MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə5/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   2   3   4   5   6   7   8   9   ...   149
2018-1050-5

N
əticə
..........................................
.............................................201
 
İstifadə olunmuş 
ədəbiyyat
.............................................................203 
 
 
 
 
 
 
 



 
 
İlkin müəllim hazırlığına dəyərli töhfə 
 
“Müəllim nə qədər ki, oxuyur, öyrənir, o yaşayır,  
o, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür” 
 
(K.D.Uşinski).  
 
Azərbaycan Respublikasında təhsil sisteminin insan kapi-
ta
lının  inkişafı  çağırışlarına  cavab  verməsiməqsədilə ümumi 
təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, ali təhsilinAvro-
pa st
andartlarına uyğunlaşdırılması, təhsili idarəetməsisteminin 
yenidən  qurulması,  insan  resurslarının  inkişaf  etdirilməsi 
və müəllim peşəsinin nüfuzunun artırılması istiqamətindəmühüm 
işlər  görülmüş, müasir  standartlara  cavab  verəntəhsil 
infrastrukturlarıyaradılmışdır.  Son  illərdə  üç  mindən  artıq 
ümumtəhsil  məktəbi  ya  yenidən  tikilmiş,  ya  da  əsaslı  şəkildə 
təmir  edilmiş,  müasir  təhsilin  tələblərinə  uyğun  avadanlıqlar-
la, informasiya-
kommunikasiya texnologiyalarıilə təmin edilmiş-
dir. 
Təhsilalanların  yaş  və  fərdi xüsusiyyətlərini  nəzərə alan 
innovativ  təlim  metodları  və pedaqoji  texnologiyalar  hazırlan-
mışdır.  Pedaqoji  prosesdə  innova-siyaların,  xüsusilə  ekstensiv 
innovasiyalarıntətbiqi genişlənmişdir. 
Ekstensiv innovasiyaların təhsil prosesinə tətbiqi müəyyən 
irəliləyişlərə səbəb olsa da köklü dəyişikliyə gətirib çıxartmadı. 
Ona görə də Avropa ölkələrində olduğu kimi, Azərbaycan təh-
silində də intensiv innovasiyaların tətbiqinə ehtiyac yarandı. Bu 
da  təbii  ki, təhsilverənlərin  peşəkarlıq  səviyyəsininyüksəldilmə-
si
ni  təmin  edən  yeni  sistemin  yaradılmasını,qəbul  prosesində 

ksək  bal  toplayan  abituriyentlərin  müəllimlik  ixtisasına  cəlb 
edilməsini, müəllim əməyinin diferensiallaşdırılmasını və stimul-
laşdırılmasınıtələb edir. Təhsil Nazirliyi bu məqsədlə son illərdə 
bir sıra zəruri tədbirlər həyata keçirtdi. 500-dən artıq bal topla-
yan  300  tələbəyə  100  manat  həcmində  “Gələcəyin  müəllimi” 



təqaüdünün  verilməsi,  pedaqoji  sahə  ilə  də  bağlı  ”Sabah” 
qruplarınıntəşkili  gələcək  müəllimlərə  əlavə  stimul  verdi.Res-
pub
likanın ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaq-
nostik 
qiymətləndirilməsizəruri və vacib hesab olundu.İşləyənlə 
işləməyənlər  fərqlən-dirildi.  Müsabiqə  şərtlərini  ödəyənlərin 
əməyi stimullaşdırıldı. Az bal toplayanlar seçim qarşısında qal-
dı: ya treninqlərdə, seminarlarda pedaqoji-psixoloji və metodiki 
yenilik
ləri  mənimsəməklə  təhsil  sahə-sindəki  dəyişikliyə  uyğun-
laşdılar,  ya  da  məktəblə  birdəfəlik  vidalaşmalı  oldular.  Etiraf 
edək  ki,  məktəblərimizdəkompüterdən  istifadə  etməyi  bacarma-
yan, şagirdlərin sadəsualları qarşısında çaş-baş qalan müəllim-
lərimiz var və onları məhz bu yolla tədricən məktəblərdən uzaq-
laşdırmaq  mümkündür.  Sual  oluna  bilər:  belə müəllimlər mək-
təbə necə gəlib? Keçən əsrin 90-cı illərinin əvvəllərində ölkədə 
baş  verənictimai-siyasi  proseslər  bütün  sahələrdə  olduğu  kimi, 
təhsil sahəsində də ciddi problemlər yaratdı. On illərlə məktəb-
də  çalışan, bu  sahədə  yüksək  biliyi,  bacarığı və  təcrübəsi  olan 
müəllimlərin böyük bir hissəsi əməkhaqqının azlığından sevimli 
şagirdlərindən  ayrılmalı  oldu.  Onların  yerini  8  aylıq  pedaqoji 
kurs qurtaran qeyri-
ixtisas sahibləri (texnoloqlar, mühəndislər, 
baytarlar  və  s.)  vərayonlarda  qeyri-qanuni  fəaliyyət  göstən 
maddi-
texniki  bazası,  yüksəkixtisaslı  müəllim  kadrları  olmayan 
pedaqoji  kolleclərin  məzunları  tutdular.Zəruri  kompetensi-
yalara malik olmayan həmin müəllimlərin məktəblərdənuzaqlaş-
dırılması  o  qədər  də  asan  məsələ  deyil  və  bu,  təhsilinkeyfiyyət 
göstəricilərinə  bir  başa  təsir  edir.  Elə  bu  səbəbdəndir 
ki, 
Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrəDövlət 
Strategiyasındaikinci  strateji  istiqamət  kimitəhsil  sahəsin-
də insan  resurslarının  müasirləş-dirilməsi  nəzərdə tutulur. Bu 
istiqamət  innovativ təlim  metodlarını  tətbiq  edən,  təhsilin məz-
mu
nunun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsil-
verənin formalaşdırılmasına xidmət edir və strategiyada da qeyd 
edildiyi  kimi,  özündə  təhsilverənlərin  peşəkarlığının  yüksəldil-
məsini,  təhsilalanların  nailiyyətlərinin  qiymətləndirilməsi 



üzrəyeni  sistemlərin  qurulmasını,  təhsilalanların  istedadının 
aşkar  olunması  və inkişafını,  habelə  xüsusi  qayğıya  ehtiyacı 
olanlar  üçün  inklüziv  təlim  metodologiya-sının  yaradılmasını 
ehtiva 
edir.Bustrateji 
istiqamətin reallaşdırıl-
masındaümumtəhsil  məktəbləri  üçün  müəllim  kadrları 
hazırlığını  həyata  keçirən  ali  təhsil  müəssisələrinin  üzərinə 
mühüm vəzifələr düşür.Səriş-təyə əsaslanmayan,əmək bazarında 
yetərincə rəqabətli  olmayanəmək-haqqı  sistemi  və maddi 
stimullaşdırma 
mexanizmlərinin 
adekvat 
olma-ması 
təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir.  
Ümumtəhsil məktəblərində tədris prosesinin təkmilləşdiril-
məsi və daha səmərəli qurulması, əməkdaşlıqmühitinin yaradıl-
ması,  sağlam  rəqabətin  formalaşdırılması  dərin  elmi-
metodikbiliyi,  kreativ  düşüncəsi,  geniş  erudisiyası,  pedaqoji-
psixoloji ha
zırlığı, yüksək mənəvi-əxlaqi keyfiy-yətləri, akademik 
baca
rığı,  tədris  təcrübəsi  və  peşəkarlıq  səviyyəsi  ilə  fərqlənən 
müəllimlərdən birbaşa asılıdır. ABŞ-ın Şimali Karolina Univer-
site
tinin professoru, Nobelmükafatı laureatı Əziz Sancar Bakıda 
tələbələrləgörüşlərindəonlaraxitəbəndemişdi:  “Öznüzə  yaxşı 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə