Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


III. Səsli nəfəsalmanın inkişaf etdirilməsi üzrə tapşırıq­ların yerinə yetirilməsi



Yüklə 0,55 Mb.
səhifə36/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   32   33   34   35   36   37   38   39   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

III. Səsli nəfəsalmanın inkişaf etdirilməsi üzrə tapşırıq­ların yerinə yetirilməsi.
Tapşırıq 1. C.Cabbarlının “Ana” şeiri və C.Məmmədqu­luzadənin “Qurbanəli bəy” hekayəsindən bir parçanın ifadəli oxunması zamanı nəfəsin düzgün alınıb-verilməsi (tənzim­lənməsi).
Tapşırıq 2. Aşağıdakı yanıltmaclarda vurğunu, intonasi­ya­nı, nitqin sürətini və başlıca fikri aydın ifadə edin.
1. Bu mis nə pis mis imiş, bu mis kaşan mis imiş.
2. Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qır­qovul.
3. Getdim, gördüm bir dərədə yeddi qara qaşqa, təpəl, şəkil keçi var. Dedim:
– Ay yeddi qara qaşqa, təpəl, səkil keçi, mənim yeddi qara qaşqa, təpəl, səkil keçimi gördünmü?
Dedi:
Sənin o yeddi qara qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin balasıdır.
Məsləhət görülən ədəbiyyat

  1. Abdullayev A. Tərbiyəçinin nitq mədəniyyəti haqqında. Bakı: 1966.

  2. Abdullayev A. Nitq mədəniyyəti və natiqlik məharəti haqqında. Bakı: 1968.

  3. Əliyev H. Pedaqoji ustalığın əsasları (məşğələ vəsaiti). Bakı: ADPU, 1999.

  4. Muradov B., Bayramov H. Nitq mədəniyyətindən mü­ha­zirələr. Bakı: ABU, 2006.


Mövzu № 8. Tərbiyəçinin müasir pedaqoji texnika və texnologiyalardan istifadə bacarıqları
Əgər başmaqçı pis usta olsa, dövlət on­dan o qədər də zərər çəkməz – xalq yalnız pis ayaqqabı geyinər. Əgər tərbiyəçi öz vəzifəsini pis yerinə yetirsə, ölkədə cahil və yaramaz adamlar meydana çıxar”.
Platon
Tərbiyəçinin qarşısında müxtəlif xarakterli və məzmunlu pedaqoji vəzifələr durur. Bu vəzifələrin müvəffəqiyətlə həll edilməsi üçün onun yol və vasitələrinin, tərzlərinin Tərbiyəçi tərə­findən düzgün seçilməsi və tətbiq olunması mühümdür. Bunun üçün Tərbiyəçinin pedaqoji texnikaya yiyələnməsi olduq­ca vacibdir.
Pedaqoji texnika – Tərbiyəçinin müxtəlif pedaqoji vəzifələri həll etməsinin mühüm və incə aləti olub, onun fəaliyyətinin məz­munu və ahəngdarlığını təmin edən üsulların məcmusudur. Pedaqoji texnikada ünsiyyət texnologiyası və Tərbiyəçinin nitqi mühüm tərbiyə vasitəsi kimi əhəmiyyətli rol oynayır.
Pedaqoji ədəbiyyatlarda pedaqoji texnikanın bir çox kom­po­nentlərdən ibarət olduğu göstərilir və bunlar iki qrupa ayrılır.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə