mənası ondan ibarətdir ki, məhkəmələrin xarici təsirsiz,
yalnız qanuna müvafiq və ədalətli qərarlar çıxarmaq üçün real im-
kanlan olsun.
Çoxillik təcrübə göstərir ki, məhkəmələrə müxtəlif təsiretmə üsul-
lan tətbiq edilir (ələ almaqdan və rüşvət verməkdən fiziki xəsarət
yetirmələrə kimi). Aydın məsələdir ki, konkret işə baxan məhkəmənin
fəaliyyəti işin nəticəsindən maraqlı olan başqa dövlət orqanlannm,
vəzifəli şəxslərin və adi insanların daima diqqət mərkəzindədir.
Bununla əlaqədar hakimlərin və andlı iclasçılann müstəqilliyinin
təmin edilməsi üzrə təminatlann işlənib tətbiq edilməsinə xüsusi zərurət
yaranır. Bu zərurətdən doğan hallan və qaydalan qanunvericilik yolu ilə
işlənib müvafiq prosessual normalar şəklində qəbul etdiyi zaman
aşağıdakı müddəaların nəzərə alınması mühakimə icraatının
təkmilləşdiril- məsinə, daha dolğun formada həyata keçirilməsinə,
hakimlərin və and- lı iclasçılann müstəqil olub, yalnız qanuna tabe
olmalan prinsipinin, sözün əsil mənasında, həyata keçirilməsinə real
şərait yaratmış olardı:
1)
ədalət mühakiməsinin həyata keçirilməsi üçün qanunda xüsusi
qaydanın nəzərdə tutulması, ədalət mühakiməsinin həyata keçirilməsi