|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidirMövzu № 5. Məşğələ pedaqoji prosesin əsası kimi
|
səhifə | 11/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiMövzu № 5. Məşğələ pedaqoji prosesin əsası kimi
Məşğələ – təlim və tərbiyənin əsas təşkili forması kimi bağçain bütün fəaliyyətinin mərkəzində dayanır. O, bütün pedaqoji prosesi zəncir kimi bir-birinə bağlayaraq Tərbiyəçinin yaradıcılığının başlıca aləti kimi özünü göstərir. Tərbiyəçinin bütün biliyi, bacarığı, qabiliyyəti, yaradıcı fəaliyyəti məhz məşğələ prosesində reallaşır və özünü göstərir.
Hər bir məşğələ özünün məzmunu, məqsədi və xarakteri ilə uşaq şəxsiyyətinin formalaşmasında müəyyən yer tutur. Məşğələ öyrədir, tərbiyə edir, inkişaf etdirir.
Məşğələ Tərbiyəçinin yaradıcılığıdır. Müasir, yeni dövrün tələblərinə cavab verən məşğələ müstəqil və məsuliyyətli bir iş kimi Tərbiyəçinin pedaqoji ustalığına əsaslanır. Pedaqoji ustalığa gedən yol isə olduqca gərgin iş, yeni pedaqoji təfəkkür, yeniliyə meyil etmə, təlim prosesinə novator yanaşma tərzi tələb edir. “Pedaqoji innovasiya” adı ilə pedaqogikaya daxil olan yeniliklər pedaqoji prosesin gedişini və nəticəsini yaxşılaşdırmaq, keyfiyyətini yüksəltmək məqsədilə həyata keçirilən yenilik kimi bağçain və Tərbiyəçilərin qarşısında durur.
Uşaqlərin mücərrəd təfəkkürünü, mühakimə qabiliyyətini, düşüncəsini inkişaf etdirməkdənsə, onları daha çox informasiyalarla tanış etməyə, lazım olmayan, ikinci dərəcəli materiallarla yükləməyə məcbur edən, hafizə və yaddaşa əsaslanan təlimdən fərqli olaraq, uşaqlərin məntiqi, yaradıcı və tənqidi təfəkkürünün bir-biri ilə qarşılıqlı əlaqələndirilməsinə yönəldilən müasir təlim metodlarından istifadə edilməsi Tərbiyəçilərin ustalıq səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaradır. Öyrənməklə yanaşı tədqiqatçılıq, düşünmək, axtarmaq, tapmaq imkanlarının genişləndiriləsinə yönəldilən belə fəaliyyətlə məşğul olmaq Tərbiyəçii əsl novator Tərbiyəçiə çevirir.
Məşğələ bir sıra elementlərdən yığılaraq formalaşır və üzə çıxır. Burada əsas yeri dövlət standartına müvafiq proqramın müəyyənləşdirdiyi məşğələ materialı tutur. Adətən təcrübəli müəl-limlər tədris proqramının əsas istiqamətlərini, vəzifə və strukturunu, yaxşı bilir və onu təhlil etməyi bacarırlar. Lakin usta Tərbiyəçilər həmişə keçəcəkləri dərsin yaxşı, maraqlı məşğələ olması üzərində daha çox düşünür və ona çalışırlar.
Tərbiyəçinin müvəffəqiyyəti hər şeydən əvvəl onun nəzəri və peşə hazırlığından asılıdır.
Tərbiyəçi keçdiyi hər bir mövzuya, dərsə ciddi surətdə hazırlaşmalı və dərsini yaradıcı şəkildə qurmağı bacarmalıdır. Belə Tərbiyəçilərin dərsləri maraqlı və məzmunlu olmaqla yanaşı, bir növ uşaqləri maqnit kimi özünə çəkir. Bu dərslərə uşaqlər həvəslə gəlir, vaxtın necə keçdiyini hiss etmir, dərsdə darıxmır və onun tez qurtardığına təəssüflənirlər.
Ə.Əlizadə və H.Əlizadə bu münasibətlə yazırlar: “Tərbiyəçi pedaqoji kollektivdə özünü alim-pedaqoq kimi dəyərləndirəndə, bir tərəfdən məşğələ onun üçün ülviləşir, şəxsi məna kəsb edir, qrupilhamlı yaradıcılıq məkanına çevrilir, digər tərəfdən, müdrikləşir və uşaqlərlə münasibətləri əməkdaşlıq kontekstində inkişaf edir”.
Tərbiyəçi dərsə hazırlaşarkən hər şeydən əvvəl proqramı nəzərdən keçirməli, öyrəniləcək materialın məzmununu təhlil etməli, dərsin didaktik məqsədini və didaktik vəzifəsini müəyyənləşdirməlidir.
Hər bir dərsin məqsədi – təhsilləndirici, tərbiyəedici və inkişafetdirici vəzifələrin (funksiyalarının) reallaşdırılmasını özündə birləşdirməlidir.
Dostları ilə paylaş: |
|
|