Təlim prosesinin idarə olunması. MTM-də (məktəbəqədər təhsil müəssisələrində) təlim prosesinin idarə olunması əvvəlcədən planlaşdırılmış nəticələrə (məqsədə) nail olunmaq üçünidarə edənin və idarə olunanların məqsədyönlü qarşılıqlı təsiri, bütövlükdə idarə olunan obyektin optimal inkişafının təmin edilməsinə, formalaşmasına və sabitləşməsinə istiqamətlənən məqsədyönlü fəaliyyətdir. Bu məqsədə nail olmaq üçün idarəetmə fəaliyyəti təlim prosesinin mövcud vəziyyəti ilə tələb olunan vəziyyəti arasında uyğunsuzluğun aradan qaldırılmasına istiqamətlənməlidir. MTM-də təlim prosesinin idarə olunmasının mahiyyəti müəssisə rəhbərinin və tərbiyəçi-müəllimin bu prosesin nizamlı tamlığını və bütün idarəetmə sistemini keyfiyyətcə yeni məhələyə qaldırılmasını təmin edən məqsədyönlü fəaliyyətindən ibarətdir.
Təlim prosesinin idarə olunması dinamik mexanizm olaraq bütün subyektlərin qarşılıqlı təsir, prinsip, funksiya və metodların reallaşması əsasında və demokratik stilli idarəetmə ilə səmərəli təşkil olunur. Müasir dövrdə MTM –də tərbiyəçi-müəllimin təlim prosesini idarə etməsi sistem yaradan idarəetmə modeli prinsipləri: humanistləşdirmə, inteqrasiya, psixoloji iqlimin nəzərə alınması, differensiasiya, fərdiləşmə və komplekslilik əsasında həyata keçir. Təlim prosesinin idarə olunması özündə fəaliyyətyönlü prosesi ehtiva edir və eyni zamanda həm tərbiyəçi- müəllimin, həm uşağın, həm də təlim prosesinin idarə edilməsinin təkmilləşdirməsinə istiqamətləndirir.
Mövzu № 6. Tərbiyəçinin pedaqoji ustalığı və peşə səriştəliliyi
“Bizə kim məşğələ deyirsə ona Tərbiyəçi deyirik, fəqət hər məşğələ aparan adam Tərbiyəçilik ləyaqətini doğrulda bilmir”.
V.A.Höte
Pedaqoji prosesdə Tərbiyəçinin müvəffəqiyyətinin başlıca amillərindən biri də onun uşaqlərlə düzgün və müsbət emosional zəmin üzərində qurulmuş səmimi qarşılıqlı münasibətdə olmasıdır. Bu da birbaşa Tərbiyəçinin pedaqoji etikası ilə bağlıdır.
Tərbiyəçinin pedaqoji etikası Tərbiyəçi-uşaq münasibətinin və pedaqoji əməkdaşlığın yaradılmasında çox mühüm vasitələrdən biridir. Pedaqoji etika ünsiyyətin müsbət emosiyalar üzərində qurulmasında və uşaqlərlə psixoloji əlaqələr yaradılmasında mühüm rol oynayır.
Pedaqoji etikanın incəliklərinə yiyələnən Tərbiyəçi həm də ünsiyyətin demokratik tərzinə yiyələnmiş olur. Pedaqoji etikaya aid biliklər uşaqlərlə ünsiyyətdə münaqişədən qaçmaqda və ikitərəfli qarşılıqlı münasibətlərin formalaşmasında Tərbiyəçiə yaxından kömək edir.
Tərbiyəçinin şəxsiyyəti, eyni zamanda onun pedaqoji nəzakəti, hərəkət və davranışında qəbul olunmuş ölçünü, ədəb qaydalarını gözləməsi təlim-tərbiyə işində həmişə mühüm amil olmuş və olaraq da qalır. Bu baxımdan Tərbiyəçinin pedaqoji etikası onun pedaqoji əməyinin səviyyəsi və nəticəsinin yüksək olmasında mühüm amillərdən birinə çevrilir.
Bəs pedaqoji etika nədir, onu necə başa düşmək lazımdır?
Dostları ilə paylaş: |