Birinci qayda. Hər şeydən əvvəl, münaqişəli situasiyaları aradan qaldıra bilmək və emosional gərginliyi götürmə bacarıqlarına yiyələnməlidir. Bunun üçün Tərbiyəçi yüksək mədəniyyətə, o cümlədən pedaqoji etikaya malik olmalı, münaqişənin mahiyyətini dərk edərək qısa vaxtda onu aradan qaldırmalıdır.
İkinci qayda. Özünün davranışı ilə qarşısındakı şəxsə (uşaqə, həmkarına) təsir göstərmək üçün Tərbiyəçi inandırıcı və təsirli arqumentlə, həmçinin yüksək mədəniyyəti ilə qarşısındakı şəxsə təsir göstərmək qabiliyyətinə malik olmalıdır. Mü-naqişəli situasiyalarda təmkinlilik göstərməli və bu hərəkəti ilə qarşısındakı şəxsə təsir etməlidir.
Üçüncü qayda. Həmsöhbətin davranış motivlərini başa düşməyə cəhd etmək. Tərbiyəçi münaqişəli situasiyalarda münaqişəni yaradan səbəbləri və münaqişə tərəfinin məqsədini, motivlərini başa düşməyə çalışmalıdır. Niyə, nə üçün münaqişə yarandığını və qarşı tərəfin nə məqsədlə, hansı motivlə buna səbəb olduğunu dərk etməlidir.
Dördüncü qayda. Qərar qəbulunda özünün mövqeyinə inamı möhkəmləndirməli. Tərbiyəçi son qərarı verərkən bu qərara möhkəm inam bəsləməli və onun qəbuluna çalışmalıdır.
Tərbiyəçi nüfuzu
“Hazır əqidəni nə lütfkar tanışlardan soruşmaq, nə də kitab köşkündən almaq olmaz. Əqidə hökmən hər kəsin öz beynində şəxsi düşüncə və fəaliyyəti prosesində yaranmalıdır”.
D.İ.Pisarev
Pedaqoji prosesdə mühüm tərbiyəvi təsirə malik olan amillərdən biri də Tərbiyəçi nüfuzudur. Tərbiyəçi nüfuzu uşaqlərin tərbiyəsində həmişə mühüm amil olmuş, olaraq da qalır.
Tərbiyəçi nüfuzu birdən-birə qazanılmır. Onun formalaşması bir çox amillərlə şərtlənir. Görkəmli pedaqoq A.S.Makarenko bu münasibətlə yazırdı ki, nüfuzun mənası bundan ibarətdir ki, o heç bir sübut tələb etmir, yaşlı adamın şəksiz ləyaqəti kimi, uşaq gözü ilə tez görünən qüdrəti və qiyməti kimi qəbul olunur. Bu sözlər eynilə Tərbiyəçi nüfuzuna da aiddir.
Tərbiyəçinin nüfuzu böyük tərbiyəvi gücə malikdir. Hələ XIX əsrdə böyük rus pedaqoqu K.D.Uşinski yazırdı ki, “Tərbiyəçinin şəxsiyyətinin cavan ruha olan təsiri elə bir tərbiyə qüvvəsidir ki, onu nə məşğələ kitabları ilə, nə əxlaqi nəsihətlərlə və nə də cəza, mükafat sistemi ilə əvəz etmək olar. Əlbəttə, müəssisənin ruhunun da böyük əhmiyyəti vardır, lakin bu ruh kağızlar üzərində yaşamır, əksinə Tərbiyəçilərin əksəriyyətinin səciyyəsində yaşayır və oradan da tərbiyə edənlərin səciyyəsinə keçir”.
Tərbiyəçi nüfuzu yalnız peşə nüfuzu kimi dərk edilsə də o, özündə şəxsiyyət nüfuzu və vəzifə nüfuzu mahiyyətini də daşıyır. Çünki peşə nüfuzu o zaman həqiqi rolunu oynamış olur ki, onda şəxsiyyət nüfuzu ilə vəzifə nüfuzu birləşmiş olsun. Məhz bu üçlüyün sintezi Tərbiyəçi nüfuzunun həqiqi tərbiyəvi təsirini özündə əks etdirə bilir. “Şəxsiyyət nüfuzu şəxsiyyətin həyata baxışı, onu dərki, inamı, dünyagörüşü bazasında əmələ gəlir. Bunun əsasında həyat mövqeyi və şəxsiyyətin inkişafı təmin olunur”.
Dostları ilə paylaş: |