Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə29/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   25   26   27   28   29   30   31   32   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Tapşırıq 4. Qrup üç kiçik qrupa bölünür. İşçi vərəqləri paylanır. Təsvir olunan situasiyanı təhlil edərək I qrupa “Tərbiyəçinin şəxsiyyət nüfuzu”na, II qrupa “Tərbiyəçinin vəzifə nüfu­zu”na, III qrupa “Tərbiyəçinin peşə nüfuzu”na qiymət vermək tapşırığı verilir.
Situasiya. Zəng vuruldu, gənc ədəbiyyat Tərbiyəçii IX sinfə daxil oldu. Uşaqlər bir nəfər kimi ayağa duraraq Tərbiyəçii sa­lam­ladılar. Tərbiyəçi həmişəki kimi xoş əhval-ruhiyyə ilə dər­sə başladı. Dərsdə uşaqlərin stimullaşdırılması və onlarda təlim motivlərinin yaradılması üçün Tərbiyəçi öyrədəcəyi mövzu ilə bağlı evrestik müsahibə apardı, problem situasiya yaratdı və uşaqlərin diqqətini tədqiqat sualına yönəltdi. Dərsdə uşaqlər fəallıq göstərir, qarşıya çıxan sualları, problemləri həll etməyə çalışırdılar. Hamı, hətta yaxşı oxumayan uşaqlər də dərsdə fəal idilər. Nə kiməsə irad tutulur, “2” qiymətlə qorxudulur, nə də – “Sən düz demirsən!” – ifadəsi eşidilirdi. Tərbiyəçi hamını dinləyir, onların cavabına yoldaşlarının münasibət göstərmə­lə­rinə şərait yaradır, düzgün cavablara özünün müsbət reaksiyası ilə münasibət bildirirdi. Qrupilə pedaqoji əməkdaşlıq yüksək səviyyədə nəzərə çarpırdı. Yeri gəldikcə uşaqlərə “oğlum”, “qızım”, – deyə müraciət edir, “əhsən”, “doğrudur”, “başqa ne­cə demək olar?”, “bir az da dəqiqləşdir” və s. kimi ifadələrlə on­ları stimullaşdırırdı. Tərbiyəçinin öz peşəsinə, ixtisasına və uşaq­lara məhəbbəti aydın hiss olunur, fənnin və onu tədris edə bilmə metodikasını dərindən bildiyi görünürdü.
Məşğələ sona çatır, uşaqlərin üzlərində təbəssüm görünür. Onların əksəriyyətinin biliyi yüksək qiymətləndirilir...
Hər bir qrupa öz işini təqdim etmək tapşırılır. Təqdimatdan sonra hər 3 qrupa aşağıdakı sualları cavablandırmaq tapşırılır:

  • Qeyd etdiyimiz xüsusiyyətlər Tərbiyəçinin nüfuzuna necə təsir göstərə bilər?

  • Tərbiyəçinin şəxsiyyət nüfuzu ilə peşə nüfuzunun birliyi vəzifə nüfuzunun yüksəldilməsində əsas, başlıca amil ola bilərmi?

  • Tərbiyəçinin vəzifə nüfuzunun yüksəlidilməsi onun şəx­siy­yət və peşə nüfuzunun yüksəldilməsini təmin edə bilərmi?




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə