|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidirTəhsilləndirici (öyrədici) vəzifə
|
səhifə | 12/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiTəhsilləndirici (öyrədici) vəzifə – təlimin birinci və əsas funksiyası olub, tədris proqramının tələbləri baxımından uşaqlərin bilik, bacarıq və vərdişlərlə silahlandırılması məqsədi daşıyır.
Bilik – elmin təbiət, cəmiyyət və təfəkkürə aid fakt, məlumat, anlayış, qanun, qayda, nəzəriyyələrinin anlanılmasına, hafizədə saxlanılmasına və yenidən təsvirinə deyilir. Bu funksiyanın həyata keçirilməsi biliklərin tamlığını, sistemliliyini və dərk edilməsini təmin edir. Bu funksiya həmçinin onu nəzərdə tutur ki, təlim təkcə biliklərin alınmasına deyil, həm də bacarıq və vərdişlərin formalaşmasına yönəldilməlidir.
Bacarıq – biliklərə əsaslanaraq hər hansı əməliyyatları yerinə yetirmək qabiliyyətinə deyilir. Bacarıq elə bir fəaliyyətdir ki, burada əqli və praktik fəaliyyət uzlaşdırılaraq aydın dərk olunmuş məqsədə doğru yönəldilir. Bacarıqlar qarşıya qoyulmuş vəzifə və şəraitlə əlaqədar olaraq mənimsənilmiş biliklər əsasında uşaqlər tərəfindən yerinə yetirilən kompleks təsirlər kimi özünü göstərir.
Vərdiş – şüurlu fəaliyyətin avtomatlaşdırılmış komponentinə deyilir. Bu, elə bir fəaliyyətdir ki, dəfələrlə təkrar etmək sayəsində səhvsiz və dürüst yerinə yetirilir. Bacarıq və vərdişlər ümumiyə və xüsusiyə bölünür. Xüsusi bacarıq və vərdişlərə müvafiq tədris fənni üçün spesifik olan praktik bacarıq və vərdişlər daxildir. Məsələn: fizika və kimyadan laborator təcrübələrin aparılması, coğrafiyadan xəritə ilə iş, riyaziyyatdan loqarifmik xətkeşlə, kompyuterlə iş və s.
Xüsusi bacarıq və vərdişlərdən başqa, uşaqlər bütün fənlərə aid olan ümumi bacarıq və vərdişləri də mənimsəyirlər. Məsələn: oxu və yazı vərdişi, dərsliklərlə işləmək bacarığı və s.
Tərbiyələndirici vəzifə – əsasən, uşaqlərin dünyagörüşünün, insan şəxsiyyəti üçün zəruri olan bir sıra mənəvi keyfiyyətlərin və münasibətlərin formalaşdırılması xarakteri daşıyır. Təlimin tərbiyəedici vəzifəsi bu sosial prosesin təbiətindən irəli gəlir.Təlim prosesində uşaqlərin baxışları, elmi dünyagörüşü, əxlaqi və estetik təsəvvürləri, həmçinin şəxsiyyətin tələbatları, fəaliyyət motivləri, dəyərləri formalaşır.
Dərsdə tərbiyələndirici vəzifənin yerinə yetirilməsi, əsasən, uşaqlərin dünyagörüşünün, insan şəxsiyyəti üçün zəruri olan bir sıra mənəvi keyfiyyətlərin və münasibətlərin formalaşdırılması xarakteri daşıyır. Bu vəzifə hər bir dövrdə, şəraitdə özünü göstərən obyektiv qanunayuyğunluqdur və təlimin mahiyyətindən irəli gəlir. Təlim həm də tərbiyə etməlidir. Bu baxımdan təlimin tərbiyəedici vəzifəsi Tərbiyəçilərin qarşısında duran çox mühüm vəzifədir. Tərbiyəçi bu vəzifənin reallaşmasına nail olmalıdır.
Bağçadə öyrədilən elmi biliklər uşaqlərin dünyagörüşü üçün əsasdır.
Təlimin tərbiyələndirici vəzifəsinin başlıca əhəmiyyəti bundan ibarətdir ki, Tərbiyəçi məşğələ zamanı təlim prosesinin gedişindən asılı olmayaraq materialın məzmununda olan tərbiyəvi ünsürləri, mənaları üzə çıxarır və onları uşaqlərin şüuruna çatdırır. Mənəvi şüuru formalaşdırmaqla onlarda müəyyən müsbət keyfiyyətlərin tərbiyə olunmasına zəmin yaradır.
Lakin bir məsələni unutmaq olmaz ki, təlim öz-özünə şəxsiyyətə müsbət təsir göstərə bilmir. Bu məsələ materialın məzmunundan və Tərbiyəçinin onu necə tədris etməsindən çox asılıdır. Buna görə də hər bir Tərbiyəçi keçdiyi mövzunun tərbiyəvi məqsədini aydın dərk etməli, mövzunun tərbiyəvi imkanlarını müəyyənləşdirməli və dərsin gedişində onu reallaşdırmağı bacarmalıdır.
Ümumtəhsil bağçalərində tədris fənlərinin xarakteri elədir ki, hər bir dərsin özündə tərbiyəvi ünsürlər vardır. Lakin görkəmli rus pedaqoqu N.İ.Piroqovun belə bir fikrini yaddan çıxarmaq olmaz ki, bu ünsür çox zaman dərində olur və bəzən səthi, müşahidəçi üçün görünməz qalır. Bundan istifadə etməyən Tərbiyəçi isə K.D.Uşinskinin dediyi kimi “Uşaqlar üzərində ən başlıca və gerçək təsir vasitələrini itirmiş olur”.
Təlimin tərbiyələndirici vəzifəsinin reallaşdırılmasında Tərbiyəçinin üzərinə böyük vəzifələr düşür. Hər bir Tərbiyəçi mövzunu planlaşdırarkən onun təhsilləndirici vəzifəsi ilə yanaşı, tərbiyələndirici vəzifəsini də nəzərə almalı, özünün biliyindən, dünyagörüşündən istifadə etməklə, həmin tərbiyəvi imkanları üzə çıxarmağı bacarmalı, uşaqlərdə yüksək mənəvi keyfiyyətlər aşılamağa çalışmalıdır. Bu həmçinin Tərbiyəçinin nüfuz və pedaqoji ustalığından da çox asılıdır. Belə ki, Tərbiyəçinin əqidəsi, mərifəti uşaqlara daha çox müsbət təsir göstərir. Bu nümunə təlimin tərbiyələndirici vəzifəsinin reallaşdırılmasına müsbət təsir göstərir. Görkəmli rus yazıçısı və pedaqoqu L.N.Tolstoy qeyd edirdi ki, əgər uşaqləri elmlə tərbiyə etmək istəyirsənsə, öz elmini sev və onu yaxşı bil. Belə olsa, uşaqlər səni sevərlər, sən də onları tərbiyə edərsən: yox, əgər sən onları özün sevmirsənsə, uşaqlərini öyrənməyə nə qədər məcbur etsən də, sənin verdiyin elm onlara tərbiyəvi təsir göstərməyəcəkdir. Bu fikri inkişaf etdirən V.A.Suxomlinski yazırdı: “Pedaqoji işinin ustası öz elminin əlifbasını o qədər gözəl bilməlidir ki, məşğələ zamanı materialın öyrənilməsinin gedişində diqqət mərkəzində öyrənilənin məzmunu yox, uşaqlər, onların zehni əməyi, təfəkkürü, əqli əməyinin çətinlikləri durmalıdır”.
Hər bir Tərbiyəçi dərsliklərə olan materialın tərbiyəvi məzmununu üzə çıxarmaqla ibtidai qruplərdən başlamış orta bağçain sonuna kimi bu materialların tərbiyəvi fonda tədrisinə nail olmalıdır. Yəni təlim prosesində uşaqlərin tərbiyə olunmasına da çalışmalıdır. Bu baxımdan bağçadə tədris olunan bütün fənlər geniş imkanlara malikdir. Təlimin məzmunu tərbiyəetmə imkanlarına malikdir. Bütün tədris fənlərinin bu və ya digər səviyyədə tərbiyəedici potensialı vardır. Şəxsi keyfiyyətlərin formalaşmasında humanitar və sosial-iqtisadi fənlər daha böyük imkanlara malikdir. Təbiət fənlərinin isə məzmunu dünyagörüşün formalaşmasında, şüurda dünyanın vahid mənzərəsinin yaranmasında və s. mühüm rol oynayır.
Təbiət təmayüllü fənlər uşaqlərə yurdumuzun fauna və florası haqqında bilik verməklə yanaşı, onları sevmək, qorumaq, vətənpərvərlik kimi hisslərin tərbiyə olunmasına, musiqi, təsviri incəsənət kimi fənlər uşaqlərdə bədii, estetik qabiliyyətlərin inkişafına səbəb olur.
Təlimin tərbiyələndirici vəzifəsinin qarşısında duran başlıca məsələlərdən biri uşaqlərdə dünyagörüşün formalaşdırılmasıdır. Dünyagörüş tərbiyə edildikcə tərbiyənin digər komponentləri də bu zəmində aşılanır. Uşaqlərdə təbiət və cəmiyyət haqqında aydın, əsaslı baxış və münasibətlər yaranır, əxlaqi, etik, estetik hisslər, vətəndaşlıq, vətənpərvərlik kimi insani keyfiyyətlər tərbiyə edilir.
Təlimin tərbiyələndirici xarakter daşıması və təlim prosesində yüksək tərbiyəvi nəticələr əldə etmək o qədəq də asan məsələ deyildir. Bu baxımdan ona nail olmaq üçün təlim prosesində təhsilləndirici və tərbiyələndirici funksiyaların vəhdətinə nail olmaq lazım gəlir. Bu da Tərbiyəçidən geniş bilik və erudisiya, hərtərəfli hazırlıq tələb edir.
Təlimin tərbiyələndirici vəzifəsinin həyata keçirilməsi təlim üsullarının düzgün seçilməsi ilə sıx bağlıdır. Nəzərə almaq lazımdır ki, mövzuya, onun mahiyyətinə, məqsəd və vəzifələrinə müvafiq üsulların düzgün seçilməsi təlimin tərbiyələndirici vəzifəsinin səmərəliliyini artırır, onu daha da intensivləşdirir. Eyni zamanda əlverişli təlim şəraitinin yaradılması və dərsin emosional fonda keçilməsi də burada mühüm təsir imkanları yaradır.
Şəxsiyyətyönümlü təhsilə nail olunması təlimin tərbiyələndirici vəzifəsinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün əsas baza rolunu oynayır. Şəxsiyyətyönümlü təhsil pedaqoji prosesin əsas sərvəti olan uşaqə yönəlmiş təhsildir. O, uşaqin mövcud biliyinə, təcrübəsinə arxalanmaqla onun şəxsi keyfiyyətlərinin formalaşması və üzə çıxarılması üçün şərait yaradır, təfəkkürün inkişafına, yaradıcı, fəal, təşəbbüskar şəxsiyyətin təşəkkül tapmasına səbəb olur. Belə təhsil uşaqlərin idrakı və mənəvi tələbatlarını təmin edir, onların özünütəhsil, özünütərbiyə və özünüinkişaf bacarıqlarını stimullaşdırır. Buna görə də hər bir Tərbiyəçi təlim prosesinin mərkəzinə uşaq şəxsiyyətinin gətirilməsinə nail olmağı bacarmalı, başlıca məqsədin təlim materialının məzmununun uşaqlər tərəfindən sadəcə mənimsənilməsi yox, bunların şəxsiyyətə yönəlişliyinin, onlarda zəruri keyfiyyətlərin tərbiyə edilməsinin təmin olunması olduğunu unutmamalıdır. Tərbiyəçi təlimin şəxsiyyətə yönəlişliyinin təmin olunmasının sükançısına çevrilməli, bütün pedaqoji prosesin mərkəzində uşaq şəxsiyyətinin formalaşdırılması olduğunu bilməlidir.
Dostları ilə paylaş: |
|
|