|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir
|
səhifə | 13/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiİnkişafetdirici vəzifə – uşaqlarda başlıca məsələləri ayırdetmə bacarıqları, tədris fəaliyyəti prosesində təfəkkür müstəqilliyinə və s. nail olmaq keyfiyyətləri aşılamaq funksiyasını yerinə yetirir. Təlim prosesində bilik, bacarıq və vərdişlərin mənimsənilməsindən başqa, həm də nitq, təfəkkür, emosiya, iradə, tələbatlar və s. inkişaf edir. L.S.Vıqotski tərəfindən formulə edilmiş “Təlim ardınca inkişafı aparır”– qanunu özünün real həllini tapır.
Lakin düzgün aparılan təlim inkişaf etdirir. Bu funksiya düzgün istiqamətləndirildikdə müvəffəqiyyətlə nəticələnir. Nəzəriyyə və təcrübədə məhz şəxsiyyətin inkişafı məqsədlərini güdən xüsusi texnologiyalar işlənilib hazırlanmışdır. Bu işdə rus pedaqoqlarından P.A.Qalperinin, V.V.Davıdovun, L.V.Zankovun, D.B.Elkoninin, Azərbaycan pedaqoq və psixoloqlarından M.M.Mehdizadənin, N.M.Kazımovun, B.A.Əhmədovun, Ə.Ə.Əlizadənin xüsusi xidmətləri olmuşdur. Müasir dövrdə təlimin inkişafetdirici funksiyasını həyata keçirən çoxsaylı texnologiyalar mövcuddur ki, bunlardan da bağça praktikasında istifadə edən Tərbiyəçilər az deyildir.
Təlimin inkişafetdirici vəzifəsi uşaqin intellektual inkişafındakı potensial imkanlardan maksimum istifadə edilməklə təlimin gücçatan çətinlik səviyyəsində qurulması və uşaqin real səviyyəsinə əsaslanmaqla onların inkişafını sürətləndirməkdir.
Təlim və əqli inkişaf iki qarşılıqlı əlaqəli bir prosesdir. Bu prosesdə təlim aparıcı hesab olunur. Buna görə də təlim elə yüksək səviyyədə təşkil olunmalıdır ki, o, uşaqlərin əqli inkişafına kömək edə bilsin.
İnkişafetdirici təlim nəinki biliklərin mənimsənilməsinin idarə edilməsini, eyni zamanda uşaqlərin əqli qabiliyyətlərinin də idarə edilməsini nəzərdə tutur. L.S.Vıqotski yazırdı: “Təlimlə inkişaf qarşılıqlı mürəkkəb əlaqədə olmasına baxmayaraq, təlim inkişafdan əvvəl başlayır, dərketmə elmi anlayışın qarşısından keçir”.
Təlimin inkişafetdirici vəzifəsi başlıca olaraq aşağıdakıları yerinə yetirməlidir:
1) tədrisin yüksək, lakin uşaqlərin gücü çatan çətinlik səviyyəsində qurulması;
2) uşaqlərin anlama səviyyəsi nəzərə alınmaqla kurs materialının yüksık sürətlə keçilməsi;
3) uşaqlərin öyrənmə prosesinin mahiyyətini dərk etmələri.
Təlimin inkişafetdirici vəzifəsinin həyata keçirilməsi üçün ilk növbədə uşaqlərin təfəkkürünün işləməsinə nail olmaq lazımdır.
Təlimin inkişafetdirici və tərbiyələndirici vəzifəsinin yüksək səviyyədə həyata keçirilməsi uşaqlərin yaradıcı fəaliyyətinin, müstəqil işinin kifayət qədər olmasına, onlarda öyrənmək, biliyi təcrübədə tətbiq etmək və özünütəhsil bacarıq və vərdişlərinin formalaşmasına geniş imkanlar yaradır.
Təlimin təhrikedici və təşkilati funksiyaları da mövcuddur. Bu funksiyalar təlimin elə səviyyədə qurulmasını tələb edir ki, o, uşaqləri təlim-idrak fəaliyyətinə təhrik etsin, onları yeni biliklərin dərk edilməsinə yönəltsin.
Tərbiyəçi – dərsin yaradıcısı, müəllifidir. Dərsin müvəffəqiyyəti də, müvəffəqiyyətsizliyi də ondan, onun yaradıcılığından, ustalığından, motivlərindən və bacarığından asılıdır.
Adətən, Tərbiyəçi hər bir dərsə hazırlaşarkən onu necə keçəcəyi üzərində düşünür, fikirləşir. Belə fikirlər aşağıdakı problemlərin həllinə istiqamətlənməlidir: 1) dövlət tərəfindən müəyyənləşdirilən proqram və məşğələ materialının dərk edilməsi; 2) bu materialların müasirliklə və uşaqların inkişafı ilə qarşılıqlı əlaqəsi; 3) keçmişdə öyrənilən materiallarla hazırda öyrənilməsi zəruri olan materialların qarşılıqlı əlaqəsi; 4) hazırkı materialın konkret qruplə və konkret uşaqlərin psixoloji xüsusiyyətləri ilə qarşılıqlı əlaqəsi; 5) uşaqlərin müstəqil yaradıcı fəaliyyətlərinin təşkili və yaradıcı düşüncələrinin inkişafı; 6) dərsin məqsədinin reallaşdırılması və ona nail olunması.
Yaradıcı fəaliyyət göstərən Tərbiyəçi öz pedaqoji yaradıcılığını müntəzəm olaraq pedaqogika, psixologiya və metodikanın vacib müddəaları ilə əlaqələndirməli, yeniliklərlə zənginləşdirməlidir. Təcrübə və tədqiqatlar göstərir ki, yaxşı dərsi qabaqcıl pedaqoji təcrübə ilə əlaqələndirmədən qurmaq olmaz.
Tərbiyəçinin pedaqoji fəaliyyətində başlıca amillərdən biri onun pedaqoji prosesi lahiyələşdirmə bacarığına malik olmasıdır. Bunun üçün ilk növbədə pedaqoji məqsəd dərk olunmalıdır. Tərbiyəçi məşğələ prosesinə birdən-birə mövzunun, məsələnin həllindən deyil, pedaqoji məqsədin dərk olunmasından başlayır ki, bu da pedaqoji prosesin həllində əsas şərt hesab olunur. N.V.Kuzmina bu münasibətlə yazır ki, bəzi Tərbiyəçilər pedaqoji situasiyanı təhlil edib, lazımi qərarlar qəbul etmək əvəzinə, sadəcə məşğələ deyir, uşaqləri fəallaşdırır, əyanilik tətbiq edir, məşğələ soruşur, lazım gəldikə uşaqlərin davranışına “reaksiya” verirlər. Lakin bütün bunların ümumi məqsədə nə dərəcədə müvafiq olduğunu dərk etmirlər. Bir çox Tərbiyəçilər isə əsl pedaqoji məqsədi fuksional, keçici vəzifələrdə–məşğələ demək, yaxud dərslər silsiləsi təşkil etmək, tədbir keçirmək, uşaq haqqında hər hansı bir təsirli ölçü götürməkdə və s. görürlər. Müəllif bunları paradoksal hal kimi qiymətləndirir və onların əsl pedaqoji məqsədin dərk olunmasına səbəb olmadığını göstərir.
Unutmaq olmaz ki, tədris zamanı əsl pedaqoji məqsədin dərk olunması bu prosesi nizamlayan, onu düzgün istiqamətləndirən amil kimi ilkin məlumatların təhlili və diaqnozun qoyulmasını əvvəlcədən təyin edir və pedaqoji prosesi yönəldir. Qeyd edək ki, buradakı diaqnoz – pedaqoji prosesin ümumi vəziyyətinin qiymətləndirilməsi və ya ayrı-ayrı komponentlərinin bu və ya digər fəaliyyət dövründəki vəziyyətinin hərtərəfli, tam tədqiqi deməkdir.
Təlim prosesinin qurulması texnologiyasının məntiqi yekunu pedaqoji fəaliyyətin layihəsinin plan, plan-konspekt (icmal), yaxud konspekt formasında yazılmasıdır. Bu baxımdan Tərbiyəçi keçəcəyi hər bir dərsə, mövzuya ciddi surətdə hazırlaşmalıdır. Fənninə yaradıcı yanaşmağı bacarmalı, dərsin daha da maraqlı, canlı keçməsi üçün lazımi tədris vəsaitlərindən və metodik vasitələrdən istifadə etməyi bacarmalıdır.
Dərsin yüksək səviyyədə qurulmasında və aparılmasında onun planının yazılı surətdə tərtib edilməsi mühüm əhəmiyyət kəsb edir. Bəzən Tərbiyəçilər bu işə əlavə bir yük, yersiz bir iş kimi baxırlar. Əslində isə bunun faydalı cəhətləri olduqca çoxdur. Tərbiyəçi məşğələ planı (gündəlik) hazırlayarkən təkcə dərsin mətninə yenidən baxmır. O, dərsi hansı metodla keçəcəyini, dərsdə hansı təlim vasitələrindən istifadə edəcəyini, uşaqlərin fəallaşdırılması üçün nələri və necə tətbiq edəcəyini müəyyənləşdirir. Dərsin başlıca funksiyalarını yerinə yetirmək üçün düşünür, yollar, vasitələr axtarır və dərsi planlaşdırır. Bu baxımdan dərsin yazılı planlaşdırılmasına əlavə yük kimi baxılması düzgün deyildir.
Başlıca məsələlərdən biri məşğələ planının hansı formada yazılması və tərtib edilməsidir. Bu, ilk növbədə Tərbiyəçinin ona necə yanaşmasından və proqram materialının xarakterindən asılıdır. Tərbiyəçinin yaradıcılığı, dərsi necə qurması, istifadə edəcəyi metodlar və priyomlar kimi məsələlər də burada az əhəmiyyət kəsb etmir. Buna görə də ona standart və şablon yanaşmaq olmaz.
Uşaq inkişaf və təlim prosesinin fəal iştirakçısıdır. Müasir təlim tələb edir ki, məlumat uşağa valideyn və ya tərbiyəçi-müəllim tərəfindən hazır ötürülməsin, uşaq məlumatı tərbiyəçi-müəllimin yönəldici fəaliyyəti ilə biliyin əldə edilməsi prosesində iştirak edərək, özü qazansın.
Biliyin əldə edilməsinin əsasını təşkil edən bacarıqlar təcrübə prosesində təkmiləşdirilir. Buna görə də uşaqlara ətraf mühitdə biliklərin araşdırma yolu ilə əldə edilməsi imkanını, eyni zamanda, əşyalar və modellərin imitasiyası imkanını vermək çox vacibdir. Beləliklə, məşğələlər zamanı uşaqlara ətraf mühiti təcrübi yolla dərk etmək, müxtəlif fəaliyyətlər həyata keçirmək, məsələlərin həllində iştirak etmək, danışıq və ünsiyyət vərdişlərini inkişaf etdirmək imkanı vermək olduqca zəruridir. Evdə və məktəbəqədər təhsil müəssisələrində uşaq üçün rəngarəng fəaliyyətlər planlaşdırılmalıdır. Əsas uşaqların nəyi bilmələri deyil, nə etməyi bacardıqları və nəyi müstəqil öyrəndikləridir. Daha doğrusu, öyrənmə və düşünmə bacarıqlarının təkmilləşdirilməsidir.
Fəal öyrənmə prosesi uşaqların ətrafdakı insanlar və əşyalarla qarşılıqlı təsiri nəticəsində baş verir. Böyüklərin uşağın inkişafını dəstəkləmələrində rolu özlərinin bu prosesdə birgə iştirakı ilə əlverişli emosional şərait yaratmaqdan ibarətdir. Bu zaman uşaqlara əşyalarla manipulyasiya etmək, seçim etmək, əşya və ideyaları “tədqiq” etmək, eksperiment aparmaq və “kəşflər etmək” imkanı vermək mümkündür. Bu zaman uşaqlar həm öz həmyaşıdları ilə, həm də böyüklərlə təhlükəsiz və xoş mühitdə ünsiyyət qurmaq imkanı qazana bilirlər.
Fəal təlim metodları üzərində qurulan məşğələ ənənəvi məşğələlərdən fərqlənir. Bu məşğələlər uşaqların sərbəst şəraitdə fəaliyyət göstərməsinə imkan yaradır və bu zaman onlar özlərinin bütün bilik, bacarıq və istedadlarını nümayiş etdirə bilmək imkanı əldə edirlər. Fəal təlim məktəbəqədər yaşlı uşaqların inkişaf etdirilməsi üçün ən yaxşı texnologiyadır. Bu o deməkdir ki, uşaqlar təlim prosesində passiv deyil, konkret materiallarla və əhatəsində olan insanlarla fəal, qarşılıqlı ünsiyyətdə olurlar.
Fəal təlim metodlarından istifadə təlim prosesinin təşkilinə, tərbiyəçi-müəllim və uşaq münasibətlərinə yeni məzmun gətirir, bu münasibətlərin dəyişdirilməsini, onlar arasında pedaqoji əməkdaşlığa, qarşılıqlı hörmətə, bir-birinin ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyə əsaslanan yeni münasibətlərin yaradılmasını təmin edir.
Məktəbəqədər təhsil müəssisələrində təlimin səmərəli təşkili işin düzgün planlaşdırılmasından başlayır. Düzgün planlaşdırma üçün yerinə yetiriləcək təlim işlərinin əvvəlcədən layihələndirilməsi xüsusi didaktik əhəmiyyət kəsb edir. Məktəbəqədər təhsil müəssisələrində planlaşdırmanın, əsasən, aşağıdakı iki növündən istifadə edilməsi zəruri hesab edilir:
perspektiv (illik) planlaşdırma;
cari (həftəlik) planlaşdırma.
Dostları ilə paylaş: |
|
|