Mövzu № 1. Tərbiyəçi peşəsi, Tərbiyəçinin cəmiyyətdə rolu və vəzifələri
“Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir”.
Ömər Faiq Nemanzadə
İslam dininin banisi, ulu peyğəmbərimiz Məhəmməd (s.ə.s.) başqalarına elm öyrətməyi dini vacibatlardan üstün tutmuş, alimin mürəkkəbinin şəhidin qanına bərabər olduğunu demişdir. Dini vacibatları müsəlmançılığın əsas əlamətləri hesab edən peyğəmbərimizin bu kəlamları olduqca dərin məna və əhəmiyyət kəsb edir. Hikmət bundadır ki, əgər dini vacibatlar yalnız onu yerinə yetirənlər üçün xeyirlidirsə, başqalarına elm öyrətmək, başqaları üçün xeyirli işlər görmək, yeni nəsli gələcəyə hazırlamaq kimi bir işlə məşğul olmaq bütün cəmiyyətə xidmət etməklə həyat sürmək və yaşamaqdır. Belə bir həyat Tərbiyəçiə məxsusdur. Tərbiyəçi dedikdə biz yalnız məşğələ aparan, sinfə girib-çıxan, bağçadə çalışan adamları düşünmürük. Bu kəlam göz önünə müdrik, həyatı dərindən bilən, gözəl mənəviyyata və əqidəyə malik, “el içində pak oturub, pak duran” (Aşıq Ələsgər), yaşından asılı olmayaraq ağsaqqal, gəncliyə nümunə ola bilən kamil bir insan gətirir. Məhz buna görədir ki, xalqımız həmişə Tərbiyəçi adını hörmətlə tutmuş, ona dərin məhəbbət və ehtiram bəsləmişdir. Hörmətli, nəcabətli adamlara “Tərbiyəçi” deyə müraciət etmiş və bu gün də edirlər.
Özünün bir çox çıxışlarında Tərbiyəçiə, onun əməyinə dərin hörmətini ifadə edən xalqımızın ümummilli lideri H.Ə.Əliyev demişdir: “Tərbiyəçi adı dünyada ən yüksək addır. Şəxsən mən yer üzündə Tərbiyəçidən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə çatdıran bağçadir, bağçadə təhsil verən Tərbiyəçidir”.
Bu kəlamlar Tərbiyəçiə verilən böyük qiymətdir, onun həqiqi və halal qiymətidir.
Saraya gecikənlərin heç birini əfv etməyən Əmir Teymurun vəziri bir gün gecikir. Teymur qəzəbləndikdə vəzir deyir ki, şah sağ olsun, mən gələndə gördüm ki, tərbiyəçi qabaqda yolla gedir. Arxamın ona tərəf düşməməsi üçün onu ötüb, keçə bilmədiyimdən gecikdim. Teymur vəzirinin bu hərəkətinə görə onu bağışlayır. Çünki o, özü də Tərbiyəçiə böyük hörmət bəsləyirdi. Elə bu hörmətin nəticəsi idi ki, vəsiyyət etmişdir ki, öləndə onu Tərbiyəçininin qəbri üstündə tikdirdiyi məqbərədə, onun ayaq tərəfində dəfn etsinlər.
Tərbiyəçi öyrədəndir, tərbiyə edəndir. Buna görə də gələcək cəmiyyətin necəliyi də çox vaxt Tərbiyəçidən asılı olur. Doğru deyilmişdir ki, bağçai, Tərbiyəçiləri güclü olan xalq və millət güclü olar.
Tərbiyəçi- müəllim bu gün yaşayır və fəaliyyət göstərir. Ancaq onun fəaliyyəti gələcəyə doğru yönəlmiş fəaliyyət olur. O, bugünkü işi ilə gələcəyi qurur, gələcək cəmiyyəti hazırlayır. Bu baxımdan, onun əməyi, işi xalq üçün, onun gələcəyi üçün sərf olunan şərəfli əməkdir.
Tərbiyəçi əməyini başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəkli və lazımlı hesab edən ümummilli liderimiz H.Əliyev Azərbaycan Tərbiyəçilərinin XI qurultayına təbrik məktubunda (24 sentyabr 1998-ci il) demişdir: “Bu gün ölkəmizin qarşısında duran problemlərin həllində Tərbiyəçilərin fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Tərbiyəçininin bir məqsədi, bir amalı olmalıdır: Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən, sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək”.
Tərbiyəçinin cəmiyyətdə böyük rolu vardır. O, gənc nəsli həyata hazırlayır, onlara elmlərin əsaslarını öyrədir, bir sıra zəruri keyfiyyətlər aşılayır və onlarda dünyagörüş formalaşdırır. Buna görə də Tərbiyəçi peşəsi həm də məsuliyyətli peşədir. Bu əməkdə məsuliyyətsizlik, laqeydlik və səriştəsizlik cəmiyyətdə elə deformasiyalara səbəb olur ki, sonradan onları heç nə ilə düzəltmək mümkün olmur.
Qədim Roma pedaqoqu M.F.Kvintilian Tərbiyəçii yüksək təhsilli, təmkinli, nümunəvi şəxs hesab etmişdir. O yazırdı ki, Tərbiyəçi uşaqları sevməli, onları diqqətlə öyrənməli, mükafat və cəzanı tətbiq etməyi bacarmalıdır. Tərbiyədə nümunəyə böyük qiymət verən Kvintilian uşaqları pis yoldaşların təsirindən uzaqlaşdırmağı lazım bilirdi. Dahi Azərbaycan şairi, böyük mütəfəkkir N.Gəncəvi təlim-tərbiyə işində Tərbiyəçinin roluna xüsusi əhəmiyyət vermiş və Tərbiyəçii geniş bilikli, saf əxlaqlı bir şəxsiyyət kimi təsvir etmişdir. Görkəmli şair M.Füzuliyə görə insanın tərbiyəsi ilə ən təcrübəli adamlar məşğul olmalıdırlar.
Dahi çex padaqoqu Y.A.Komenski Tərbiyəçii gah fəal heykəltaraş ilə, gah “ağıl zülmətini dağıtmağa, bütün fikirlər və əməllər üzərinə işıq saçmağa ehtirasla can atan saf və sədaqətli maarif xadimi” ilə, gah hər gün göyü hər tərəfdən işıqlandıran günəşlə, gah da böyük axar çayla müqayisə edir, bağçai insanlıq emalatxanası, Tərbiyəçii isə kamil ustad adlandırırdı. Komenski yazırdı: “Tərbiyəçi əməkdə və geyimdə sadəliyin, fəaliyyətdə gümrahlıq və əməksevərliyin, davranışda təvazökarlıq və gözəl əxlaqın, nitqdə danışmaq və susmaq sənətinin nümunəsi, ictimai həyatda ağıllılığın örnəyi olmalıdır”. Görkəmli alman pedaqoqu A.Disterveq deyirdi ki, yaxşı məşğələ aparan Tərbiyəçi, yaxşı da tərbiyə edir. O, Tərbiyəçii bütün maşını hərəkətə gətirən qüvvənin mənbəyi hesab edir və deyirdi ki, Tərbiyəçi bu maşına can və hərəkət verməyi bacarmalıdır.
Tərbiyəçi cəmiyyətdə ən inanılmış, etibar edilmiş şəxsdir. Cəmiyyət Tərbiyəçiə inanır və ona etibar edir. Böyük rus pedaqoqu K.D.Uşinski yazırdı: “Əgər biz həkimlərə öz sağlamlığımızı etibar ediriksə, Tərbiyəçilərə uşaqlarımızın əxlaqını, ağlını, ruhunu və bütün bunlarla bərabər öz vətənimizin gələcəyini etibar edirik”.
Tərbiyəçi bu etibarı özünün biliyi, dünyagörüşü, mənəviyyatı, öyrədə bilmək bacarığı, erudisiyası və pedaqoji ustalığı ilə doğrultmalı, cəmiyyət üçün layiqli vətəndaşlar hazırlamalıdır.
Pedaqoji fəaliyyət bəşər mədəniyyətinin ixtisaslı mütəxəssislər tərəfindən kiçik nəslə öyrədilməsinə istiqamətlənən fəaliyyətdir. Tərbiyəçi bu prosesdə özünün dərin biliyi ilə uşaqlərinə elmə yiyələnməyin yollarını öyrədir, onları gələcək həyata hazırlayır. Buna görə də pedaqoji fəaliyyət uşaqların hər birinin intellektual, mənəvi və fiziki inkişafı, cəmiyyətdə fəal həyat mövqeyi tutmağa hazırlanmasını nəzərdə tutur. Bu işdə Tərbiyəçilərin üzərinə böyük vəzifələr düşür.
Pedaqoji fəaliyyət məqsədyönlü fəaliyyətdir. Onun məqsədi gənc nəsli elmlərin əsasları ilə silahlandırmaq, onlarda dünyagörüş formalaşdırmaq, milli və ümumbəşəri dəyərlər tərbiyə etməkdir. Bu strateji məqsədə təlim, tərbiyə və təhsilin müxtəlif istiqamətləri üzrə konkretləşdirilmiş vəzifələrin həyata keçirilməsi ilə nail olunur.
Pedaqoji fəaliyyətin mərkəzində uşaq şəxsiyyətinin formalaşması dayanır. Bu məqsədə nail olmaq üçün həm tərbiyə olunanların fəaliyyəti (fəallığı, motivləri, münasibətləri və s.), həm də tərbiyəçilərin xüsusiyyətləri (peşəkarlığı, həvəsi, məsuliyyəti və s.) əsaslı rol oynayır.
Pedaqoji fəaliyyətdə az əhəmiyyət kəsb etməyən məsələlərdən biri bu fəaliyyətin məqsəd və məzmunu arasında vahidliyin təmin olunmasıdır. Bu təminat məqsəddən nəticəyə kimi böyük bir yolun–prosesin bir-biri ilə elə əlaqəsini, bağlılığını tələb edir ki, burada həll edilən bütün vəzifələr məhz məqsədin reallaşmasına xidmət etmiş olsun. Təbii ki, belə bir məqsəd böyüyən nəslin savadlı, elmli, geniş dünyagörüşlü, saf əqidəyə malik, yaradıcı düşünə və fəaliyyət göstərə bilən vətəndaşlar kimi tərbiyə edilməsindən ibarətdir. Belə bir ali məqsədin reallaşması isə Tərbiyəçidən dərin bilik, öyrətmə bacarığı, yeni pedaqoji təfəkkür tələb edir.
Tərbiyəçilik fəaliyyəti təlim-tərbiyə məqsədilə bir şəxs tərəfindən başqasına (adamlar qrupuna) edilən pedaqoji təsirdir. Bu təsirin güclü, nəticəyönümlü təsir olması Tərbiyəçi qarşısında pedaqoji fəaliyyətə maraq, uşaqlara məhəbbət, onlarla işləmək arzusu, uşaq kollektivini təşkil etmək bacarığı, onlara rəhbərlik bacarığı, aydın, emosional, inandırıcı nitq, tələbkarlıq, obyektivlik, doğruçuluq, ədalətlilik kimi xüsusi tələblər qoyur.
Elmi pedaqogikanın banisi Y.A.Komenski yazırdı ki, öz peşəsini, tədris etdiyi fənni sevməyən Tərbiyəçi cisimsiz kölgə, yağışsız bulud, işıqsız çıraqdır. Elmini, tədris etdiyi fənni sevən, daim çalışan Tərbiyəçi öz kökü üzərində bitən, öz şirəsi ilə bəslənən və buna görə daim artan, yaşıllaşan, çiçəklənən, bəhrə verən ağacdır. Yaxşı Tərbiyəçi uşaqlərin şüurunu başqa çaylardan axıdılan sularla deyil, bağçalinin şüurunda gizlənmiş idrak bulağını açıb, onun suyu ilə sulayır. Tərbiyəçi əməkdə və geyimdə sadəliyin, fəaliyyətdə gümrahlıq və əməksevərliyin, davranışda təvazökarlıq və gözəl əxlaqın, nitqdə danışmaq və susmaq sənətinin nümunəsi, ictimai həyatda ağıllılığın örnəyi olmalıdır.
Tərbiyəçinin peşə fəaliyyəti çoxcəhətli bir prosesdir. O, təkcə öyrətmir, həm də tərbiyə və inkişaf etdirir. Bu xüsusiyyətlər vahid istiqamətdə bir-birini tamamladıqda Tərbiyəçi üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirə bilir və yaxşı Tərbiyəçi kimi özünü göstərir. Bu cəhətdən Tərbiyəçinin qarşısında aşağıdakı bir sıra vəzifələr durur:
• uşaqləri elmlərin əsasları haqqında biliklərlə möhkəm və dərindən silahlandırmaq, onların təfəkkürünü inkişaf etdir-mək;
• uşaqlərin mənəvi inkişafının yüksək səviyyəsini təmin etmək, vətəndaş tərbiyəsinə nail olmaq;
• təhsilin və tərbiyənin metod, vasitə və formalarını daim təkmilləşdirmək;
• yenilikləri izləmək və tətbiq etmək, yaradıcılıq axtrışları aparmaq, öz üzərində daim çalışmaq və s.
Tərbiyəçi ziyalı–işıqlı şəxsiyyət olmalıdır. O, öz ixtisasını yaxşı bilir və onu yaxşı öyrədirsə, lakin cəmiyyətin siyasi, sosial, iqtisadi həyatında fəal iştirak etmir, öz bilik ziyası ilə kimlərisə, nələrisə işıqlandıra bilmir, xalqın dərdinə biganə qalırsa, onun həllinə öz köməyini vermirsə, ziyalı adını doğrulda bilməyəcəkdir. Buna görə də o, bağça və öz ixtisas çərçivəsinə qapanıb qalmamalı, cəmiyyətin həyatında yaxından iştirak etməlidir.
Azərbaycanın görkəmli xalq yazıçısı Süleyman Rəhimov “Ecazkar dəzgah” adlı məqaləsində yazırdı: “Xalq Tərbiyəçii gərək yüksək sənətkar olsun, yamaqçı bir peşəkar olmasın. Tərbiyəçi gərək öz vəzifəsinin aşiqi olsun, yüksək qayəli vətəndaş olsun, yaradıcı sənətkar olsun. Xalq Tərbiyəçinində öz xalqına xidmət etmək qayəsi onun üçün bir ülviyyət olsun, mənəvi məbədgah olsun”.
Gələcək cəmiyyətin necəliyinin müəyyən mənada Tərbiyəçidən asılı olduğunu dərk edən hər bir Tərbiyəçi öz fəaliyyətinin xalqına, millətinə xidmət olduğunu da anlamalı və gələcək cəmiyyətin məhz onun əlləri ilə qurulacağından fərəh duymalıdır.
Dostları ilə paylaş: |