|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir
|
səhifə | 9/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiPeşənin şəxsiyyətə təsiri: Tərbiyəçi peşəsi incəsənətdir. Bu peşə onu seçənlərdən bir sıra keyfiyyətlərin olmasını tələb etməklə yanaşı, bu peşə sahibinin ümumi mədəniyyətinin formalaşmasına da ciddi təsir göstərir. Tərbiyəçi öz şəxsiyyətinin nümunəvi təsirə malik olduğunu dərk etdikdə onun öz şəxsiyyətinə qarşı tələbkarlığı da artır. Özününəzarət, özünün hərəkət və davranışına tənzimləyici münasibət onu nəcibləşdirir, yüksək mədəniyyət və ziyalılıq keyfiyyətlərinə yiyələnməyə səbəb olur.
Tərbiyəçinin öz fənnini, ixtisasını dərindən bilməsi, yüksək elmi dünyagörüşə malik olması tələbi onun əqli qabiliyyətlərinin inkişafına, dərin və geniş elmi biliklərə malik olmasına imkan yaradır.
Tərbiyəçi peşəsinə yiyələnmə həmçinin möhkəm xarakterin, əqidə və ideyalılığın da formalaşmasına mühüm təsir göstərir.
Tərbiyəçilik peşəsinə yiyələnməyin yolları: Cəmiyyət ən qiymətli kapitalı olan uşaqları Tərbiyəçiə etibar etdiyindən bu peşəyə yiyələnmək istəyənlər yüksək elmi biliyə və bir sıra keyfiyyətlərə malik olmalıdırlar. Respublikamızda Tərbiyəçilik peşəsinə yiyələnmək üçün kifayət dərəcədə geniş yollar–təhsil müəssisələri mövcuddur. Bunlar həm ali təhsil ocaqları–universitet və institutlar, həm də orta ixtisas bağçaləri–kolleclər formasında fəaliyyət göstərir. Ali pedaqoji təhsil verən universitetlərdə1 təhsil iki pillədə–bakalavr (təhsil müddəti əyani – 4 il, qiyabi – 5 il) və magistr (əyani – 2 il, qiyabi – 2 il 6 ay) pillələrində aparılır. Ali bağçalərə qəbul tam orta təhsil əsasında, test üsulu ilə müvafiq ali bağçalər üzrə müəyyən olunmuş fənlərdən qəbul imtahanları verməklə aparılır. Orta ixtisas bağçalərinə (kolleclərə) qəbul isə ümumi orta və tam orta təhsil bazaları əsasında aparılır. Təhsil müddəti müvafiq olaraq 4 və 2 ildir. Respublikamızda iki təhsil forması–əyani və qiyabi formalar mövcuddur. Yeganə meyar bilikdir.
Peşə üzrə yüksəlmək perspektivi: Tərbiyəçi peşəsi üzrə yüksəlmək imkanları çox genişdir. Bu, iki istiqamətdə mümkündür: 1) elmi yaradıcılıq yolu ilə (doktoranturaya daxil olmaq, dissertasiya müdafiə etmək və elmi adlara, dərəcələrə yiyələnmək); 2) bağçadə, təhsil şöbələrində və nazirlikdə müvafiq vəzifələrə irəli çəkilmə yolu ilə. Hər ikisi Tərbiyəçidən gərgin əmək, zəhmətsevərlik, işgüzarlıq və qabiliyyətlər tələb edir.
Dostları ilə paylaş: |
|
|