|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir
|
səhifə | 10/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiYaxın olduğu peşələr: Tərbiyəçi peşəsinin “insan – insan” peşələr qrupuna daxil olan bir sıra peşələrlə–həkimliklə, rejisorluqla, aktyorluqla, mədəni-maarif peşələri ilə müəyyən sahələrdə yaxınlığı vardır.
Əmək haqqının səviyyəsi: Təhsil sistemi büdcədən maliyyələşən iqtisadiyyat sahəsinə aiddir. Dövlətimiz Tərbiyəçilərin əmək haqqının artırılmasına daim qayğı ilə yanaşır. Son on ildə Tərbiyəçilərin əmək haqqının on dəfələrlə artırılması, kənd bağçaləri Tərbiyəçilərinə verilən imtiyazlar buna bariz nümunədir. Respublikamızda Tərbiyəçilər minimum əmək haqqından 1,5-2 dəfə çox əmək haqqı alırlar. Ali pedaqoji təhsilli gənc Tərbiyəçinin 1 stavka məşğələ yükü hazırda 123 manatdır. Lakin bu son hədd deyildir. Müxtəlif vaxtlarda dövlət tərəfindən Tərbiyəçilərin maaşı artırılmaqla yanaşı, Tərbiyəçilərin stajları artdıqca maaşları da yüksəlir.
Tərbiyəçilik peşəsi bir şəxsin başqasına (və ya adamlar qrupuna) təlim-tərbiyə məqsədi ilə pedaqoji təsir bacarığı ilə əlaqələndiyindən şəxsiyyət qarşısında pedaqoji fəaliyyətə maraq, uşaqlara məhəbbət, uşaq kollektivini təşkil etmək bacarığı, kiçik uşaqlarla işləmək arzusu, onlara rəhbərlik, aydın, inandırıcı nitq, tələbkarlıq, obyektivlik, doğruçuluq, ədalətlilik kimi xüsusi tələblər qoyur. Bu tələblərə müvafiq gələ bilməyən şəxsdən Tərbiyəçi ola biləcəyinə zəmanət vermək çətindir.
Məsləhət görülən ədəbiyyat
Əliyev H. Pedaqoji ustalığın əsasları. Bakı: 1999.
Əlizadə Ə.Ə. Müasir Azərbaycan Tərbiyəçilərinin psixoloji problemləri. Bakı: Ozan, 1998.
Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı: Çaşıoğlu, 2009.
Musayev İ. Tərbiyəçinin və qruprəhbərinin peşə fəaliyyətinin xüsusiyyətləri. Bakı: 1996.
Rüstəmov F., Dadaşova T. Ali bağça pedaqogikası. Bakı: Nurlan, 2007.
Основы педагогического мастерства. Под ред. И.А.Зязюна. Москва, Просвещение, 1989.
Dostları ilə paylaş: |
|
|