MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə38/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   34   35   36   37   38   39   40   41   ...   266

IVFƏSİL CİNA YƏTMÜHAKİMƏ İCRAATININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

 

əyyənləşdirir.  Adı  çəkilən  Qanunla  müəyyənləşdirilmiş  təhlükəsizlik 



tədbirləri  0  halda  tətbiq  edilir  ki,  yuxarıda  göstərilən  şəxslərin 

təhlükəsizliyinin başqa vasitələrlə təmin edilməsi mümkün deyildir. 

Şəxsiyyətin  toxunulmazlığı  hüququnun  təmin  edilməsi  ilə  bağlı 

Konstitusiyanın  müvafiq  nonnalan  Azərbaycan  Respublikasının 

Cinayət-Prosessual  Məcəlləsində  öz  geniş  şərhini  tapmışdır.  Buna 

misal, CPM-in 15-ci maddəsini göstərmək olar. 

Cinayət-Prosessual 

Məcəllənin  15-ci  maddəsi  şəxsiyyətin 

toxunulmazlığı  hüququnun  təmin  edilməsinə  həsr  olunmuşdur.  Bu 

maddədə  deyilir:  “Məlıkəmənin  qəran  olmadan  və  ya  tutulma,  yaxud 

həbsə  alma  hallarından  başqa  hər  hansı  şəxsin  axtanşı  və  şəxsi 

müayinəsi,  onun  toxunulmazlığı  hüququnu  pozan  digər  prosessual 

hərəkətlər bu şəxsin və ya onun qanuni nümayəndəsinin iradəsi əleyhinə 

apanla bilməz”. 

Cinayət-prosessual  qanunvericiliyə  görə  cinayət  təqibi  gedişində 

aşağıdakılar qadağandır: 

1)

 

işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi 



pereparatlardan  istifadə  etmək,  aclığa,  hipnoza  məruz  qoymaq,  tibbi 

yardımdan  məhrum  etmək,  digər  qəddar,  qeyri-insani  və  ya  ləyaqəti 

alçaldan rəftar və cəzalar tətbiq etmək

2)

 



uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti 

pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual 

hərəkətlərdə  iştiraka  cəlb  etmək,  habelə  buna  bənzər  hər  hansı  digər 

sınaqlar keçirmək; 

3)

 

zərər  çəkmiş,  şübhəli  və  ya  təqsirləndirilən  şəxsdən,  habelə 



cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, 

aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər 

tətbiq etməklə ifadə almaq. 

Respublikamızın vətəndaşlarının Konstitusiya ilə müəyyən edilmiş 

şəxsiyyətin  toxunulmazlığı  hüququ  cinayət-prosessual  qanunvericilik 

ilə çox ciddi surətdə qorunur. 

Cinayət-Prosessual 

Məcəllənin 

156-cı 

maddəsi 


qətimkan 

tədbirlərinin seçilməsinin ümumi qaydasına  həsr olunaraq şəxsiyyətin 

toxunulmazlığı ilə əlaqədar belə tələb irəli sürür: «Həbs və vəzifədən 

kənarlaşdırma  müstəntiqin  vəsatəti  əsasında  və  ibtidai  araşdırmaya 

prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun  təqdimatı,  habelə 

cinayət  işinə  baxan  məhkəmənin  öz  təşəbbüsü  ilə  və  yalnız 

məhkəmənin qərarına əsasən seçilə bilər.» 



Mirağa Cəfərquliyev 

Cinayət-prosessual  qanunvericilik  cinayət  etməkdə  şübhə  edilən 

şəxsin tutulması üçün də əsaslan dəqiq müəyyən edir: 

1.

 



Şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud 

bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; 

2.

 

Zərər  çəkmiş  şəxs,  yaxud  hadisəni  görən  digər  şəxslər  cinayət 



qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini 

birbaşa göstərdikdə; 

3.

 

Şəxsin bədənində, üstündə, paltannda və  ya istifadə etdiyi digər 



əşyalarda,  yaşayış  yerində,  nəqliyyat  vasitəsində  cinayət  qanunu  ilə 

nəzərdə  tutulmuş  əməlin  törədilməsini  göstərən  aşkar  izlər  müəyyən 

olunduqda (Cinayət-Prosessual Məcəllə, maddə 148). 

Şəxsin cinayət etməsində şübhələnmək üçün əsas verən sair dəlillər 

mövcud  olduqda,  həmin  şəxs  yalnız  qaçmağa  cəhd  göstərdikdə  və  ya 

onun daimi yaşayış yeri olmadıqda, şübhə edilənin şəxsiyyəti müəyyən 

edilməmiş olduqda həbs edilə bilər. 

Qanun  təqsirləndirilən  şəxs  kimi  cinayət  məsuliyyətinə  cəlbetmə 

əsaslannı  da  dəqiq  müəyyən  edir.  Yalnız  cinayəti  törətməkdə  ittiham 

elan etmək üçün əsas verən kifayət qədər sübutlar mövcud olduqda şəxs 

təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilə bilər. 

Beləliklə,  cinayət-prosessual  qanunvericilik  bütün  cinayət  prosesi 

boyu  şəxsiyyətin  toxunulmazlığını  təmin  edən  mühüm  prosessual  tə- 

minatlan müəyyən edir. 

5.

 

Şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi Şəxsiyyətin şərəf və 



ləyaqəti dedikdə mənəvi və əqli keyfiyyətlərin daşıyıcısı olması 

faktının insanın özü və digər şəxslər tərəfindən başa düşülməsidir. 

Vətəndaşların şəxsiyyətini qorumaq, onların şəxsi təhlükəsizliyini 

təmin etmək dövlətin əsas vəzifələrindən biridir. 

Qeyd etmək lazımdır ki, cəmiyyətdə tutduğu mövqeyindən və sosial 

vəziyyətindən asılı olmayaraq hər bir insanın şərəf və ləyaqəti müdafiə 

olunmalıdır.  Qüvvədə  olan  müvafiq  qanunvericiliklərin  tələbinə  görə 

hər  bir  insanın  şərəf  və  ləyaqətinə  başqalan  tərəfindən  hörmətlə 

yanaşılmalıdır.  Məsələn,  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsinin  23-cü  maddəsinə  müvafiq  olaraq,  başqasının  şərəfini, 

ləyaqətini  və  ya  işgüzar  nüfuzunu  ləkələyən,  onun  şəxsi  həyatının 

sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatlan yaymış şəxs on- 




IV FƏSİL CİNA YƏTMÜHAKİMƏ İCRAA TINIıW ƏSAS FRİNSİFLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

İİLly 


lann  həqiqətə  uyğun  olduğunu  sübuta  yetirməsə,  hüquqlan  pozulmuş 

şəxs həmin məlumatlann məhkəmə qaydasında təkzib olunmasını tələb 

edə bilər. 

Bundan başqa, barəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu 

ləkələyən  məlumatlar  yayılmış  fiziki  şəxs  həmin  məlumatların  təkzib 

edilməsini tələb etməklə yanaşı, onların yayılması nəticəsində vurulmuş 

zərərin əvəzinin ödənilməsini də tələb etmək hüququna malikdir. 

Kütləvi  çıxışlarda,  kütləvi  nümayiş  etdirilən  əsərdə  və  ya  kütləvi 

informasiya  vasitəsində  şərəf  və  ləyaqəti  nalayiq  formada  qəsdən  al- 

çatma CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etməyə əsas 

verir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  46-cı  maddəsinə 



müvafiq olaraq, hər kəs öz şərəf və ləyaqətini müdafiə etmək hüququna 

malikdir.  Şəxsiyyətin  ləyaqəti  dövlət  tərəfindən  qorunur.  Heç  bir  hal 

şəxsiyyətin  ləyaqətinin  alçaldılmasına  əsas  verə  bilməz.  Heç  kəsə 

işgəncə və əzab verilə bilməz, heç kəs insan ləyaqətini alçaldan rəftara 

və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç 

kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. 

Konstitusiyanın  yuxanda  qeyd  olunmuş  tələblərini  əsas  götürərək 

cinayət-prosessual  qanunvericilik  cinayət  mühakimə  icraatı  zamanı 

şəxsin  şərəf  və  ləyaqətinə  hörmət  edilməsi  məsələsinə  xüsusi  diqqət 

yetirmişdir. 

Cinayət-Prossesual  Məcəllənin  13-cü  maddəsinin  tələbinə  görə, 

cinayət  təqibi  gedişində  insanın  şərəf  və  ləyaqətini  alçaldan,  təhqir 

edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti 

üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə 

yol verilməsi qadağandır. 

Cinayət təqibi gedişində heç kəs: 

1)

 

insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; 



2)

 

insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; 



3)

 

ləyaqəti  alçaldan  prossesual  hərəkətlərin  keçirilməsində  iştiraka 



məcbur edilə bilməz. 

Beləliklə,  həm  Konstitusiyanın  46-cı  maddəsində  və  həm  də 

Cinayət-Prossesual  Məcəllənin  13-cü  maddəsində  cinayət  mühakimə 

icraatında  şəxsin  şərəf  və  ləyaqətinə  hörmət  edilməsi  prinsipinin 

həyatda real qorunmasına ciddi təminat verilir. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə