|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidirII. Respublikamızda Tərbiyəçi kadrlarının hazırlanmasının ikinci–həlledici mərhələsi
|
səhifə | 3/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiII. Respublikamızda Tərbiyəçi kadrlarının hazırlanmasının ikinci–həlledici mərhələsi bu peşəni və ixtisası seçərək ali və orta pedaqoji ixtisas bağçalərində təhsil alan gələcək Tərbiyəçilərin hazırlığıdır. Tərbiyəçi kadrlarının hazırlanmasında bu mərhələ olduqca mühüm və əlverişli yer tutur. Bu mərhələ Tərbiyəçilərə hüquqi status və peşə hazırlığı verir. Buna görə də bu mərhələ həm məsuliyyət tələb edən, həm də gələcək Tərbiyəçilərə bu sahədə zəruri bacarıq və keyfiyyətləri aşılayan mərhələdir. Görkəmli xalq yazıçısı S.Rəhimov yazırdı: “Tərbiyəçi hazırlığı ilə məşğul olan təlim–tərbiyə müəssisələri işləri elə qurmalıdır ki, öz divarları arasından layiqli xalq Tərbiyəçii buraxa bilsin! Elə xalq Tərbiyəçii ki, ata-anaların bağçaə göndərdikləri əziz övladlarına layiqli təlim-tərbiyə və təhsil verə bilsinlər”.
Respublikamızın pedaqoji təhsil müəssisələrində Tərbiyəçi hazırlığı əsasən üç istiqamətdə həyata keçirilir: a) ümumnəzəri və intellektual istiqamət; b) ixtisas hazırlığı; c) peşə hazırlığı. Ümumnəzəri və intellektual hazırlıq onların bir ziyalı kimi formalaşmasına zəmin yaradırsa, ixtisas və peşə hazırlığı onların bir Tərbiyəçi kimi hazırlanmalarına səbəb olur. Bunlar da bilavasitə Tərbiyəçi peşəsinin sirlərinin öyrədilməsində əsas yer tutur. Pedaqogika, psixologiya, pedaqoji psixologiya, fənlərin tədrisi metodikası kimi fənlər tələbələrin bir Tərbiyəçi kimi hazırlanmalarında əsas baza olur. Tələbələrin bu fənlərdən Tərbiyəçi, onun şəxsiyyəti, peşə bacarıqları və qabiliyyətləri, uşaq şəxsiyyəti, onların təlim-tərbiyə fəaliyyəti, təlim-tərbiyə prosesinin spesifik xüsusiyyətləri, bağça, təhsil və pedaqoji fikrin təşşəkkülü və inkişafı, ayrı-ayrı fənlərin və fənlər üzrə mövzuların tədrisi metodikası və s. haqqında aldıqları bilik və bacarıqlar onların gələcək Tərbiyəçi kimi hazırlanmalarının nəzəri əsasını təşkil edir. Burada bu fənlərin necə və kimlər tərəfindən tədris edilməsi də az əhəmiyyət kəsb etmir.
Lakin burada paradoksal hal özünü göstərir ki, bu da tələbələrin peşə hazırlığına özünün mənfi təsirini göstərir. Bu, bir sıra fənlər üzrə ali təhsilin bakalavr pilləsində keçilənlərin (öyrənilənlərin) magistratura pilləsində təkrarlanmasıdır. Tələbələrin (magistrantların) haqlı narazılığına səbəb olan bu təkrarlanmalar heç də “Təkrar biliyin anasıdır” aforizminə xidmət etmir. Əksinə, magistraturada gələcək elmi-pedaqoji kadrların daha yaxşı, dünya təhsil standartlarına müvafiq hazırlanmalarına, elmin daha vacib problemlərinin tədrisinə imkanları zəiflədir. Buna görə də hansı fənlər ki, (məsələn: pedaqogika, psixologiya, ayrı-ayrı fənlərin tədrisi metodikası, bir sıra ixtisas fənləri və s.) həm bakalavr, həm də magistratura pilləsində tədris olunur, onların proqramlarının daha da dəqiqləşdirilməsinə və nəyin, hansı məsələlərin bakalavr pilləsində, hansılarının isə magistratura pilləsində öyrədilməsinin zəruriliyinin aydınlaşdırılması və proqramların yeniləşdirilməsi olduqca vacibdir.
Təhsilin bakalavriat pilləsində gələcək Tərbiyəçilərin peşə-ixtisas hazırlığında pedaqoji təcrübənin rolu əvəzsizdir. Gələcək Tərbiyəçilər məhz bu dövrdə ilk dəfə olaraq qruplə-uşaqlə qarşılıqlı ünsiyyətə girir və Tərbiyəçilik fəaliyyətinin bilavasitə iştirakçısına çevrilirlər. İndiyə qədər öyrənib cavab verməyə adət etmiş tələbə artıq həm də öyrədən, tərbiyə edən funksiyasını ifadə etməli olur. Burada onun iki il yarımda yiyələndiyi bir sıra bacarıq və qabiliyyətlər real ifadə tərzini tapır. Təcrübəçi tələbə həm öyrənir, həm də öyrədir. Bu da onun fəaliyyətində yeni bir mərhələnin başlanğıcı olur. Buna görə də pedaqoji təcrübə gələcək Tərbiyəçilərin təkcə sınaq meydanı deyil, həm də Tərbiyəçilik peşəsinə adaptasiya funksiyası kimi də mühüm bir missiyanı yerinə yetirir.
Pedaqoji təcrübə rəhbərləri–metodistlər, pedaqoqlar və psixoloqlar pedaqoji təcrübə dövründə tələbələrə həssas münasibət göstərməli, onların əldə etdikləri biliklərin tərübədə tətbiqi, həmçinin onlarda Tərbiyəçi üçün zəruri olan bir sıra: metodoloji (pedaqoji-psixoloji); ümumi mədəni səviyyəni əks etdirən və fənyönümlü bacarıqların reallaşmasına şərait yaratmalıdırlar.
Çox təəssüf ki, bəzi hallarda rəhbərlər buna deyil, diqqəti ikinci dərəcəli məsələlərə: metodistlər yaxşı icmal tutdurmağa və əyani vəsait hazırlatmağa, pedaqoqlar pedaqoji təcrübə gündəliyinin tərtib olunmasına və tələbənin tərbiyəvi söhbət aparıb-aparmamasından asılı olmayaraq tərbiyəvi söhbət icmalının yazılmasına, psixoloqlar isə bir uşaqin öyrənilməsi və onun psixoloji-pedaqoji xarakteristikası ilə bağlı bir dəftər hazırlatmağa yönəldirlər ki, bunlar da pedaqoji təcrübənin əsas mahiyyətinin kölgədə qalmasına səbəb olur.
Pedaqoji təcrübə gələcək Tərbiyəçilərin pedaqoji bilik, bacarıq və qabiliyyətlərinin həm üzə çıxarılmasında, həm korreksiya olunmasında, həm də formalaşmasında çox mühüm bir mərhələni təşkil etdiyindən onun daha da təkmilləşdirilməsinə və buna bütün ixtisas kafedralarının diqqət göstərməsinə nail olunmalıdır.
Tərbiyəçinin fəaliyyəti gələcəyə yönələn fəaliyyət olub, fəal, müasir dövrün tələblərinə cavab verən şəxsiyyətlərin formalaşdırılması ilə səciyyələnir. Bu isə Tərbiyəçi hazırlığı prosesində onun daha çox peşə keyfiyyətlərini formalaşdırmağı başlıca məsələlərdən biri kimi ön plana keçirir. Tərbiyəçi hazırlığı prosesinə bu cür yanaşma, yəni gələcək Tərbiyəçilərin peşə keyfiyyətlərinin formalaşmasına daha çox diqqət yetirilməsi həm fənn Tərbiyəçii kimi, həm də tərbiyəçi kimi Tərbiyəçi kadrların hazırlanması işinin səmərəli şəkildə həyata keçirilməsinə səbəb olur. Formalaşmış peşə keyfiyyətləri isə onların hələ tələbəlik illərində pedaqoji ustalığın bir çox nəzəri və praktiki keyfiyyətlərinə yiyələnmələri üçün əlverişli şərait təmin etmiş olur.
Təhsilə aid bütün çıxış və göstərişlərində Tərbiyəçiə çox böyük qiymət verən H.Əliyev Yasamal rayonundakı 18 saylı bağçadə keçirilən görüşdə (1 sentyabr 1997-ci il) demişdir: ”Tərbiyəçinin vəzifəsi ona görə şərəflidir ki, o cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli vətənpərvər hazırlayırlar. Şübhəsiz ki, birinci növbədə Tərbiyəçinin özü bu xüsusiyyətlərə malik olmalıdır, daim özünü də təkmilləşdirməlidir, öz üzərində işləməyən Tərbiyəçi yaxşı Tərbiyəçi ola bilməz”.
Təcrübə göstərir ki, yalnız belə Tərbiyəçilər əsl usta Tərbiyəçi, pedaqoji ustalığa yiyələnmiş Tərbiyəçilər olurlar.
III. Bu mərhələ pedaqoji fəaliyyətə hüquq verən diplom alıb pedaqoji işə başladıqdan Tərbiyəçi ömrünün sonuna kimi davam edir. Bu, elə bir mərhələ, elə bir dövrdür ki, Tərbiyəçinin pedaqoji ustalığa yiyələnməsi, öz üzərində müstəqil çalışaraq yaxşı bir Tərbiyəçi–pedaqoq kimi tanınması, uşaqlərinin sevimlisinə çevrilməsi, valideynlərin hörmətini qazanması, pedaqoji ictimaiyyət tərəfindən qəbul edilməsi kimi mühüm məsələlər onun özündən aslı olur. Professor Y.Talıbov yazırdı: “Özünün elmi biliyini daim artırmağa cəhd edən, böyük ictimaiyyətçilik işi aparan, ictimai həyatın bu və ya digər sahələrindən səsi gələn, yüksək mədəniyyətə, estetik zövqə, dərin elmi biliyə, pedaqoji ustalığa, əxlaqi saflığa malik olan hər bir Tərbiyəçi yüksək nüfuz qazanır, ictimaiyyətin, valideynlərin hörmətinə layiq olur, uşaqlərin qəlbində özünün əbədi heykəlini ucaldır. Belə Tərbiyəçi öz qüvvəsini, qanını, qiymətli olan hər bir keyfiyyətini uşaqlərə, xalqa verir.”
Hər bir peşənin, sənətin özünəməxsus, spesifik xüsusiyyətləri, çətinlikləri vardır. Tərbiyəçi peşəsində bunlar daha da çoxdur. Çünki məhz Tərbiyəçi yeni insan yetişdirir, gələcək cəmiyyəti hazırlayır. Buna görə də o, öz fəaliyyəti zamanı daim axtarışda olmalı, yeniliklərlə ayaqlaşmalı, cəmiyyətin artan tələblərinə hazır olmalıdır. Bu baxımdan da Tərbiyəçi öz üzərində işləməklə bir tərəfdən yaxşı öyrədir və tərbiyə edir, digər tərəfdən də özü öyrənir, təkmilləşir, usta Tərbiyəçiə çevrilir. Daim özünü təkmilləşdirməklə özü yeniliklər edir, yaradıcı Tərbiyəçi kimi tanınır. Ali bağçadə aldığı ixtisas və peşə bilikləri daha da dərinləşir, zənginləşir.
Əsl, usta Tərbiyəçi uşaqlərlə mehribandır, onlara yaxındır. Elmlərin əsaslarını öyrədən, çətin yollarda bələdçilik edərək yol göstərən, istiqamət verəndir. Uşaqların ruhi aləminə nüfuz edə bilən psixoloqdur, onları tərbiyə edən ata-anadır, müdrik pedaqoqdur, məsləhət verəndir... və s. Bu keyfiyyətlər isə nə birdən-birə yaranır, nə də özbaşına baş verir. Bunlar məhz pedaqoji təhsil prosesində doğulur, pedaqoji fəaliyyət prosesində inkişaf edir, formalaşır. O şərtlə ki, buna can atan, çalışan olsun. Əks halda, pedaqoji staj pedaqoji ustalıq üçün heç də əsas ola bilmir.
IV. Müasir informasiya texnologiyaları şəraitində inkişaf prosesləri elə sürətlə baş verir ki, yeni biliklərə, onlara müvafiq bacarıqların yaranmasına hər gün ehtiyac hiss olunur. Belə şəraitdə Tərbiyəçinin beş il, on il və daha əvvəl aldığı biliklər bu gün üçün kifayət etmir. Yeni texnologiyaların, müasir təlim metodlarının tətbiqinə zərurət yeni biliklər və bacarıqlar tələb edir. Bunların əldə edilməsində Tərbiyəçinin müntəzəm olaraq özünü təhsillə və özünütəkmilləşdirmə ilə yanaşı, hər beş ildən bir ixtisasartırma fakültələrində iştirak etmələri, təkmilləşmələri mühüm rol oynayır.
“Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və Tərbiyəçi hazırlığının konsepsiya və strategiyası”nda göstərilir ki, “İxtisasartırma təhsili dedikdə pedaqoji kadrların və rəhbər pedaqoji işçilərin öz peşə fəaliyyəti dövründə (və ya müəyyən müddət pedaqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi olaraq peşəkarlıq səviyyəsini, peşə ustalığını, elmi-nəzəri biliklərini artırmaq məqsədilə şəxsi ehtiyac və tələbatlarına uyğun gələn, o cümlədən yenilikləri və dəyişiklikləri əks etdirən tədris plan və proqramları üzrə təhsil almaları nəzərdə tutulur.” Tərbiyəçilərin ixtisasartırmaları bilavasitə onların ixtisas və peşə hazırlığının təkmilləşdirilməsini nəzərdə tutur.
“Kadrların təkmilləşdirilməsi prosesi əlavə pedaqoji təhsildə gedən bir proses olmaqla, təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır və pedaqoji, psixoloji, metodiki sahədə, məşğələ vəsaiti və dərsliklərdə, eləcə də tədris plan və proqramlarında, təlimin texniki vasitələrində olan yeniliklərlə operativ tanışlığı, öz həmkarları ilə fikir mübadiləsini və s. özündə ehtiva edir”. Buna görə də Tərbiyəçi hazırlığında olan bu mərhələ fasiləsiz pedaqoji təhsilin həyata keçirilməsində əsas pillələrdən birini təşkil edir. Beləliklə, ölkəmizdə Tərbiyəçi hazırlığı fasiləsiz pedaqoji təhsilin bütün komponentlərini özündə birləşdirən bütöv bir sistem təşkil edir. Başlıca məsələ bu komponentlərin hər birinin öz funksiyasının lazımınca yerinə yetirilməsinə nail olunması, onlar arasında varisliyin təmin olunması və hər gün artan tələblərə cavab verə bilən Tərbiyəçi kadrlarının hazırlanmasına nail olmaqdan ibarətdir. Çünki “Cəmiyyətin gələcək tərəqqisi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır” (H.Əliyev). Bu isə öz növbəsində Tərbiyəçilərin hazırlıq səviyyəsindən, onların elmi-pedaqoji potensialından və pedaqoji ustalığından asılıdır.
Dostları ilə paylaş: |
|
|