38
Mentorun əsas fəallığını
dərs resursunun və ya rəy verilmiş peşəkar ədəbiyyatın
yaradılması təqdim edir. Bu fəallığın məqsədi odur ki, mentor kimi peşəkar müəllim öz biliyi,
təcrübəsi, kompetensiyalarını həmkarları üçün də faydalı etsin və bununla məktəbin inkişafı-
na dəstək versin. Yaradılmış resurs müvafiq kriterilərlə qiymətləndirilir, bunun nəticəsində də
müəllimə 1-dən 4-ə qədər kredit verilə bilər.
Yalnız mentorun vəzifəsidir ki,
tələbələrə və ya yenicə başlayan müəllimlərə məsləhətlər
versin. Mentorun olmadığı halda, məktəbin hüququ var ki, məktəbin başqa statusu olan müəl-
liminə bu finksiyanı həvalə etsin, bunda əlavə fəaliyyətlər üçün müəyyənləşdirilmiş kredit
balları əldə edəcəkdir.
Sxemin fəaliyyətə düşməsi ilə birlikdə tələbələrə məsləhət verilməsi miqyasları da arta-
caqdır, bunun üçün sxem universitet təhsilində yeni tələbləri irəli sürür. Xüsusilə də müəllim-
lərin hazırlığında təcrübə komponenti də artmalıdır. Eləcə də məktəblərdə yenicə işə başlayan
kadrların dəstəkləndirilməsi çox vacibdir. Sxem yenicə başlayan müəllimlərdən tələb edir
ki, 1 il ərzində xarici dərs müşahidəsini keçsin. Beləliklə, məktəbin səviyyəsində göstərilən
lazımi dəstək onların peşədə qalmaqlarına dəstək verəcəkdir.
Gələcəkdə mentorun öhdəliyi müəllimin peşəkar inkişafının
fasilitatorluğu olacaqdır.
Məktəbin mentoru olmadığı halda, başqa statuslu müəllimə bu fəaliyyətdə kredit ballar ver-
ilmir.
Mentor statusunun saxlanılması üçün 15 kredit balı
əlavə işlərindən toplayır. Bu əlavə
işlərdir:
Peşəkar inkişafın məqsədilə keçirilmiş tədbirlərdə (konfransda, seminarda) məruzəçi kimi
iştirak etmək;
Stajdan keçmək;
Treninq-modula
müəlliflik etmək, onun məqsədi
Akkreditə edilmiş və ya mərkəz tərəfindən təklif edilmiş treninqin keçilməsi, onun məqsə-
di müəllimin statusuna müvafiq kompetensiyaların inkişafı;
Nazirin fərdi hüquqi aktı ilə təsdiq edilmiş proqramlarda və layihələrdə iştirak.
Mentor neçə kredit bal toplamalıdır və hansı fəallıqlarla?
Mentor statusunun saxlanılması üçün 30 kredit bal kifayət edir, onlardan 15-i icbari
fəallıqların, 15-i isə əlavə işlərin üzərinə düşür. Mentorun icbari və əlavə fəallıqları və onların
müvafiq kredit ballarıdır:
39
Status haqqında qərarın qəbulu necə baş verir?
İcbari və əlavə fəallıqların nailiyyətlə verildiyi halda, mentor dərs ilinin sonunda, məktəbin
direktorunun əmri ilə müəyyənləşdirilmiş müddətlərdə statusun saxlanılması və ya verilməsi
üçün onun tərəfindən həyata keçirilmiş fəallıqları təsdiqləyən sənədləri elektron sistemə öz
peşəkar qovluğuna yükləyir. Qiymətləndirmə qrupu aparıcı müəllim tərəfindən həyata keçir-
ilmiş icbari fəallıqları və əlavə işləri peşəkar qovluqda olan sənədlərin əsasında qiymətləndirir
və onun üçün statusun saxlanılması və ya mentor statusunun verilməsi haqqında qərar qəbul
edir.
Mentor statusunun saxlanılması üçün kredit balları 5 il ərzində toplayır. Mentorun qeyd
edilən müddətdə statusun saxlanılması üçün lazımi kredit balları toplaya bilmədiyi halda,
onun mentor statusu dayandırılır və aparıcı müəllim statusu verilir.
Əgər mentor statusunun saxlanılması üçün nəzərdə tutulmuş müddətdə bir dəfə
lazımi kredit balları toplayarsa, o zaman onun mentor statusu müddətsiz olaraq
qalacaqdır.
Əsas fəallıqlar
Əlavə işlər
Mentor
statusunun
saxlanılması üçün
Öz-özünü qiymətləndirmə sorğu an-
ketinin doldurulması;
Peşəkar inkişafın fərdi fəaliyyət
planının
tərtib edilməsi;
Model dərsin keçirilməsi
(5x1=5 kredit bal)
Məktəbin tələbatlarının tədqiqi və
peşəkar inkişaf tədbirlərinin aparıl-
ması (3 kredit bal);
Tələbəyə/müəllimə
məsləhətin ver-
ilməsi (2 kredit bal);
Qiymətləndirmə qrupuna üzvlük
fasilitator üçün(2 kredit bal);
Dərs resursunun
və ya rəy verilmiş
ədəbiyyatın yaradılması
Məqalə (1 kredit bal)
Metodiki ədəbiyyat (2 kredit bal)
Dərslik (4 kredit bal).
Peşəkar
inkişaf məqsədilə keçirilmiş
tədbirlərdə (konfranslar, seminar)
məruzəçi kimi iştirak etmək (1 kredit
bal)
Stajdan keçmə (1 kredit bal)
Treninq-moduluna müəlliflik
(2 kredit bal);
Dərs resursunun və ya rəy verilmiş
peşəkar ədəbiyyatın hazırlanması
Dərs resursu - (1 kredit bal)
Məqalə (1 kredit bal)
Metodiki ədəbiyyat (2 kredit bal)
Dərslik (4 kredit bal)
Tələbəyə/müəllimə məsləhət vermə
(2 kredit bal);
Treninq keçmək (1 kredit bal 25 saat);
Nazirin fərdi hüquqi aktı ilə təsdiqlən-
miş proqramlar
və layihələrdə iştirak
etmək (1-dən 6 kredit bala qədər,
müəllim tərəfindən həyata keçirilmiş
fəaliyyətdən irəli gələrək).
40
Müəllimin qiymətləndirmə qrupu mentorun statusunun dayandırılması, saxlanılması və ya
saxlanılması haqqında təkliflə Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinə müraciət edir.
Müəllim üçün sxemlə müəyyənləşdirilən statusun verilməsi sertifikatla təsdiqlənir. Serti-
fikat müəllimin çalışdığı məktəbə resurs-mərkəzlərin vasitəsilə çatdırılır.
Mentorun maaş artımı necə olacaqdır?
2015-ci ilin sentyabrından müəllimlərin baza maaşı 50 lari ilə artacaqdır; bununla yanaşı,
tam dərs yükü halında mentorun status əlavəsiən azı 300 lari
ilə müəyyənləşdiriləcəkdir;
2016-cı ilin aprelindən müəllimlərin maaş artımı ikinci dəfə həyata keçiriləcək və baza
maaşı yenə də 50 lari ilə artacaq. Mentor statusunun tam dərs yükü halında əlavəsi ən azı
400 lari ilə müəyyənləşdiriləcəkdir.
2017-ci ilin yanvarından müəllimlərin maaş artımı üçüncü dəfə həyata keçiriləcək, men-
torun tam dərs yükü halında əlavəsi ən azı 700 lari ilə müəyyənləşdiriləcəkdir.