|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir
|
səhifə | 5/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isi1. Didaktik qabiliyyətlər. Bu qabiliyyətlərə uşaqlara tədris materialını aydın şəkildə çatdırmaq, fənnə maraq oyatmaq, onlarda fəal, sərbəst düşüncəni stimullaşdırmaq qabiliyyətləri aiddir. Didaktik qabiliyyətlərə malik olan Tərbiyəçi lazım olduqda tədris materialını müvafiq şəkildə rekonstruksiya etməyi, mürəkkəb olanı sadələşdirməyi, çətin olanı asanlaşdırmağı, aydın olmayanı aydınlaşdırmağı bacarır.
2. Akademik qabiliyyətlər. Müvafiq elm sahəsinə (riyaziyyata, fizikaya, ədəbiyyata və s.) olan qabiliyyətlər. Tərbiyəçi fənni təkcə tədris kursu həcmində bilməməli, öz elmində baş verən yenilikləri də izləməli, az da olsa tədqiqat işi aparmalıdır.
3. Perseptiv qabiliyyətlər. Uşaqin daxili aləminə varma qabiliyyəti, psixoloji müşahidəçilik, uşaqin keçici psixoloji vəziyyətini anlamaq qabiliyyəti. Qabiliyyətli pedaqoq cüzi xarici əlamətlərə görə uşaqin daxili vəziyyətini hiss etməyi bacarmalıdır.
4. Nitq qabiliyyəti. Öz fikir və hisslərini nitqin, habelə mimika və pantomimikanın köməyi ilə ifadə etmək qabiliyyəti. Qabiliyyətli Tərbiyəçinin nitqi dərsdə həmişə uşaqlərə, tələbələrə yönəlmiş olur. Yeni materialı izah edib-etməməsindən, uşaqin cavabını şərh edib-etməməsindən və s. asılı olmayaraq pedaqoqun nitqi daxili qüvvəsi ilə fərqlənir. Pedaqoq öz fikrini dəqiq, sadə dildə çatdırmalıdır.
5. Təşkilatçılıq qabiliyyətləri: a) uşaq kollektivini mühüm məsələlərin həllinə səfərbər etmək qabiliyyəti; b) öz şəxsi işini düzgün təşkil etmək, onu düzgün planlaşdırmaq və ona nəzarət etmək qabiliyyətləri (təcrübəli pedaqoqda tədricən zaman hissi, yəni işi təyin olunmuş müddətdə başa çatdırmaq bacarığı formalaşır).
6. Avtoritar qabiliyyətlər. Uşaqlərə bilavasitə emosional-iradi təsir etmək və bu yolla onların hərəkətini tənzimləmək, idarə etmək onlar qarşısında özünə nüfuz qazanmaq qabiliyyətləri. Fənni yaxşı bilməklə də uşaqlər qarşısında nüfuz qazanmaq olar. Avtoritar qabiliyyətlər bir sıra şəxsi keyfiyyətlərdən (qətilikdən, dözümlülükdən, inadkarlıqdan, tələbkarlıqdan və s.), habelə uşaqlərin təlim-tərbiyəsinə görə məsuliyyət hissindən də asılıdır.
Dostları ilə paylaş: |
|
|