|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir
|
səhifə | 6/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isi7. Kommunikasiya qabiliyyətləri. Tələbə və uşaqlərlə ünsiyyətə qabil olmaq, onlara düzgün yanaşmanı tapıb tətbiq etmək, onlarla məqsədəmüvafiq qarşılıqlı münasibət qurmaq qabiliyyətləri.
8. Pedaqoji təxəyyül. Proqnostik qabiliyətlərə aiddir. Bu xüsusi qabiliyyət öz hərəkətlərini proqnozlaşdırmaq bacarığında öz ifadəsini tapır.
9. Diqqətin paylanması qabiliyyəti. Tərbiyəçi üçün diqqəti eyni zamanda bir neçə fəaliyyət növləri arasında bölüşdürməyi bacarmaq da çox əhəmiyyətli məsələdir. Qabiliyyətli, təcrübəli pedaqoq materialın çatdırılmasının məzmununa və formasına nəzarət edir, bütün uşaqləri öz diqqət mərkəzində saxlayır, uşaqlarda yorulma əlamətlərinə, nizam-intizamın pozulmasına dərhal reaksiya verir, özünün davranışına (pozasına, mimika və pantomimikasına) nəzarət edir.
Bunlarla yanaşı, bəzi pedaqoji–psixoloji ədəbiyyatlarda uşaqlərə emosional təsir göstərə bilmək bacarıqlarından ibarət olan suqqestiv qabiliyyətlərin, Tərbiyəçinin öz ixtisası üzrə bi–likləri mənimsəmə bacarıqlarından ibarət olan elmi–irakı qa–biliyyətlərin və digərlərinin də olduğu göstərilir. Bəzi pedaqoji və psixoloji ədəbiyyatlarda isə bu qabiliyyətlər bacarıqlarla eyniləşdirilir və bacarıqlar kimi təqdim olunur.
Pedaqoji ustalığa yiyələnməyin zəruri elementlərindən biri də pedaqoji texnikaya yiyələnməkdir. Pedaqoji məharətə və ustalığa pedaqoji biliklər və intuisiyadan əlavə, pedaqoji texnika sahəsindəki biliklər də daxildir. Bunlar tərbiyəçiyə minimum əmək sərf etməklə böyük nailiyyətlər əldə etməyə imkan verir. Belə olan təqdirdə Tərbiyəçinin ustalığı əldə edilən nailiyyətlərin hüdudundan kənara çıxır, daha da genişlənir. Pedaqoji texnika özü də bacarıqlarla sıx əlaqədə olur.
Pedaqoji ədəbiyyatlarda pedaqoji texnikanın iki qrup bacarıqları özündə birləşdiyi qeyd edilir:
1) öz orqanizminə sahib olmaq, emosional vəziyyəti idarə edə bilmək və ünsiyyət texnikası;
2) didaktik bacarıqlarına, təşkilatçılıq bacarığına və qarşılıqlı təsirin əlaqə texnikasına malik olmaq.
Tərbiyəçinin peşə fəaliyyətinin səmərəli təşkili, pedaqoji prosesin nəticəsinin yüksək səviyyədə təmin olunması, pedaqoji vəzifələrin həllinə maksimum səviyyədə nail ola bilmək kimi başa düşmək lazımdır.
Pedaqoji proses olduqca mürəkkəb bir fəaliyyət sistemidir. Bura həm pedaqoji prosesin özünün qanunauyğunluqları, həm də burada iştirak edən subyektlər arasındakı münasibətlər mühüm təsir göstərir. Bu baxımdan pedaqoji ustalığın şablon üsulunu göstərmək mümkün deyildir. Və bu heç lazım da deyildir. Burada Tərbiyəçinin pedaqoji-psixoloji bilikləri, qabiliyyət və bacarıqları, erudisiyası, pedaqoji təfəkkürü, yaradıcılıq qabiliyyəti, çevik düşüncə tərzi, həmçinin şərait, uşaqlərin öyrənmə marağı, Tərbiyəçi-uşaq, Tərbiyəçi-valideyn münasibətləri mühüm rol oynadığından hər bir Tərbiyəçinin pedaqoji ustalığında spesifik xüsusiyyətlər, fərdi üslublar mühüm yer tutur.
Pedaqoji ustalığa yiyələnmək olduqca çətin və uzun bir yol keçir. Bu, bağçadə, bilavasitə təlim-tərbiyə prosesində, uşaqlərlə qarşılıqlı ünsiyyətdə formalaşır və tərbiyə olunur. Burada Tərbiyəçidən yüksək bilik və onu verə bilmək qabiliyyəti, rəhbərlik nüfuzu, uşaqları duya bilmək, onların hiss və həyəcanını, qəlbini hiss etmək, pedaqoji intuisiya, humanstlik, yaradıcılıq qabiliyyəti, dözümlülük, səbr və təmkinlilik, təhlil etmə və nəticə çıxarma və s. tələb olunur.
Respublikamızda özünü, həyatının ən qaynar, gözəl dövrlərini Tərbiyəçiliyə həsr edən pedaqoji məharəti, öyrətmə bacarığı, uşaqlərinə və tələbələrinə qayğı və məhəbbətlə yanaşan, yetirmələrinin qəlbində silinməz izlər buraxan əsl Tərbiyəçilər çox olmuş və indi də vardır. Uşaqlərinin və tələbələrinin xatirələrində yaşayan belə Tərbiyəçilər haqqında çox dəyərli olan xatirələrdən bəzilərinə nəzər yetirsək bu Tərbiyəçilərin böyüklüyünü bir daha görə bilərik.
Professor Yaşar Qarayevin professor Əli Sultanlı haqqında, professor Təhsin Mütəllimovun professor Mir Cəlal haqqında, xatirələri əsl Tərbiyəçi simasının xüsusiyyətlərini öyrənmək baxımından təsirlidir, yaddaqalandır. Y.Qarayev yazır: “Professor Əli Sultanlı məşğələ dediyi bütün tələbələrinin həyatında silinməz izlər buraxan ən sevimli Tərbiyəçilərdən biridir. Biz onun qeyri-adi, həssas pedaqoq nəfəsini indi də hiss edirik. O, Tərbiyəçiliklə yaşayar, nəfəs alardı, auditoriya onun mənəvi vətəni idi. O, auditoriyasız yaşaya bilməzdi: auditoriyadan kənarda, tələbə nəfəsi olmayan yerdə özünü həmişə mənəvi ünsiyyətdən məhrum bir havasızlıqda hiss edərdi... Əli Sultanlı təkcə fikrin, hissin qüvvəti ilə yox, öz ədaları, səsinin avazı, sözün, tələffüzün sövti-təntənəsi ilə də bizi mütəəssir edərdi. Hər mühazirədən sonra həmin əsərləri mütləq oxumaq təbii bir ehtiyaca çevrilərdi... Tərbiyəçi Əli Sultanlı böyük ədəbiyyat vurğunu və fədaisi idi və bizi ədəbiyyatın vurğunlarına, fədailərinə çevirə bildi. Onun sənətə, elmə, Tərbiyəçinin vəzifəsinə fədakar məhəbbəti bizim zövq və meyillərimizin formalaşmasında böyük rol oynadı... Əli Sultanlı yaxşı Tərbiyəçilər içərisində seçilən yaxşı Tərbiyəçi idi...”
Görkəmli ədib, Tərbiyəçi və alim Mir Cəlal Paşayev haqqında Təhsin Mütəllimovun xatirlərindən oxuyuruq: “Tərbiyəçilik Mir Cəlalın həyatında xüsusi yer tutmuş, yazıçılığı və alimliyi ilə qırılmaz əlaqədə olmuşdur. Onun şirin söhbətlərini, təbii müsahibəni andıran mühazirlərini, aramla, təmkinlə auditoriyanı dolanmasını, hərdənbir kənarda oturan tələbənin çiyninə zarafatla, ehmalca vurmasını, uşaqları yorğun gördükdə, duzlu, maraqlı haşiyələrə çıxıb öz həyatından, yaradıcılığından məzəli əhvalatlar danışmasını, sakit, səmimi səsini, nəfəsini indi də tələbələri dərin həsrətlə, həyəcanla xatırlayırlar...”.
Tərbiyəçi əməyi şərəfli olduğu qədər də çətindir, əziyyətlidir. Təkraredilməzliklə müşayiət olunan yaradıcı əməkdir. Buna görə də hər bir Tərbiyəçi öz işini sevməli, ona sonsuz ilhamla yanaşmalı, tədqiqatçılıq qabiliyyətinə yiyələnməli, ən çətin situasiyalardan belə çıxa bilmək bacarıqlarına, öz hərəkət, davranışına nəzarət edə bilmək qabiliyyətinə malik olmalıdır.
Pedaqoji ustalıq pedaqoji biliyi, vasitə və metodları özündə birləşdirməklə bütov bir sistem yaradır. Bura uşaqlar, onların psixoloji xüsusiyyətləri, təlim-tərbiyə prosesinin məzmunu, təşkil formaları, metodları və texnologiyaları haqqında geniş, hərtərəfli bilik və onların həyata keçirilməsi bacarıqları daxildir.
Beləliklə, Tərbiyəçinin pedaqoji ustalığı – savadlılığın müəyyən səviyyəsi ilə pedaqoji peşə fəaliyyətinin həyata keçirilməsi təcrübəsinin qarşılıqlı təsiri nəticəsində yaranır və inkişaf edir. Başqa sözlə, pedaqoji ustalıq dedikdə Tərbiyəçilərin pedaqoji fəaliyyəti yüksək səviyyədə, peşəkarlıqla həyata keçirə bilmə qabiliyyəti başa düşülür.
Dostları ilə paylaş: |
|
|