41
DİREKTOR
Sxem çərçivəsində ümumtəhsil müəssisəsinin direktorunun hüquq-vəzifələri nədir?
Bilirsiniz ki, sxemin əsasında ümumtəhsil müəsisəsinin direktorunun olduqca vacib funksi-
yası vardır və ona böyük məsuliyyət həvalə edilir. O, özünün və məktəbin fəaliyyətini dərs ili
ərzində elə planlaşdırmalıdır ki, sxemin tətbiq edilməsinə mane olmasın və ona cəlb olunmuş
hər bir şəxsə dəstək versin ki, vaxtında və nailiyyətlə onlar üçün sxemlə müəyyənləşdirilmiş
fəallıqları həyata keçirə bilsinlər. Bu məqsədlə istərdik ki, tövsiyələrimizi sizə təklif edək ki,
direktor sxemin fəaliyyətə düşdüyündən bir il ərzində öz işlərini necə planlaşdıra və apara bilər.
Bir dərs ili ərzində məktəbin direktoru öz işini neçə planlaşdıra bilər?
Qısaca təqdim etsək, direktorun işi bir dərs ili ərzində belə görünə bilər:
1.
Sxemin fəaliyyətə başladığı ildə, dərs ilinin əvvəlində məktəb direktorunun məlumat-
landırıcı görüş təşkil etməsi yaxşı olardı ki, burada əməkdaşlara sxem haqqında lazımi
məlumat versin, onlar üçün anlaşılmayan bütün məsələləri izah etsin. Bu görüşün məqsədi
hər bir əməkdaşın sxemin gedişi və tələblərinı eyni şəkildə, sxem çərçivəsində öz funk-
siyalarını anlayışıdır, eləcə də razılaşdırılmış və istiqamətli şəkildə öz işlərini planlaşdır-
malıdırlar ki, həm özlərinin və həm də başqalarının işlərinə mane olmasınlar.
2.
Həmin dərs ilinin əvvəlində direktor təyin edir və əmrlə müddətləri təsdiqləyir:
1) Kafedralar üçün – onlar nə zaman təqdim etməlidirlər a)fasilitatorluğa namizədləri;
b) məktəbin qiymətləndirmə qrupunun üzvlərini. Müddəti təyin etdikdə, direktor qi-
ymətləndirmə qrupunun formalaşdırılmasının sxemlə müəyyənləşdirilmiş müddətləri-
ni nəzərə almalıdır ( dərs ilinin başlanmasından 1 ay).
II FƏSİL
MƏKTƏB
42
2) Müəllimlər üçün – a) öz-özünüqiymətləndirmə anketi və peşəkar inkişafın fərdi iş
planının tərtib edilməsinin müddətləri.Bu fəaliyyət dərs ilinin əvvəlində həyata keçi-
rilir; b) peşəkar qovluqda müəllim tərəfindən həyata keçirilmiş fəaliyyətləri təsvir
edən sənədlərin yüklənmə müddətləri. Sənədləri dərs ilinin sonunda müəllimin qi-
ymətləndirmə qrupu dəyərləndirir.
3.
Dərs ilinin əvvəlində direktor pedaqoji şuranın iclasını dəvət edir, onda şuranın üzvlərini
sxem çərçivəsində məktəbin planları ilə tanış edir və hər bir kafedraya öz namizədləri-
ni və eləcə də qiymətləndirmə qrupunun üzvünün seçməyi və təyin edilən müddətlərdə
təqdim etməyi tapşırır. İclas protokolla rəsmiləşdirilir.
4.
Dərs ilinin başlanğıcından 1 ay ərzində direktor növbəti məsələlərin həlli üçün pedaqoji
şuranın iclasının/iclaslarının çağırılmasını təmin edir:
a) pedaqoji şura kafedralardan təqdim edilən namizədlər arasında fasilitatoru və ya fasili-
tatorları seçir (məktəbdə fasilitatorların sayı haqqında qərarı pedaqoji şura qəbul edir
5
).
b) Müəllimin qiymətləndirmə qrupunun seçilmiş üzvləri müzakirə olunub təsdiqlənəcək-
dirlər. Avtomatik olaraq qiymətləndirmə qrupunun üzvü olan fasilitatorun seçkisindən
sonra kafedralar tərəfindən qiymətləndirmə qrupuna təqdim edilən nümayəndə üz-
vlər təhlil ediləcəkdirlər. Bundan sonra qiymətləndirmə qrupu formalaşdırılacaq və
bu da iclasın protokolunda əks olunacaqdır. Təyin edilən qayda ilə qiymətləndirmə
qrupunun formalaşdırılması mümkün olmayan məktəblərdə alternativ yollar təhlil
ediləcək və optimal qərar qəbul ediləcəkdir
6
.
Direktor əmrlə müəllimin qiymətləndirmə qrupunun/qruplarının tərkibini təsdiq edir
(məktəbdə neçə müəllimin qiymətləndirmə qrupunun yaradılacağı məktəbdə kafedraların
sayından asılıdır). Direktor müvafiq əmri elektron sistemə yükləyir.
5.
Bundan sonra məktəbin direktoru, qiymətləndirmə qrupunun rəhbəri kimi, qiymətləndirmə
qrupunun iclasını dəvət edir və qrup üzvləri ilə birlikdə) müəllimin qiymətləndirmə qru-
punun iş qaydasını işləyib hazırlayır; b) təcrübəçi və baş müəllimin dərsinin müşahidə qrafi-
kini tərtib edir, onu bu statusu olan müəllimlərlə razılaşdırır; c) kafedra nümayəndələrinə
tapşırır ki, onların kafedra üzvü olan aparıcı müəllimlərindən (gələcəkdə mentordan da)
model dərsin müşahidəsi qrafikini tərtib etmələrini və qiymətləndirmə qrupuna təqdim
etmələrini xahiş etsinlər.
6.
Məktəbin direktoru müdiriyyətlə birlikdə fasilitatorların və müəllimin qiymətləndirmə
qrupunun işinin monitorinq planını işləyib hazırlayır, onu əmrlə təsdiq edib əməkdaşlara
tanış edir.
5
Fasilitatorların sayı haqqında baxın səh.55
6
Qiymətləndirmə qrupunun formalaşması haqqında ətraflı tanış olun səh.57
43
7.
Məktəbin direktoru əvvəlcədən işlənib hazırlanmış planın əsasında fasilitatorların və
müəllimin qiymətləndirmə qrupunun iş monitorinqini təmin edir. Monitorinq nəticələri-
nin əsasında direktor müvafiq qərar qəbul edir. O, fasilitatorun və eləcə də qiymətləndirmə
qrupunun hər hansı bir seçilmiş üzvünün səlahiyyətlərini dayandıra bilər və bunu da pro-
tokolla rəsmiləşdirir. Keçirilmiş monitorinqin əsasında fasilitatorun və ya qiymətləndirmə
qrupunun əvəzedilməsi lazım olarsa, o halda direktor onların yenidən seçilməsi üçün
lazım olan bütün prosedurları təmin etməlidir. Yenicə seçilmiş fasilitatorun və ya qi-
ymətləndirmə qrupunun üzvü haqqında məlumatı, eləcə də müvafiq protokolu, direktor
elektro sistemə yükləyir.
8.
Qiymətləndirmə qrupunun daimi üzvü kimi məktəb direktorunun və bu qrupun rəhbərinin
vəzifəsidir ki, müəllimin işinin qiymətləndirməsində iştirak etsin. Bunun üçün:
Direktor daxili məktəb qiymətləndirməsi prosesinin bütün mərhələlərinə nəzarət edir
(müddətləri, prosedurları);
Əvvəlcədən işlənilmiş qrafikin əsasında dərsdə müşahidənin standartlaşdırılmış rubri-
kasının istifadəsi ilə müəllim tərəfindən keçirilmiş dərsləri dinləyir və qiymətləndirir;
Qiymətləndirmə qrupunun üzvləri arasında fikirlərdə fərq yarandığı halda, qərar səs
çoxluğu ilə qəbul edilir, qrupda səslərin bərabər bölündüyü halda qiymətləndirmə qru-
punun rəhbəri kimi həlledici səs hüququ direktora verilir;
Hər bir dərs ilinin sonunda, müəllim tərəfindən həyata keçirilən fəallıqların peşəkar
qovluğa yerləşdirilməsi müddəti bitdikdən sonra təqdim edilən sənədlərin qi-
ymətləndirmə nəticələrinin əsasında müəllim üçün statusun verilməsi, saxlanılması
və ya dayandırılması haqqında təklifin hazırlanmasında iştirak edir və onu Müəllim-
lərin Peşəkar İnkişafı Milli Mərkəzinə təqdim edir. Təkliflər elektron sistemə Mərkəz
tərəfindən təyin edilən müddətlərdə yerləşdirilməlidir.
9.
Məktəb direktoru hər bir əməkdaş üçün sxemin fəaliyyəti, treninqlərin, resursların və
məktəbin daxili və ya nazirlik tərəfindən qəbul edilmiş qərarları haqqında bütün lazımi
məlumatı hər zaman əlçatan etməlidir. Bu məqsədlə məktəbdə məlumatlandırıcı görüşlər
keçirilə və ya lazımi məlumatı vaxtlı-vaxtında şifahi və ya elektron yolla yayımlayan şəxsi
ayıra bilər. Eləcə də dərsin müşahidə qrafiki əyani yerdə yerləşdirilməlidir.
KAFEDRA
Sxem işə başladıqda, dərs ilinin əvvəlində, məktəbin müdiriyyəti tərəfindən təyin edilən
müddətdə bütün kafedralar kafedra iclasını keçirir və təyin edilən kriteriləri nəzərə alaraq öz
Dostları ilə paylaş: |