|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidirMövzu № 14. Tərbiyəçi fəaliyyətində innovasiyalar
|
səhifə | 82/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiMövzu № 14. Tərbiyəçi fəaliyyətində innovasiyalar
“Çoxlu miqdarda əla istedadlı adamlar azad və yüksək insanları idarə etməyi bacarmayan tərbiyəçilərin səhvi nəticəsində tələf olub gedirlər”.
Plutarx
Pedaqoji prosesdə, xüsusən dərsdə ən çətin və mürəkkəb məsələlərdən biri uşaqlərin idrak fəaliyyətinin idarə edilməsidir. Uşaqləri cəlb edən informasiyaların çoxluğu və maraq dairlərinin genişliyi onların idrak fəaliyyətinin idarə edilməsi üçün Tərbiyəçinin bu prosesə ustalıqla yanaşmaq tələbini qarşıya qoyur. Uşaqlərin diqqətini tələb olunan obyektə yönəldə bilmək, onların dərketmə imkanlarını genişləndirmək, təlimi gücüçatan çətinlik səviyyəsində qurmaqla uşaqlərin hər birinin intellektual səviyyəsinin inkişafına nail olmaq bu prosesin mühüm nəticəsi kimi özünü göstərir. Bu baxımdan hər bir Tərbiyəçi üçün zəruri olan belə bir vəzifənin həll edilməsi olduqca vacibdir.
N.B.Kuzmina yazır: “Pedaqoji prosesi və uşaqlarla qarşılıqlı münasibətləri onlara, onların ağılına hörmətlə yanaşma əsasında quran Tərbiyəçi heç vaxt səhv etmir. Bundan başqa, əgər o, uşaqların davranışını, onların onun özünə münasibətini öz ustalığını təkmilləşdirmək məqsədilə daimi təhlil edirsə, onda o, ən qısa yolla ustalığa yiyələndirən çox gözəl bir kompas tapmış olur”.
Dərsdə uşaqlərin idrak fəaliyyətinin idarə edilməsi vacib olduğu qədər də mürəkkəbdir. Onun bir sıra funksiyaları vardır.
Bu proses:
uşaqlərin diqqətini vacib olan problemə yönəldir;
əsas məsələni ikinci dərəcəlilərdən ayırmağa imkan verir;
bütün məşğələ boyu uşaqlərin fəallığına səbəb olur;
uşaqlərin marağını və təlim motivlərini formalaşdırır;
təlimin inkişafetdirici vəzifəsinin reallaşdırılmasını təmin edir və s.
Dərsdə uşaqlərin idrak fəaliyyətinin idarə edilməsi ustalığı bir çox amillərdən asılıdır. Bunların ən vacib olanlarından biri Tərbiyəçinin öz fənnini uşaqlər üçün maraqlı edə bilmə bacarığıdır.
Usta Tərbiyəçi təlimə maraq yaratmaq və formalaşdırmaq üçün aşağıdakı bir sıra müddəaları rəhbər tutmalıdır:
1. Tədris prosesini elə qurmalıdır ki, yeni biliklər uşaqlərə hazır şəkildə verilməsin. Uşaqlər bütün məşğələ boyu fəal fəaliyyətə, axtarışa, yeni biliklər axtarmağa, tapamağa qoşulsunlar.
2. Tədris prosesinin müxtəlif formalarda və rəngarəng təşkil edilməsi uşaqlərin təlim prosesinə marağını yüksəldir.
3. Yeni material keçmişdə öyrənilən materiallarla nə qədər çox əlaqələnərsə, o, uşaqlər üçün bir o qədər maraqlı olar.
4. Həddindən artıq yüngül və həddindən artıq çətin material maraq oyatmır. Təlim çətin olmalıdır. Lakin güc çatan çətinlikdə olmalı və anlaşılmalıdır.
5. Uşaqlərin fəaliyyəti nə qədər tez-tez yoxlanılarsa və qiymətləndirilərsə, onların işləməsi də bir o qədər asan olar.
6. Tədris materialının aydınlığı, emosionallığı və Tərbiyəçinin özünün əhval-ruhiyyəsi uşaqlərin fənnə münasibətinə güclü təsir edir.
Təcrübə göstərir ki, Tərbiyəçinin öz fənninə maraq yarada bilmək qabiliyyəti çox vaxt uşaqlərin Tərbiyəçilik peşəsinə maraq göstərmələrinə də güclü təsir göstərir. Tərbiyəçilik peşəsini seçən bağçalilərin xeyli hissəsi məhz bu peşəni Tərbiyəçininə oxşamaq və onun fənnini sevdikləri üçün seçirlər.
Dərsdə uşaqlərin idrak fəaliyyətinin idarə edilməsində başlıca amillərdən biri bütün məşğələ boyu uşaqlərin diqqətinin səfərbər edilməsi və təlim materialına yönəldilməsidir. K.D.Uşinski yazırdı: “Diqqət şüurumuzun elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq buradan keçir. Ona görə də uşaqləri təlim prosesində həmin qapını açıq saxlamağa alışdırmaq lazımdır”. Təcrübə göstərir ki, Tərbiyəçi məşğələ prosesində uşaqlərin diqqətini nə qədər çox öyrənməyə, bilməyə, məhsuldar fəaliyyətə yönəldərsə, bu zaman nəticə daha yüksək olar. Hər bir uşaqin marağının təmin edilməsi, onların təlim prosesinin iştirakçısına çevrilməsinə nail olunması, Tərbiyəçi-uşaq əməkdaşlığının düzgün təşkili və nəhayət, uşaqlərin bilavasitə özlərinin həll olunacaq problemin axtarışına qoşulmasının təmin edilməsi onların idrak fəallığının artmasına və düzgün formalaşmasına səbəb olur. Bunun üçün ənənəvi metodlarla yanaşı, bağçalərimizdə uğurla həyata keçirilməyə başlanılan, bir çox qabaqcıl Tərbiyəçilərin təcrübəsində özünün səmərəliliyini təsdiq edən fəal təlim metodlarından istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir.
Fəal təlim təfəkkürə əsaslanan təlim olduğundan burada başlıca məqsəd dərsin bütün mərhələlərində uşaqlərin fəallığının təmin edilməsi, məntiqi, yaradıcı və tənqidi təfəkkürlərinin inkişaf etdirilməsi və Tərbiyəçinin bələdçiliyi ilə axtarılan nəticənin uşaqlərin bilavasitə özləri tərəfindən əldə edilməsinə nail olmaqdır. Klassik alman pedaqoqu A.Disterveq yazırdı: “Pis Tərbiyəçi həqiqəti təqdim edir, yaxşı Tərbiyəçi isə onu tapmağın yollarını öyrədir”.
Fəal dərsin quruluşu tədqiqat prosesinin mərhələlərini xatırladır. Tədqiqat təlim prosesinin mərkəzində dayanır. Fəal dərsdə yeni məlumatlar tədqiqat nəticəsində əldə edilir və dərsin sonunda uşaqlərin özləri vasitəsilə meydana çıxır. Tətbiqetmə mərhələsi yaradıcı xarakter daşıyır və uşaqlərin fəallığı ilə həyata keçirilir və refleksiya mərhələsində uşaq öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etmiş olur.
Fəal dərsin bütün mərhələlərində Tərbiyəçi fasilitator (bələdçi) kimi çıxış etsə də, bu mərhələlərin hamısını, ümumiyyətlə, təlim prosesini elə qurur ki, burada sanki hər şeyi uşaqlər özləri həll edirlər. Lakin unutmaq olmaz ki, burada Tərbiyəçinin pedaqoji ustalığı, hadisə və prosesləri dərindən bilməsi, dərsin mərhələləri arasında əlaqə və keçidin yaradılması və bütün bunlarla bərabər uşaqlərin idrak fəaliyyətinin idarə edilməsi məhz Tərbiyəçidən, onun səriştəsindən, pedaqoji məharətindən asılıdır. Əks halda dərsdə yaradılan fəallıq da, uşaqlərin fəaliyyəti də səmərəsiz olacaqdır.
Məşğələ elə bir mürəkkəb prosesdir ki, burada həyata keçirilən təlim birbaşa idrak prosesləri ilə əlaqələnir və onun inkişafını şərtləndirir. Lakin bunlar özbaşına yaranmır. Bu zaman Tərbiyəçinin idarəçiliyi, təlim prosesini idarə edə bilməsi xüsusi rol oynayır. Burada Tərbiyəçinin peşə bacarıqları, xüsusən kommunikativ və təşkilatçılıq bacarıqları onun köməyinə gəlir.
Uşaqlərin idrakı və onun inkişaf etdirilməsi istiqamətində Tərbiyəçinin etdiyi pedaqoji təsirlər bilavasitə təlim prosesində bir sıra qaydaların gözlənilməsini nəzərdə tutur. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir:
1. Təlim prosesində uşaqlərin fərdi xüsusiyyətlərini nəzərə almaq və təlimi onların gücü çatan çətinlik səviyyəsində qurmaq.
2. Dərsdə uşaqləri subyekt səviyyəsinə qaldırmaq və dərsi “Tərbiyəçi-uşaq” əməkdaşlığına əsaslanmaqla aparmaq.
3. Qarşıya qoyulmuş problemin həlli istiqamətində fərziyyələrin qoyulmasına və nəticələrin çıxarılmasına uşaqləri cəlb etmək.
4. Dərsdə vaxt itkisinə yol verməmək, öyrədilən materialların həcminin genişliyinə və dərinliyinə nail olmaq.
5. Problemin bir yox, bir neçə yollarla həll edilməsinə çalışmaq.
6. Cütlərlə və qruplarla iş zamanı bütün uşaqlərin fəal işləməsinə nail olmaq. 7. Dərsdə əks-əlaqədən geniş istifadə etmək, uşaqlərin müstəqil və sərbəst fikir söyləmələrinə şərait yaratmaq.
8. Uşaqləri müstəqil tapşırıqlar üzərində işlətmək və s.
Geniş islahatlar dövrünü keçirən Azərbaycan bağçaində hazırda tətbiq olunan bir çox fəal təlim metodları Tərbiyəçidən böyük yaradıcılıq axtarışları tələb edir. Bunlar–didaktik oyunlar, insert, Bibo cədvəli, klaster, ziqzaq, dəyirmi masa, Venn diaqramı, intellektual auksion və s. ibarət olub, Tərbiyəçi və uşaqlərin qarşılıqlı əlaqəsini, işgüzar ünsiyyətini təmin edən təlim metodları kimi Tərbiyəçilərin pedaqoji ustalığa yiyələnmələrində də mühüm yer tutur.
Fəal təlim metodları Tərbiyəçinin bələdçiliyi ilə uşaqlərin təlim prosesində bilikləri müstəqil olaraq əldə etmələrinə və dərk etmələrinə geniş şərait yaradır. Tərbiyəçilər bu prosesdə qarşıya qoyulmuş problemin həllinə istiqamət verir, uşaqləri sərbəst düşünməyə, axtarışa, tapmağa sövq edir. Uşaqlər yalnız Tərbiyəçinin informasiyası ilə kifayətlənmir, özləri yaradıcı axtarışa qoşulur, yeni biliklər kəsb etməyə can atır. Bu da onlarda təlim motivlərinin güclənməsinə, öyrənməyə, öz qüvvə və bacarıqlarına inamı artırır, təlim keyfiyyətinin yüksəlməsinə səbəb olur.
Fəal təlim metodlarından istifadə edilməsi məşğələ prosesinə tədqiqat xarakteri verir, uşaqi tədqiqatçılığa, axtarışa sövq edir. Pedaqoji prosesin belə təşkili və aparılması uşaqləri təlim prosesinin obyekti olmaqdan çıxararaq ikinci bir tərəfə–subyektə çevirir, onları tədqiqatçılığa istiqamətləndirir. Uşaq Tərbiyəçilərin bələdçiliyi ilə axtarışa qoşulur, fakt və hadisələrə, hətta Tərbiyəçinin fikirlərinə öz münasibətini, tənqidi mülahizələrini bildirir, müqayisələr edir, nəticə çıxarır.
Pedaqoji innovasiyalar pedaqoji prosesin daxili ehtiyatları hesabına baş verir. Tərbiyəçi əlavə imkanlardan, vasitələrdən deyil, uşaqlərin əqli qabiliyyətlərinin “oyadılması, onların hərəkətə gətirilməsi” hesabına onların inkişafına təkan verir.
Pedaqoji innovasiyaların tətbiq olunduğu dərslərdə Tərbiyəçilər az, uşaqlər isə çox işləyirlər. Tərbiyəçinin əsas vəzifəsi uşaqlərə yardımçı olmaqdan, təlim prosesində onların fəaliyyətini istiqamətləndirməkdən, uşaqlərdə yaradıcı axtarışa həvəs oyatmaqdan ibarət olur. Belə dərslərdə yaradıcı fəallıq, canlı müzakirə, müstəqil iş, qarşılıqlı əməkdaşlıq, qrupdaxili və qruplararası münasibətlərin dinamik inkişafı özünü göstərir. Dərsin bu cür təşkili həmçinin Tərbiyəçii də yaradıcı fəaliyyətə, yeni-yeni axtarışlara sövq edir və istiqamətləndirir. Tərbiyəçi pedaqoji prosesin əsl yaradıcısına, memarına çevrilir.
Dostları ilə paylaş: |
|
|